18px16px14px12px

Müqayisəbazlar


Samir FEYRUZOV

    
    Bircə bu qalmışdı, onu da müxalif ünsürlər etdilər. AXCP sədrinin müavini Nurəddin Məmmədlini Albert Eynşteynlə müqayisə edib, hər ikisini "A" kateqoriyalı sinifə aid edən dağıdıcı düşüncəli müxalifət bu dəfə növbəti "ilkə" imza atdı. Baxın, "zövq" alın, imkanınız olsa, bu cameəyə lobbası ilə tüpürün ki, hirsiniz soyusun. Nə baş verib axı? Deməli, Currenttime.tv öz saytında Nobel mükafatı laureatı Svetlana Alexievichin Xədicə İsmayılla hazırladığı müsahibə "Azadlıq.info"da dərc olunub. Müsahibənin bütün iyrəncliklərini», kəllə-mayallaq "incə"liklərini bir tərəfə qoyub S.Alexievichin X.İsmayıla verdiyi növbəti sualdan və bu suala ikincinin verdiyi cavabdan danışacam. 
    S.Alexievich: «Siz həbsxanada olanda bilirdiniz ki, 5, 7 il ola bilər...» 
    X.İsmayıl: «Olsun 7 il. Nelson Mandella 27 il həbsdə olub». 
    X.İsmayıl həmişə utanmadan oynayıb: bel fırladıb, şaqqanaq çəkib, şıllaq atıb, mətbuatda göbək rəqsinə qədər gedib çıxıb, bir sözlə, bütün əndazələri aşıb. Qısa bir arayış: "N.Mandella 1994-1999-cu illərdə Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olub. Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada (1963-1990) yatıb. 1993-cü ildə Nobel Sülh Mükafatı alıb. 1943-cü ildən öldüyü günə - 2013-cü ilin 5 dekabrına qədər bu adama bütün dünya qibtə edib. Bəs özünü Mandella ilə müqayisə edilən X.İsmayıl kimdir? Öncədən hamınızdan üzr istəyirəm, bu iki adamın tərcümeyi-hallarını yanaşı verdiyimə görə, məni bağışlayın, bunu cavanlığıma keçin. Nə isə, abırsızlığıma salıb yazmalıyam. Arayış: "Azadlıq" radiosunun Bakı bürosunun jurnalisti olub, müxtəlif qəzetlərdə işləyib.  2014-cü ildə cinayət məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittiham olunub". 
    Xədicə, bax, sən bu qədərsən! Özünü müqayisə etdiyin adam bütün dünya üçün çalışırdı, dərisinin rənginə, irqinə, dininə görə insanı təqib etməyin ümumbəşəri cinayət olduğunu bütün ciddiyyəti ilə sübut etdi. Minlərlə insanı ölümdən xilas etdi, Ölkəmizdə barış, sülh yaratdı, aparteidizmdən xilas etdi. Bəs sən kimsən? Pul müqabilində ayrı-ayrı məmurları şantaj edib özünə bağçalar, biznes obyektləri açan sən deyilsənmi? Səni öz ölkəndə belə qəbul etmirlər, səndən Mandellamı olar? Qərb kəşfiyyatının, ABŞ MKİ-sinin tapşırıqlarını yerinə yetirmirsənmi? Mənəviyyatın varsa, araşdır, "Azadlıq" radiosu hardan və necə maliyyələşir... Oturduğun ofis "Azadlıq"  radiosuna aid olduğuna görəmi orada çirkli pulların yuyulması ilə məşğul olurdun? Nə isə, bir az da yazsam, dişimin dibi olacaq... 
    "Kak vseqda", dağıdıcı müxalifət özünə təsəlli vermək üçün "müqayisələr"ini davam etdirsin. Məsələn, Gültəkin Hacıbəylidən "Janna Dark", Fuad Qəhrəmanlıdan "Mel Gibson" qayırsın. Ömrünün 25 ilini cəbhəçi olaraq yola verən bir yaşlı kişinin dünən mənə dediklərindən: "Qənimət Zahid kişi kimi ac-susuz, kasıb vəziyyətdə sinəsini qabağa verib yazır, əsl müxalifətçidir". Qənimətin sonuncu dəfə Bakıda şantaj edib məmurdan aldığı və ya iş adamının "müraciət"ini mətbuatda yaymaq üçün əldə etdiyi pulun məbləğindən xəbəri yoxdur". O pulla bu qoca kişi 25 il hədər vediyi ömrün uzun illər kayfını çıxarardı. 
SES QEZETI


Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər