18px16px14px12px

Əli Kərimli anlamaqdan uzaqdır


Rəfiqə Hüseynova

 
Kor-kor, gör-gör. Deyəndə ki, bu AXCP və Müsavatın xəmiri yalan və böhtan üzərində yoğrulub, tez sosial şəbəkələrə çıxıb başlayırlar ağızlarına gələni yazmağa ki, "heç də o qədər pis deyil". Nə deyəsən belələrinə. Fakt faktlığında qalır. Çünki AXCP və Müsavat partiyaları arasında yaranmış qarşıdurma get-gedə böyüdükcə təhqirlərin dairəsi də genişlənir, Əgər nəzərə alsaq ki, hazırda buynuz-buynuza, kələ-kəlləyə gələn, nəticədə isə daha da aqressivləşən bu partiyalar dəfələrlə bir yerdə öz "strategiyaları"nı hazırlayaraq, birlikdə "siyasi addımlar" atacaqlarını bildirsələr də, onların münasibətini "səmimiyyət və əqidə dostluğu" tənzimləyirdi. Hansı ki, bu gün Ə.Kərimli və onun ətrafı Müsavata qarşı, o cümlədən, "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğluya qarşı, hətta küçə söyüşləri yağdırmaqdan belə çəkinmirlər. Görünür, hələ "Milli Şura"da ikən, ortada olan "səmimiyyət" izafi olub, indi də bu izafilik mövcud vəziyyətdə öz sözünü deyir...
"Azadlıq" və "Yeni Müsavat" qəzetləri və onların əməkdaşları arasında olduqca ağır, hətta ondan da betər qarşıdurmalar yaşanmaqdadır. 
Digər tərəfdən, bir reallığı da demək lazımdır ki, bu gün radikalizmdən bir az kənarda dayanan Müsavat partiyası, vaxtaşırı radikalizmə, anarxizmə üstünlük verən AXCP-nin hücumlarına məruz qalmaqdadır. Məsələn, gəlin bir daha  Musavatın "Milli Şura"dan çıxması zamanını xatırladaq. Bu və buna bənzər növbəti faktlar ənənəvi müxalifət düşərgəsində böyük, hətta çərçivələri aşan qarşıdurmalar yaratsa da, cəmiyyət Müsavat tərəfinin sakit mövqedə dayanmasının şahididir. AXCP isə çalışır ki, Müsavatı bu çərçivədən çıxararaq, öz çirkabına bulaşdırsın. İlk baxışdan görünən budur ki, Müsavat başıbəla qurultayından sonra özünün gələcək siyasi strategiyasını qurur. İkincisi, Müsavat partiyası həyata keçirdiyi siyasi manevrlə öz reytinqini və siyasi nüfuzunu qoruyub-saxlamaqla yanaşı, həm də bu vasitə ilə AXCP-dən önə çıxmağa can atır. Üçüncüsü isə, Müsavat cəbhəçi opponentlərdən (rəqiblərindən-R.) fərqli olaraq, yeni siyasi baxışa malik olduğunu nümayiş etdirməyə çalışır. Təbii ki, bütün bunlardan sonra onlar qarşı tərəfin olduqca ağır ittihamları ilə üzləşiblər. AXCP-nin Müsavata yağdırdığı ən çox ittihamlardan biri də bu partiyanın hakimiyyətə işləməsi, ya da hakimiyyətlə iş birliyi qurmasıdır. Amma bunun belə olmadığını hər kəs çox gözəl bilir. Sadəcə, radikalizmin, dağıdıcılığın heç bir siyasi təşkilata xeyir-səmərə gətirə bilməyəcəyini anlayır. Bu isə uzun illərdir ki, anlaqsız, düşüncəsiz və pərakəndə şəkildə fəaliyyət göstərən AXCP sədri Ə.Kərimlini qıcıqlandırır və quduzlaşdırır. Lakin hər şeyin vaxtı və zamanı var. Daha dəqiq desək, vaxtı çatanda, Ə.Kərimli də anlamağa başlayacaq ki, (əgər anlamağı bacararsa-R.) onun tutduğu "yol" ötən illər ərzində ona heç bir xeyir gətirməyib. Təbii ki, bunu anlayanda, çox gec olacaq...
 
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər