18px16px14px12px

Bank "lotu"su...


Samir FEYRUZOV

          
Həqiqətən də çinlilər, yaponlar üçün sevdiyi qızı unutmaq çox çətindir. Hara baxsa, eyni sifət, eyni baxış, kimə baxsa eyni gözlər. Uşaq vaxtı elə bilirdik ki, bütün çinlilər-qıyıq gözlülərin hamısı karateçidirlər. Ötən əsrin 90-cı illərində onların hamısına Bruus Li kimi yanaşırdıq. İndi küçələrimizdə 8 cütü 1 manata corab satırlar, "duxi, duxi, yaxçi duxi" sırıyırlar bizə. Təxminən, bir il bundan öncə, bir çinlidən üzqırxan aldım. On manata satırdı, almaq istəmirdim. O qədər aşağı düşdü ki, gəlib bir manatda dayandı, məcburən aldım. Gedib evdə qutunu açdım, həqiqi cilet əvəzinə, qutunun içindən oyuncaq cilet çıxdı. Sözümü nəyə gətirərəm, onu deyim.
 Bank "lotu"ları haqqında növbəti nömrələrdə yazacam. Ancaq olmuş bir hadisəni nəzərinizə çatdırım. Dünən "Unibank"ın kreditini, daha doğrusu, nəzir-niyazını verməyə getmişdim. Onu deyim ki, evdən pulu çıxaranda (əgər çıxara bilsəm), min dəfə başıma dolayıram, bir saat soyuducuda saxlayıram, yerə qoyub başına fırlanıb, nə qədər ahım varsa hamısını pulun üstünə tökürəm və sonra aparıb əlbəəl ödəyirəm. Bir çinli dayanmışdı bankın qarşısında, xeyli adam var idi ətrafında. Yaxınlaşdım... Bankın işçiləri, daha doğrusu, "lotu"ları ( evində toyuq, çöldə xoruz olanları) I qrup Qarabağ əlilini tupikə dirəmişdilər. 500 manat kredit götürən Qarabağ döyüşçüsünün boynuna bir o qədər də faiz yığmışdılar. Düz 100 manat ödəməli idi. Gözüm görə-görə, qulağım eşidə-eşidə yalvarırdı ki, faizləri ləğv edin, əsas məbləği də hər ay 100 manat olmaqla ödəyim. Xeyiri olmadı. Axırda Qarabağ əlili məcbur olub qol saatını çıxarıb ağzından ana südünün qoxusu gələn, əlləri qız əlləri qədər incə, yeriyəndə təzə gəlinlər kimi baldırlarını bir-birinə kipləşdirib gəzən bank işçisinə dedi: ay oğlum, bahalı saatdır, sata da bilmirəm, götürün, nə edirsiz edin. Bunu eşidən  kimi bank işçisi saatı dərhal qapıb tez şəklini çəkdi və Qarabağ əlilinə söz verdi ki, şəklini çəkib Lalafo.az-a qoyacaq. Yazıq əlil elə bilir ki, Lalafo.az hansısa dövlət qurumudur, ya da hansısa bir xeyriyyə təşkilatı. Biləsiniz ki, artıq "Unibank" borclu vətəndaşı harda tutursa, orada da soyundurur, imkanı olsa insanlarımızın şalvar-köynəklərini də əyinlərindən çıxarıb lüt qoyar. Saat bank işçisində qaldı, yəqin satış saytına saatın şəklini qoyub, öz nömrəsini də yazacaq. Bəyənmədiyimiz çinli bir gənc oğlan vətəndaşı dirəyib saatını əlindən alan bank işçisinə ağzına gələni deyirdi, "yaxçi duxi"lərinin hamısını yerə atıb bank işçisinin yaxasından yapışmışdı. Bank işçisinin sırtıqlığına baxın: səndən sizin səfirliyə təqdimat yazacam dedi. Bizimkilər durub baxırdılar... Elə bu vaxt təxminən 80-90 yaşlı ər-arvad bir çanta pul gətirmişdilər ki, "Unibanka" depozit qoysunlar. Çatana deyirdilər ki, pul gətirmişik, kimə yaxınlaşaq!? Bədbəxt qocalar. Unibank son bir ayda borca görə onlarla vətəndaşı həbs etdirib, ailələri başsız qoyub.  O həddə çatıb ki, bu bankın işçiləri insanları çörəkləri ilə sınağa çəkib, hədələyirlər ki, pulu ödəməsən, iş yerinə təqdimat yazacağıq, nə bilim, həbs etdirəcəyik. Bu yaxınlarda "Unibank"ın işçiləri borclu vətəndaşın yaşadığı binanın həyətinə onun adını, borclu olduğu məbləği yazıb, söyüşlə təhqir ediblər. Tak çto, bu bank mənə də az ziyan vurmayıb, düz 2 min manat faiz ödəmişəm. Burdan borclu vətəndaşı incidən, söyüb-təhqir edən yarpaqbaş bank işçilərinə demək istəyirəm ki, bu yolla aldığınız maaşı ailənizə, xüsusilə də, qızınıza yedirtməyin. Yazıqdır... Axırı pis olar, buna əmin olun! Və çalışın "Unibank"da işləyib insanları zəng vurub, qapısına gedib təqhir etməkdənsə, bir kişi işi tapın, işləyin. 
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər