18px16px14px12px

Arif Məmmədov, sən heç doğru-dürüst avropalı da deyilsən!


Rövşən Nurəddinoğlu

 
İnanin ki, bu xəbəri oxuyanda, az qala "sevindiyimdən" çırtıq çalıb rəqs edəcəkdim. Hətta bir dəfə sağa, bir dəfə də sola "dombalaq aşacaqdım" ki, nanəcib Arif (Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri, hazırda Brüsseldə yaşayan və Avropadakı mühacir həmvətənlərimizin yaratdığı "Azərbaycan Naminə Demokratiya" (AND) təşkilatının həmsədri Arif Məmmədovu, deyirəm-R.) artıq özünü "Milli Şura"da hiss edir və bunu şəstlə adını "rəhmətlik" ANS-dən oğulayan Əvəz Zeynallının "Qaynar qazan" rubrikasına verdiyi müsahibəsində bəyan edib. Əlbəttə ki, Ə.Kərimlinin "Azadlığ"ı, yəni Ermənistan mətbuatının Azərbaycandakı media qurumu dərhal bu xəbəri manşetinə çıxarıb. Beləliklə, "Milli Şura"nın sıralarına daha bir satqın, şərəf və ləyaqətin nə olduğunu bilməyən ünsür daxil olub. 
Əslində, sevinməyə dəyər. Çünki belə dəyərsizlərin hamısı, məhz "Milli Şura"da cəmləşir. Yəni bu cür ünsürləri axtaran varsa, əziyyət çəkib ora-buraları axtarmasın, ünvan elə "Milli Şura"dır. Pula görə erməniyə dayı deyən Ə.Kərimlinin, deputat mandatına görə, hətta nəsil-kökünü belə satmağa hazır olan C.Həsənlinin və sairlərin "Milli Şura"sı...
Vaxtilə Azərbaycan hakimiyyətinin sayəsində adam olub adam içinə çıxmış A.Məmmədov adlı nakişinin bu gün də Brüsseldə oturub dövlətinə balta vurmasının özü elə onun əsl NAKİŞİLİYİNİN bariz göstəricisidir. Ancaq nakişilik yalnız bununla sona çatmır. Məsələn...
Məsələn, hələ səfir işlədiyi dövrlərdə bu şərəfsiz ünsür  özünün avropasayağı həyat tərzi ilə lovğalanır, facebook istifadəçilərinə vaxtını həyat yoldaşı ilə birgə SPA mərkəzlərində necə gözəl və mənalı keçirməsindən danışırdı. Hələ bu harasıdır? O, 3 günlük Bakıya gəldiyi zaman Brüssel üçün darıxdığını, Azərbaycana isə nə qədər nifrət etdiyini də açıq şəkildə qeyd edirdi. Lakin söhbət SPA mərkəzlərində qaralmaqdan və Məmmədovun normal adamlar sırasına daxil etmədiyi azərbaycanlılara nifrətindən də getmir. Söhbət ondan gedir ki, Məmmədov nə qədər çalışsa da, cəhd etsə də, hələ də avropalı ola bilməyib. Bu adamın təfəkkür tərzinə baxsaq, görərik ki, o, heç bundan sonra da normal avropalı ola bilməyəcək. Hansı ki, görməmiş-görməmiş Brüssel SPA-larında nə cür sıpalıq etdiyini, nə yeyib-içdiyini, Azərbaycandan isə zəndeyi-zəhləsinin getdiyini aşkar şəkildə etiraf edir. Çünki normal avropalı bunu etməz və onun kimi öz dövlətinin maraqlarının əksinə getməz, hətta haqsız olsa belə! Amma bu, fəxrlə deyir ki, artıq "Milli Şura"dadır (?!-R.). Adama deyərlər ki, gözümüz aydın, məgər "Milli Şura" bu günə qədər nə yeyib ki, bundan sonra da nə yeyəcək? Yaxud sənin "Milli Şura"da olub-olmamanın o gözəgörünməzə and olsun ki, heç kimə istisi-soyuğu yoxdur. Çünki sənin özün heç kim üçün yoxsan, ay binəva! 
A.Məmmədov Ə.Zeynallının oğurluq "Qaynar qazan"ına çıxır, müxalifət mətbuatında kükrəyir, hələ bu da azmış kimi, Azərbaycan dövlətini "fırtınalarla" hədələyir. "O fırtınalardan hələ çox olacaq, qoy tələsməsinlər"-deyə başından böyük qələt edən A.Məmmədov görünür, Brüssel ermənilərindən yaxşıca pul-para alıb və onun öhdəliklərindən biri də kürəkəninin Ermənistanda biznesi olan Cəmil Həsənlinin "Milli Şura"nına üzv yazlımaqdır. Nə olar, qoy istədiyi kimi daınşsın, hədələsin, kükrəsin, hətta kişnəsin! Ancaq bu, onun kişiliyini, namus və qeyrətini heç də sübuta yetirmir. Adama deyərlər ki, əəə, ay filan-filan olmuş brüsselli gədası, kişiliyin çatırdısa, özün gələrdin Bakıya və Ə.Zeyallının "Qaynar qazanı"na müsahibə verərdin, daha onu Brüsselə çağırmazdın...
Deyirəm, Ə.Zeynallıya baxın hələ, necə də sevincək-sevincək durub düşüb yola. Yəqin torpada pişik varıymış...     
SES QEZETI


Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər