18px16px14px12px

Dünənin "iqtidarçıları", bu günün "müxalifətçiləri", sabahın heç kimləri...


Samir FEYRUZOV

 
Siyasi düşərgədə heç kim müxalifətçi ola bilməyəcək, necə ki, bu mümkün deyil. Kimdən nümunə götürüb normal müxalifətçi olmaq olar ki!? Dünənin iqtidarçıları Cəmil Həsənli, Gültəkin Hacıbəyli bu gün müxalifət "liderləri"dirsə, bu adamların sabah kim olacaqlarını düşünəndə ətim ürpəşir. Vaxt var idi, C.Həsənli deputat idi, yalvarsalar da danışmırdı, hətta iqtidar deputatlarının tənqid etdiyi məsələlərə də tənqidi münasibət bildirməkdən çəkinirdi bu adam. Əksər kitablarının ön sözündə Ulu Öndər Heydər Əliyevdən sitatlar gətirir, Azərbaycan Xalq Cumhuriyyətindən yazıb-danışanda, bu Dahi şəxsiyyətin həmin dövrlə bağlı imzaladığı sərəncamları tariximizin ayırlmaz tərkib hissəsi adlandırırdı: "1998-ci ildə Cumhuriyyətin 80 illiyi ilə bağlı Ümummilli Lider Heydər Əliyev 8 cildli Cumhuriyyət sənədlərinin nəşr edilməsi haqqında Sərəncam vermişdi. Bunsuz necə keçinə bilərsən?!. Bunsuz tarixi obyektiv araşdırmaq mümkün deyil (C.Həsənli)".
C.Həsənli 2009-cu ildə nəşr etdirdiyi "Azərbaycan Xalq Cümhuriyyəti" kitabının 520-ci səhifəsində yazır: "... 1998 ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş parlamentin, hökumətin və Xarici İşlər Nazirliyinin sənədlərinin Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə nəşr edilməsi bunun aydın təzahürü idi". "Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib" yazırdı bu adam... Deputat olduğu müddətdə Prezident İlham Əliyevin Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı gördüyü işlərdən bütöv bir kitab yazıb rus, ingilis, alman, fransız dillərinə tərcümə etdirib Harvard Universitetinə göndərib. 
1988-ci ildə AXCP-çi, 1992-ci ildə Müsavat üzvü olan bu adam artıq 1993-cü ildə AMİP-də təmsil olunub. Elə həmin il vəzifəyə təyin olunduğuna görə, partiyadaşlarını satıb AMİP-i dən qovulub. Bir neçə il sonra yenidən AXCP-yə qayıdır. 2005-ci ildə müxalifət "liderləri" boykot qərarı qəbul etsələr də, C.Həsənli gedib Milli Məclisdə oturur və bəyan edir ki, deputat kürsüsü onun üçün AXCP üzvü olmaqdan daha vacibdir. Bununla da, o, AXCP-dən də qovulur. 2005-2010-cu illərdə qatı iqtidarçı olur. Onun 2008-2009-cu illərdə Milli Məclisdəki çıxışları çoxunun yadındadır, Azərbaycan təshil sistemini dünya təshil sisteminin mühüm hissəsi adlandırır, aparılan təhsil islahatlarını, yenidənqurma işlərini canu-dildən dəstəkləyib təqdir edirdi. Bu gün "müxalifətçidir", bu adam sabah kim olacaq? C.Həsənlinin axıra qədər bu "əqidədə" qalacağına kimsə inanırmı? C.Həsənli deputat olduğu müddətdə tez-tez gedib Fəxri Xiyabanda Ulu Öndərin məzarı önündə baş əyirdi. Lap əvvəl Eçibəyin məzarı önündə baş əyirdi, indi də ildə bir dəfə M.Ə.Rəsulzadənin büstünün qarşısında "Q" vəziyyətini alır. Daha doğrusu, Ə.Kərimlinin "Q" vəziyyətini al!" komandasını yerinə yetirməklə məşğuldur. 
SES QEZETI


Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər