18px16px14px12px

"Milli Şura" boşalmış şar funksiyasında


Rövşən Nurəddinoğlu

Bu müxalifət ki, var, çox qəribədir. Hər seçkiərəfəsi göydəndüşmə bir qurum yaradır və yaratdığının mürəkkəbi qurumamış, quruyub gedir. İndi də, seçkilərə hələ iki ildən də çox vaxt qalmasına baxmayaraq, yenə də müxalifəti bir qurumda birləşdirmək üçün yeni qurum yaratmaq haqqda düşünür. Bu da təəccüb-filan döğurmur, çünki bu, müxalifətin həyasızlığının nəticəsidir. "Milli Şura"nı da yaradarkən, "birlik" deyə bağırırdınız. Bu gün "Milli Şura"nın mövcud vəziyyəti ağırdır. Qərargahları da yoxdur. Yoxsa aparıb həmin qərargahın düz kəlləsinə qara bayraq da asmaq olardı. Nə edəsən, vaxtilə orada təmsil olunan 129 nəfərdən indi qalıb cəmi-cümlətanı 30-35 nəfər. Həmin 30-35 nəfərin də yarısı qurumun toplantılarına, sessiyalarına (ada bax e!-R.), ümumiyyətlə, qatılmır. Bir adama deyərlər ki, əgər "Milli Şura"nın işinə 15 nəfər qatılırsa, onda bunun harası milli oldu? 
Vallah, belə baxanda, Ə.Kərimli və müavinlərini, eləcə də, C.Həsənlini çıxmaqla, orada təmsil olunan, daha dəqiq desək, adları dəftərə düşən yerdə qalanları da, günü bu gün "Milli Şura"nın qapısını çöldən çırpıb gedərlər. Çünki yaxşı bilirlər ki, rəzil və rüsvay vəziyyətdə oranı tərk etsələr, biabırçılıq möhürü alınlarına yapışıb qalacaq. "Milli Şura", eyni zamanda, boşalmış şar funksiyasını oynayır. O qədər  boşalıb ki, artıq bir sıra xarici dairələrin də oyuncaq siyahısından silinib. 
Bu arada nə qədər qəribə görünsə də, alternativ AXCP-nin sədri Razi Nurullayev "Milli Şura"nın yarandığı gündən lazımsız qurum olduğunu bildirib və buna görə də ölü qurumda qalanların özlərinin ölüyə döndüyünü söyləyib: "Milli Şura"da baş verən son hadisələr, Müsavat partiyasının və ayrı-ayrı şəxslərin qurumdan istefa verməsi "Milli Şura"nın taleyində müəyyən iz buraxdı və planlaşdırılan məsələlər təxirə düşdü".
Bax, beləcə, vəziyyət dönüb olub, necə deyərlər, "naqolay", yəni çətin. İndi növbə digərlərinindir. Onlar da yavaş-yavaş "Milli Şura"nın göyərtəsini tərk edirlər. Bundan təccüb-filan etməyə dəyməz. AXCP-nin altenrnativ sədri hətta, ölü qurumda qalanlara məsləhət də verib ki, özünə qiymət vermək istəyənlər üzüsulu-üzüsulu qurumu tərk etsələr, faydalı olar. 
Amma öz aramızdır, adam bunların üzünü görsəydi, tutub yaxalarından soruşardı ki, ayə, a bəy, bə hano "Milli Şura" ki, deyirdiniz "vot-vot" hakimiyyətə gəlir? Hanı C.Həsənlinin debatlardakı ağzıyekəliyi? 
Yoxdur! Bunlar ancaq tısbağa kimi qına çəkilərək, orda-burda baş verən hadisələrə qiymət verməklə məşğuldurlar, guya iş görürlər. Ancaq bu, keçməz, çünki bizim müxalifət "liderləri" necə qanmaz gəliblərsə, eləcə də qanmaz gedəcəklər. Hətta yumruq yox, kəllə-təpik dəysə belə...
SES QEZETI


Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər