18px16px14px12px

Gültəkin Hacıbəyli hicablı qadını həbs etdirəndə...


Samir FEYRUZOV

 
Vaxt var idi ki, AXCP sədri Əli Kərimli hicablı qadınların, dindar kişilərin partiyadan qovulması ilə bağlı göstəriş vermişdi. Söhbət 2005-ci ildən gedir. Onun bu göstərişindən sonra əksər cəbhəçilər kütləvi şəkildə AXCP-dən istefa verdilər. O zaman Ə.Kərimli belə bir bəyanat vermişdi ki, guya dindarlar onun ofisinə bomba qoyacaqlar. Qısası, dünənə qədər dindarlara terrorçu gözü ilə baxan Ə.Kərimli üçün bu gün nə dəyişdi axı? Bu ilin sentyabr-oktyabr aylarında keçirilən mini-aksiyalarda Ə.Kərimli əsl "mömin" obrazına girdi, haqq-ədalətin nazilib-üzülməsindən dəm vurdu. Adı siyasi aksiya olsa da, orda daha çox dini-radikal çağırışların səsləndirildiyinin şahidi olduq. Dövlət çevrilişinə cəhddə ittiham olunan Taleh Bağırzadəni müdafiə etmək AXCP sədrinin nəyinə lazımdır? Nə üçün "Azadlıq" qəzeti terrorçuların cinayətlərini ört-basdır etməyə çalışır!? Məsələ məlumdur: iflasa uğramış, heç bir uğur limiti qalmayan, sosial dayaqdan, ictimai dəstəkdən məhrum olan Ə.Kərimli dövlətçilik əleyhinə olan istənilən şəxs və qruplarla əməkdaşlıq etməyə hazırdır. Yaxşı fürsət idi, növbəti "siyasi məhbus" siyahısı ilə pul qazanamq üçün pis şans deyildi. Belə də oldu... AXCP 194 nəfərlik qondarma "siyasi məhbus" siyahısı hazırladı və T.Bağırzadəni də bu siyahıya əlavə etdi. Heç kimə asan və gülməli gəlməsin. Əvvəla, "siyasi məhbus" siyahısına düşmək üçün cinayətkarın qohum-əqrəbası gərək 10 min manatlarından keçsinlər. Bundan başqa, əlavə "prosedur"lar üçün 2 min manat pul tələb olunur. 100 nəfərin hər birinin yaxınlarından 10 min manat pul alınanda, bu, 1 milyon manat edir. Pis biznesdirmi? Xeyr! Amma bununla bitmir. Daha böyük pullar Qərbdən gəlir. Hər bir "siyasi məhbus"un "hüquqlarının müdafiə"si adı altında milyonlarla pullar yeyilir. "Milli Şura" və AXCP-nin 11 sentyabr mitinqində iştirak edənlərin hər birinə 50 manatdan pul paylanmışdı, rayonlardan gələnlərə isə 100 manat verilmişdi. Plakat, şüar, təşkilati məsələlər... və sairə... Bütün bunlara Qərbin təxribatçı dairələri tərəfindən yüz min manatlarla pul ayırlmışdı. Bu gün də "aylıq"larını alırlar. Amma burda pul qazanan təkcə Ə.Kərimli deyil, əsas "qazananlar" Qərbin bəzi məkrli dairələrdir ki, Azərbaycanda milli satqınlarımız vasitəsilə qarışıqlıq yaratsınlar.
Yeri gəlmişkən, bir məsələni də deyim. Dünən Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlıya zəng vurdum ki, bir məsələ ilə bağlı münasibətini öyrənim. Mən nədən sual verdimsə, G.Aslanlı seçki "mütəxəssisi" olmasından danışdı. "Niyə mitinq keçirmirsiniz?" sualıma isə maraqlı cavab aldım: "Biz niyə mitinq keçiririk, hələki kimə sərf edir, onlar keçirsinlər, bizim təyin etdiyimiz vaxtlar var". Əhsən! Axır ki, etiraf etdilər. Gülağa bəy, sizlər ildə 2 dəfə yazda və payızda mitinq keçirirsiniz. Düz deyirsiniz! Yəni sizin "sezon" deyil hələ, onsuz da indi keçirsəniz də gərək pul almayasınız. Elə yaxşısı budur ki, yazı gözləyəsiniz. Bir şey qalmayıb ki.  
 
 
 P.S. Ə.Kərimli cəhənnəmə, bəs bu Gültəkin Hacıbəyliyə nə olub? Deputat olanda, hicablı seçicisini həbs etdirən bu qadın indi din "təəssübkeşliyi"mi çəkir? Amma başa düşürmü ki, həbs edilənlərlə dinə heç bir aidiyyatı yoxdur, bunlar dini alət edənlərdirlər. 
 
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər