18px16px14px12px

Xainlərin əsli elə onların özləridir...


Rəfiqə Hüseynova

 
 
Fakt faktlığında qalır. Ancaq milli xəyanətkarlar bilməlidirlər ki, tarix özü hər şeyi zaman-zaman sübut edir. Necə ki, AXCP sədri Ə.Kərimli və onun yedək qurumu "Milli Şura"nın sədri C.Həsənli hələ də kirli vasitələrlə dövlətçilik maraqlarımıza qarşı təxribatçı  planlar üzərində işləyib siyasi uğur qazanacaqları xəyalları ilə yaşayırlar. Ancaq bilməlidirlər ki, onların əməlləri ictimaiyyət qarşısında ifşa olunur.  Xalqımızın və dövlətimizin adına yalnız ləkə, mənfi rəy qazandırmağa çalışan bu cür satqınların əməlləri onların ermənilər qədər düşmənçilik mövqelərini aşkar şəkildə üzə çıxarır. 
Bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizdə hər bir vətəndaşın öz mövqeyini açıq şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Ancaq bu, heç də hər hansı bir şəxsə yalan və böhtanla məşğul olmağa, ölkəmizin əleyhinə fəaliyyət göstərməyə imkan vermək kimi başa düşülməməlidir. O cümlədən, ölkə müxalifəti yalnız AXCP və "Milli Şura"dan, Müsavatdan ibarət deyil. Digər müxalifət partiyaları da var ki, onlar öz siyasətlərini normal şəkildə apararaq, dövlətçilik maraqlarına zidd hərəkətlərə yol vermirlər. Amma bunlar həmin müxalifəti düşərgə tərəfi hesab etmir, xəyanətkar və satqın adlandırırlar. 
 
Kərimli və onun muzdlu facebook" komandası 
 
O da bir faktdır ki, AXCP sədri böyük əhəmiyyət verdiyi məsələlərin sosial şəbəkələrdə təbliğində fiaskoya uğrayır. "Facebook" sosial şəbəkəsində "HamamTimes" səhifəsindəki "yarışma" bu sırada növbəti həlqəni təşkil edir. "HamamTimes" səhifəsində "Əli Kərimli, yoxsa İlqar Məmmədov?" başlıqlı sorğu təşkil olunub. İlk sorğu günündə səhifə adminləri "REAL" sədri İlqar Məmmədovun lehinə səs vermək üçün "like", Ə.Kərimliyə səs verənlər üçün təəccüb anlamını verən "wow" düyməsini müəyyənləşdirdilər. Lakin daha sonra Ə.Kərimlinin tərəfdarları böhtançılığa keçdilər. Onlar belə bir iddia irəli sürdülər ki, insanlar daha çox "Like" işarəsini bilir, həmçinin, "wow" işarəsini tapmaq üçün də əvvəlcə "like"ni sıxmaq lazımdır. Ona görə də, bu sorğunun ədalətli olmayacağını bildirən kərimliçilər işarələrin yerini dəyişdirməyi tələb etdilər. Səhifə idarəçiləri də onların tələblərini nəzərə alaraq, bu dəfə Kərimli üçün "like", İ.Məmmədov üçün "wow" düyməsi təyin etdilər.
Nəticə isə belədir ki, Kərimli və onun muzdlu "facebook" komandası hər şeyə rəğmən, uduzdu. Özü də bu dəfə öz müxalifətçilərinə - İ.Məmmədova. Artıq reallıq da budur ki, Ə.Kərimlinin siyasi ölümü yaxındadır. Bu dəfə o öz siyasi əcəlindən qurtula bilməyəcək. 
SES QEZETI


Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər