18px16px14px12px

Virus müxalifətin axırına çıxacaq


Rəfiqə Hüseynova

 
Müxalifət yetkililərinin xarici ölkə səfirləri ilə separat görüşmələri, fikir mübadiləsi aparmaları müəyyən fikirlər yürütməyə əsas olub. Bu məntiqəuyğunluğun nüvəsi isə həmin müxalif dairələri həqiqi mənada real, anti-dövlətçilik meyarlarından uzaq müxalifətin yürütdüyü məkrli siyasətidir. Belə ki, bu cür siyasəti aparan müxalifət partiyaları bununla dövlətin və xalqın mənəviyyatına zərbə vururlar. "Azərbaycan müxalifəti" adlandırılan, ictimai rəyə sırıdılan "siyasi dairələr" barədə də nəsə söyləməmək olmur. Çünki bütün məqamlarda onların fəaliyyət sistemlərindəki "balans" dövlətçilik maraqlarına qətiyyən uyğunlaşdırılmayıb. Doğrudur, bu barədə kifayət qədər deyilib də, yazılıb da... Ona görə də Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərinin diplomatları, hətta səfirlərin özlərinin ölkənin dağıdıcı müxalifəti ilə görüşlər keçirməsi anlaşılmaz (əslində, anlaşılan-R.) olaraq qalır. 
Məsələn, elə götürək Qərəbin ölkəmizdəki səfirləri zaman-zaman AXCP sədri Ə.Kərimli və digər müxalifət liderləri ilə görüşünü və bu kimi xəbərlər də "Azadlıq" qəzetində verilir. Sonra vurğulanır ki, Azərbaycan və hər hansı Qərb ölkəsi arasındakı münasibətlər və s. məsələlər ətrafında fikir mübadilələri aparılıb (?!).
Ə.Kərimli kimi səviyyəsiz, satqın, dövlətə və xalqa xəyanət edən bir zat Azərbaycan adına bir ləkədir. Belə olan halda, maraqlıdır, məgər bu boyda Azərbaycan hakimiyyəti, ölkənin rəsmi siyasi dairələri ilə Azərbaycan və Qərb münasibətləri barədə danışmaq və fikir mübadilələri aparmaq mümkün deyilmi? Əlbəttə ki, mümkündür. Sadəcə, bunun digər gözəgörünməyən tərəfləri var ki, bu da,  ilk növbədə, Qərb səfirliklərinin və səfirlərin tez-tez ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışmalıdır. Səfirliyin etimadnaməsində göstərilməyib ki, səfir mütləq gedib dağıdıcı müxalifət sədri ilə iki ölkə arasında fikir mübadilələri aparsın. Çünki nə səfirlərin, nə də ki, AXCP və s. sədrlərinin bu haqda nə haqqı, nə də ki, səlahiyyəti var.
O ki qaldı ölkədaxili məsələlərin araşdırılmasına, burada da Qərb səfirlikləri də həddini aşır. Hər halda, yaxşı olardı ki, o, gedib öz ölkəsində yaşanan milli azlıqların başına açılan zorakılıq barədə məsələlərini araşdırsın. Çünki səfirin "siyasi məhbuslar"dan çox, Avropada milli azlıqların taleləri maraqlandırsa, daha yaxşı olar. Ona görə də, onların zaman-zaman "Avropa Birliyi məhbusların azad olunmasında israrlıdır" ifadələrini işlətməsi məntiqəuyğunsuzluq kimi dəyərləndirilməlidir! 
Hələ bu da azmış kimi, ölkə qanunvericiliyimizdə nəzərdə tutulan müddəalara da, açıq desək, burnunlarını daxili işlərimizə soxan mister səfirlərin, bir az da irəli gedərək, "bu problemin bütün Avropanın diqqətində olduğunu" ifadə etmək kimi ifadələr işlətmələri və dağıdıcı müxalifətin də bundan bəhrələnməsi, sadəcə, təəssüf doğurur. Lakin bu təəssüfün ardınca bir fikri də doğurur: "siyasi məhbus"ların taleyi Qərb səfirliklərinin diqqətində olsa, nə olacaq, olmasa, nə olacaq? Beləliklə də, bütün mənalarda, Azərbaycanın daxili siyasətinə qarışan müəyyən səfirlər, həqiqətən də, dağıdıcı müxalifətin yoluxucu xəstəliyinə düçar olub. Vay olsun o səfirlərin halına ki, bu cür xəstəliyə tez-tez yoluxurlar və bu da radikal müxalifətin axırına çıxılacağını reallaşdırır. 
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər