18px16px14px12px

Diplomatiya və Nurəddin Məmmədli


Samir FEYRUZOV

Dünən Günel Mövludun sosial şəbəkələrdə paylaşdığı müsahibəsini oxudum, açığı deyim ki, "kövrəldim", oxu vaxtaşırı dağa-daşa dəyən bu adamın iniltisini hiss elədim. "Mən arzuladığım Azərbaycanda yaşamaq istəyirəm" deyən Günel bu ifadəni əvvəllər də işlədərdi, daha yanğılı, lap ehtiraslı formada. Bir dəfə gənc yazıçı dostlarımız da ondan hansı Azərbaycanda yaşamaq istədiyini soruşmuşdular: "Hər şeyin sərbəst olduğu, evlərin arasında sərhədlərin olmadığı, qonşuların pəncərələrinin açıq olduğu, bu pəncərələrdən hər şeyi aydın gördüyü, istədiyin vaxt istədiyin kişi ilə evlənə bildiyin Azərbaycanda...". Günel belə cavab vermişdi. Əlqərəz, bu "qadın" ərə gedəndə mən demişdim ki, boş yerə çalışmayın, cəmi bir neçə ay sonra onun ürəyində yenidən yeni sevgilər dombalacaq. Bu da fakt, danışmadı-danışmadı, axırda içini tökdü. Hollandiyanın qırmızı baş kişilərini bizlərə misal çəkir, 11 yaşlı holland qızların-oğlanların "azad"lıqlarından öyüd-nəsihətlər hazırlayır. Qısası, bu həmin Güneldir, doymayıb, dəyişməyib, formalaşmayıb. Yazını bütünlüklə Günelə sərf etmək fikrində deyiləm. Odur ki, AXCP sədrinin müavini Nurəddin Məmmədlidən sizlərə maraqlı bir hadisə danışacam. Deməli, iki gün əvvəl Nurəddin "facebookda" məntiqsiz bir status paylaşmışdı.  Yazıb ona sual verdim ki, neçə ildir siyasətdəsiniz və sizcə, siyasət nədir? Cavabına baxın: "Siyasətin nə olduğunu bilmək üçün Əli Kərimlinin həyat yoluna nəzər salın. Ətin tökülsün, ay Nurəddin! Mən də ona maraqlı olsun deyə bir balaca yazı göndərdim, məsləhət bildim ki, oxusun. Elə sizlərə də maraqlı olar. 
Bir dəfə Henry Kissinger'dən soruşurlar:
- Diplomatiya nədir?
- "Ooo, bu universal yəhudi metodudur, icazə verin, misal üzərində izah edim. Siz Sibirdə bir kasıb oğlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlandan soruşursunuz:
- Yəhudi qızla evlənmək istəyirsən?
- Nəyimə lazımdır, kəndimizdə qız çoxdur.
- Yox, o qız milyarder qızıdır!
- Onda bu, hər şeyi dəyişir- mən razı!
Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm və deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!
- Nəyimə lazımdır Sibirdən, burda insan yoxdur ki?
- Amma o, Rokfellerin kürəkənidir!
- Onda bu, hər şeyi dəyişir. Gəlsin!
Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.
- Bizim ailə hamısı maliyyəçidir, Sibirdən olanı neynirəm?
- Elə o da İsveçrə bankının prezidentidir.
- Hə, onda bu vəziyyəti dəyişir.Və qızını çağırır. 
- Qızım sənə maliyyəçi ər tapmışıq. 
Qız isə: 
- Maliyyəçilər hamısı cılız və zəif olurlar, istəmirəm!
- Yox qızım, bu, Sibirdəndir, çox möhkəmdir .
Və qız razılaşır. Bax, bu, sırf diplomatiyadır". 
 
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər