18px16px14px12px

Belə də olurmuş


Samir FEYRUZOV

 
Dünən qeyri-ciddi xəbər saytlarında eşələnirdim, kimin kimdən xoşu gəlmirsə, bu tip saytlara baxmaqla hər şeyi aydın görə bilər. Sözüm bunda deyil. Deməli, həmin saytlardan biri böyük sənətkar Ağaxan Abdullayevin vəfatı ilə bağlı xəbər qoyub və bu xəbəri olduğu kimi sizin nəzərinizə çatdırıram: "... 1998-ci ildə xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü olub. Pedaqoji fəaliyyətinə görə 2000-ci ildə Təhsil Nazirliyi Kollegiyasının Fəxri Fərmanı  ilə təltif olunub. Qeyd edək ki, "qara bazar"da dolların alış qiyməti 1,92, satış qiyməti isə 1,94 manata qalxıb". Başa düşmürəm, dolların alış və satış qiymətinin böyük sənətkarın ölümünə nə dəxli var!? Gecəyarısı xəbər qoyanda, heç olmasa, üzünə bir-iki çimdik su vurasan ki, belə səhvlərə yol verməyəsən. 
Onsuz da "reket" saytların əttökən yazılarından bezmişik. Hələ müxalifətyönümlü saytların "qəhrəmanlıq"larının zorla gözümüzə dürtülməsini demirəm. Təsəvvür edin ki, müxalifətdə nə qədər aktiv gənc, yaşlı, arvad, qız varsa, hamısının da adına mükafat təsis olunub: "Seymur Həzi", "Xədicə İsmayıl", "Rafiq Tağı" və sairə mükafatları... Belə şeylərdən sevinmək, ironika nümayiş etdirmək ayıb olar. Ancaq bir maraqlı məsələni deməsəm, sakit olmayacam. "Seymur Həzi" mükafatı Qiyas İbrahimov və Bayram Məmmədova veriləcək. Səhv etmirəmsə, dekabrın 27-də təqdimat da oldu. Bir az sonra da "Bayram" və "Qiyas" mükafatlarını təsis edib, başqa birisinə verəcəklər. Ümumiyyətlə, kiminsə adına mükafatın təsis olunmasının özü böyük bir məsuliyyətdir. O qədər bəşəri, ideal, dahi, böyük və müstəsna xidmətlər sahibi olmalısan ki, adına mükafat təsis oluna bilsin. Amma yuxarıda adını saydıqlarımın hansı xidmətləri var ki, mükafatı kiməsə verəndə də, onun haqqında ağız dolusu danışasan. "Xədicə İsmayıl" mükafatını kimə və nə üçün verəsən? Gülməlidir, vallah! Lap elə "Bayram" və "Qiyas" mükafatlarını onların kim olduqları haqqında nə deyib verəcəksən? 
Dünən xəbər yayılmışdı ki, bir kişi əlində siqaret yuxuya gedib və evi yanıb. Kişi sağ qala bilib. Kişi deyir ki, siqareti yarıya qədər çəkəndən sonra yuxulu halda olsa da, partlayış səsi eşidib, əlindəki siqaret partlayıb. Bu adam bomba çəkirmiş, ya da siqaretin içində "zırpaket" varmış. Nə isə, siqaret demişkən, bir maraqlı hadisəni qeyd edim. Almaniyada bir qadın maşınını qırmızı işıqda saxladığı vaxt əlində siqaret olduğu halda yuxuya gedir. Siqaret qadının əlindən düşərək maşını yandırır. Qıraqdakılar qadını sağ-salamat maşından çıxarırlar. Bundan sonra qadın siqareti istehsal edən firmanı məhkəməyə verir. Səbəb olaraq da bunu göstərir ki, keyfiyyətli siqaret çəkilməsə, 1 dəqiqə sonra özü sönür, amma sizin istehsal etdiyiniz siqaretin tərkibi təmiz olmadığı üçün mənim maşınım yanıb. Məhkəmə qadının şikayətini təmin edir və həmin firma qadına yeni avtomobil hədiyyə edir. Qadın şikayətini geri götürür. 
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər