18px16px14px12px

Müavinətli müxalifətçinin "kaşelyok oğrusu"na müraciəti


Samir FEYRUZOV

 
Uşaq vaxtı baxardıq... "Tom and Cerry"dən sonra "The End" yazılardı. Bundan sonra şirin nərəsini eşidib ağzını ayırdığını görərkən, dünyanın ən xoşbəxt adamı olardıq. Dərhal ayağa qalxıb soyuducu tərəfə qaçar, şirin 5 saniyəlik nərə çəkdiyi vaxt ərzində 500 qramlıq çörəyin üstünə iki qaşıq tomat çəkib yenidən televizorun qabağında oturardıq. Hələ "Yeni il" günü bişən yeməkləri demirəm. Düz yeddi gün Remboya, Van Dama baxa-baxa plov qaşıqlayardıq. Deməli, hal-qaziyə belədir. Nə olsun ki, artıq yaşa dolmuşam, yekə kişiyəm, 2016-cı ilin son günü 20 illik fasilədən sonra "Tom and Cerry"yə baxırdım. Tələbə yoldaşım zəng vurdu, təcili görüşmək istədi, razılaşdım. Təzə oturmuşduq ki, Kessingersə verilən "diplomatiya nədir?" sualının cavabından danışmağa başladı. Kessingerlə bağlı suala cavabında Rokfeller ailəsi ilə bağlı kiçik bir misal çəkməsi, sualı fərqli şəkildə cavablandırması tələbə yoldaşımı əməll-başlı qızışdırıb. Mənə dediklərini olduğu kimi yazıram: "Mənə təcili varlı qız tap. Atası çox imkanlı, vəzifəli olsun. Qardaş canı, dərhal da müxalifətdən istefa verirəm". Kessingersin cavabını oxuyub bilən adamlar tələbə yoldaşımın da nə üçün belə bir fikrə düşməsini başa düşə bilər. Başına döndüyüm tələbə yoldaşım təkcə 4 il ərzində 6 müxalif partiyaya üzv olmuşdu, indi on birinci dəfədir ki, AXCP-yə qayıdıb. Nə isə, uzun çək-çevirdən sonra bəlli oldu ki, bu axmaq müxalifətçi olduğuna görə, hər ay 100 manat pul alır. Adını da "NİDA"ya yazdırıb, Xədicənin boynuna qoyublar ki, aylıq pul alsın. İki-üç ay əvvəl bir hüquqi sənədin hazırlanması üçün də Aslan İsmayılova müraciət edib, o da elə bir məbləğ tələb edib ki, bunun ayaqları göydə qalıb. "Kaşelyok oğrusu" Aslan İsmayılovun hər gün "facebooka" "işə" çıxması, əxlaq libası geyinib mənəvi pozğunluq və ticarətlə məşğul olması mənim tələbə yoldaşım kimi sadəlövh adamlarda çaşqınlıq yaradır. Vaxtilə bu boğuq səs hinduşkanın oğlunun hansı pulla xaricdə təhsil alması, xanım biznesmendən havayı ofis alması, dəyəri milyonlarla  ölçülən obyektlərə, torpaq sahələrinə necə malik olması haqqında yazmışdım. Ağzından süd iyi gələn, 43 saylı Liseydə xüsusi "ad" çıxaran, təhsil almaq adı ilə hərbi xidmətdən yayınıb, atasının boz şalvarının ciblərində gizlənən oğlu Ziyəddini üstümə cumdurdu: kıs-kıs... Özümə söz vermişdim ki, bu "adam" haqqında yazmayacam. Amma söz verirəm ki, oğlu Ziyəddinin 21 yanvarda doğum günündə A.İsmayılova faktlarla, fotolarla dolu, uzun müddətdir özümdə saxladığım bir yazı ərməğan edəcəyəm. Ancaq o vaxta kimi oğlunu üstümə kısqırdan Aslana "kaşelyok"a görə satdığı 79 yaşlı keçmiş dostu İlyas İsmayılovun oğlu Etimad İsmayılovun yazdığı cavabdan bir sitat gətirirəm: "Mən Aslana dedim ki, zatən İlyas müəllim bu sözləri sizin özünüzə də hər zaman deyib, dəngəsiz, fürsətcil olmağınızı qınayıb. Aslan 2013-cü ildə İlyas İsmayılovu "aktyorluqda" ittiham etdi, özü də əxlaqına uyğun şəkildə. Aslana üz tutub bildirdim ki, arada olan duz-çörəyi, xətir-hörməti qaldırmaq istəyirsə, kimin kim olduğunu sübutlarla xalqa bildirək. Bir muddət susdu. İndi yenə başlayıb...". Ay Aslan, nə "qrex"in var ki, Etimad sənin kimlyini açıqlamaq istəyir! Yazığım həm də bu "adam"ın "pak"lığına inanıb hər gün facebooka "iş"ə gələnlərədir. Birdəfəlik başa düşün, əvvəlki yazımda demişdim, yenə deyirəm. Bu Aslan o ASLANdan deyil. 
SES QEZETI


Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər