18px16px14px12px

Azərbaycanın gücünü görməmək kor olmaq deməkdir


Rəfiqə Hüseynova

 
Yenə də bir məqam ortaya çıxar-çıxmaz, Avropa "standartları"nın bəzi müddəaları yenidən ortaya çıxarılaraq, Azərbaycana qarşı yürüdülür. Tarif Şurasının məlum qərarından sonra guya ölkəmizdə demokratiyanın, insan hüquqlarının, nə bilim, "siyasi məhbuslar"ın, problemlərini mövcudluğunu iddia edən avropalılar bununla öz maraqlarına sdandartlardan kənara çıxa bilməyərək, azğınlaşır və quduzlaşırlar. Zzaman-zaman demokratiya və insan hüquqlarından dəm vuran avropalılar ancaq nədənsə erməni işğalçıları tərəfindən zorakılığa, vəhşiliyə və deportasiyaya məruz qalan 200 minə yaxın Qərbi Azərbaycan türkünün, bir milyondan artıq Azərbaycan vətəndaşının ah-naləsini hələ də niyə eşitmirlər. Sanki gözləri kor, qulaqları kardır avropalı tərəfkeşlərin! Yəni belə baxanda, görünən budur ki, Avropanın ikili "standartları" yalnız Azərbaycana aidiymiş... 
Məsələn, Bakı şəhrində dünyaya gəlmiş və sonralar erməniyə ərə getmiş, milli satqın və siyasi həyasız Leyla Yunusun şər və böhtanlarına Avropa o saat müdafiə etməyə, ona haqq qazandırmağa çalışdı. Üstəlik, Xədicə İsmayılı da, o biriləri də...
Lakin  bütün bunların müqabilində Dağlıq Qarabağ probleminin çözülməsində və erməni daşnakları və rus ordusu tərəfindən işğal edilmiş rayonlarımızdan erməni işğalçılarının çıxarılması üçün barmaqlarını da tərpətmirlər. Avropa dövlətləri sözdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini  bəyan etsələr də, pərdənin arxasında başqa qaranlıq işlərlə məşğuldurlar. Onların əzəldən "səlib yürüşü" adlı köhnə şakərləri var. Ona görə də, indi də düşüblər Azərbaycanın üstünə ki, filan şey belə olmalıdır, behmənkəs zad da belə! Amma unudurlar ki, Azərbaycan yürütdüyü müstəqil siyasəti nəticəsində artıq bu cür təzyiqlərə, təhdidlərə önəm vermir! Azrbaycan günü-gündən inkişaf edir. Paytaxtımızın və əyalətlərimizin gözəlləşməsini, yeni yoların çəkilməsini, körpülərin salınmasını, olimpiya mərkəzlərinin tikilməsini, turizm bazalarının yardılmasını, bir sözlə, xalqımızın rifahının yüksəlməsini avropalılar da etiraf edirlər. Etiraf etsələr də, həzm edə bilmirlər.
Bir sıra Avropa dövlətləri və Avropa "standartları" kimi tələblər irəli sürən qərblilər bir faktı anlamalıdırlar ki, belə davam etsə, Azərbaycan daha sərt mövqeyini  ortaya qoyaraq, həmin "standartların" üzərindən keçib, öz doğma torpaqlarını geri qaytaracaq. Artıq bu amil görünməkdədir. İnanmırlarsa, səbr etsinlər, yaxın zamanlarda Azərbaycanın gücünü görəcəklər. 
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər