18px16px14px12px

"Humanist" Fransa və Dızmaduruxlu Faiq


Samir FEYRUZOV

 
 
Bu Qərbin üzünün suyu tökülmür ki, tökülmür. Olmayan üzdən suyun tökülməsini də ummaq təbii ki, düz deyil, amma heç olmasa, etdiyin riyakarlıqların arasında fasilə vermək yaxşı olardı. Deməli, dünən Avropa telekanalları Fransa prezidentinin miqrantlara göstərdiyi "mərhəməti"ndən, "humanizm"dən  danışırdılar. Fransanın Afrikadan gələn miqrantlara olan "ata"lığı dünya tarxinin ən "şanlı" səhifələrini təşkil edib. Afrikada müstəmləkəçilikdən tutmuş, yeraltı, yerüstü sərvətlərinin qarət olunmasına qədər həyata keçirilən beşbarmaqlı siyasətin "şəhadət"ini həmişə Fransa təşkil edib. Telekanalların sərsəm təbliğatından bir saat sonra, bəlli oldu ki, özünü "demokratiyanın maması" adlandıran Fransada miqrantlara yardım göstərdiyinə görə fransız fermer Cedric Herroun həbs edərək, məhkəməyə çıxarıb. Bu da Fransa dövləti! Fermerin günahı isə İtalya torpaqlarından qanunsuz olaraq Fransa ərazisinə keçən Orta Asiya və Afrikadan gələn yüzlərlə miqrantı öz evində yerləşdirmək, onların yemək və s. gündəlik minimal tələblərini qarşılamasıdır. Məhkəmə, hələlik, heç bir qərar çıxarmayıb. "Bu işi niyə görürsən?" sualını verən müxbirə isə cavab verilib ki, "Ağdərili-qaradərili, kağızlı-kağızsız insanlar arasında fərq qoymaq mənim işim deyil. Mən fermerəm. Mənim işim insanları qida ilə təmin etməkdir və bunu da etmişəm". Məhkəmə qərarı fevralın 10-da açıqlanacaq. Fermeri ya fransız atlarının ayaqları altına salacaqlar, ya da azadlıqdan məhrum edəcəklər. Yeri gəlsə, ikinci bir Usame Bin laden yaradıb terrorçu adı ilə öldürəcək də! 
Lerikin Dızmadurux kəndində doğulub böyüyən, indi isə Fransada yaşayan azərbaycanlılardan biri ( Faiq) sosial şəbəkədə yazır: "Qızım artıq model olmaq qərarını verdi, ilk pozlarını çəkdilər, bəyənildi. 12 yaşlı Lizanın (Leylanı Liza edib) indidən diqqət cəlb etməsi qürur verir mənə. İnanıram ki, o, gözəl model olacaq...". Ardınca da 12 yaşlı qızının "poz" verən şəkillərini paylaşıb. Uşağın üzünü o qədər sürtüblər ki, 40 yaşlı arvada oxşayır. Əziz xaricə mühacirət edən azərbaycanlılar, Qərbin, Fransanın da elə istədiyi budur ki, "qadın azadlığı" adı altında arvadlarınızı, qızlarınızı lütləndirəsiniz. Təbii ki, Fransada yaşayan bu azərbaycanlı "kişi"yə etiraz etdim. Mənə yazdı ki, mən "Yeni Müsavat"da işləmişəm, jurnalist olmuşam, filan, filan... Nə isə... "Yeni Müsavat" demişkən, bir şey soruşum. Görəsən, uzun müddətdir reket saytların reklamı, banneri "Musavat.com"da nə gəzir? Başa düşürük, ayda 7-8 reket saytın hərəsindən 300 manat pul az deyil.  Ancaq heç olmasa, artistlik edilməsin. Reket saytlara qarşı mübarizədən danışan R.Arifoğlu bəs öz qəzetində nə üçün onların şantaj dolu materiallarına yer verir? Deyəcək ki, pula görə, bu, biznezdir. O zaman reketləri niyə qınayırsan, ay Rauf!? 
İki gün əvvəl Rəşid Behbudov küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində Cip sərnişin avtobusu ilə toqquşmuşdu. Pulun çoxluğuna və ağlın zəifliyinə bax ki, Cipin sürücüsü olan 18-20 yaşlı gənc maşının açarını üstümüzə atdı ki, kim istəyirsə,  götürsün. Amma desin ki, qəzanı da özü edib. O maşına yaxın getməkmi olar!? Əlimdə kameranı, miktofonu görən kimi əsməyə başladı. Onu çəkmədim. Polislərdən də, həkimlərdən də xahiş etdim ki, əzilənlərdən öncə bu gəncə kömək etsinlər. Çünki həqiqətən, biabırçı vəziyyətə düşmüşdü, qorxusundan... Günahını da bilirdi. O maşının bir təkəri məndə olsa idi, özümə bir ev, bir maşın, bir obyekt alardım, qalanına da bir iş görərdim. İndi təsəvvür edin, bu gənc nə maşını sürürmüş... 
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər