18px16px14px12px

Əgər siz deyən kimidirsə, bəs Əli Kərimli niyə həbs olunmur?


Samir FEYRUZOV

 
Cəbhəçilər gecə-gündüz hay-həşir salıb tumanlarını başlarına atırlar ki, guya Azərbyacanda müxalifətçilər, konkret olaraq, cəbhəçilər təzyiqlərlə üzləşirlər. Sizin "baş müxalifətçi"niz Əli Kərimlidir. Məntiqlə fikirləşəndə, elə birinci o həbs edilməli idi. Ancaq azadlıqdadır, qaz vurub-qazan doldurur, keyfi də şıdırğı vurur. Bəs o, niyə həbs olunmur? Sizin suala verdiyiniz cavabın nə olacağını indidən təsəvvür elədim, utandım... Şahvələd Çobanoğlu (sözün həqiqi mənasında) başından yekə fikirləşib yazmışdı ki, guya iqtidar Ə.Kərimlidən qorxur və buna görə də, onu həbs eləmir. Əvvəla, kimliyindən asılı olmayaraq, cinayətkar həbs olunmalıdır, bu AXCP sədri yox, hər hansı başqa bir partiya sədri də olsa, məmur da olsa fərqi yoxdur. Qanun hər kəs üçün eynidir. Bəli, həmişə demişəm, bu gün də deyirəm: ən böyük cinayətkar Ə.Kərimlidir... Bu, mənim fikrimdir, bu cinayətkarın niyə həbs edilməməsi haqqında da bilgilərimi bölüşəcəm. Öncə, tarixə nəzər yetirək: 2003-cü ildə dərs çıxarmağa məcbur olduğunuz hadisələr baş verdi. Ə.Kərimli, İ.Qəmbər evlərində oturdular, qapılarını bayırdan qıfılla bağlatdırıb, mürəbbəli çay içirdilər. Bəs bu zaman "Azadlıq" meydanında nə baş verirdi? Bu iki şəxsin pul verib öyrətdiyi, anti-azərbaycançı, terrorçu, ermənipərəst insanlar şəhərimizi dağıtmağa cəhd göstərdilər. Dükanların vitrinlərini, şüşələrini sındırdılar, avtobusların təkərlərini partladıb şüşələrini sındırdılar, insanları döydülər. Bu adamların hamısı qanunla öz layiqli cəzalarını aldılar. Ə.Kərimli, İ.Qəmbər, həqiqətən də, müxalifət "lider"ləri idilərsə, nə üçün partiyadaşlarının önündə getmirdilər? Nə üçün partiyadaşları şəhərin küçələrində anarxiya yaradanda, özləri mürəbbəli çay içirdilər? Axı danışanda, tarixdən siyasi mübarizə metodlarından danışırlar. "Lider"iniz önünüzdə olmalı deyildimi? Niyə qaçıb gizlənmişdi? Bu cür cücələri N.Mandella, Ş.D.Qolla müqayisə edəndə, heç olmasa, öz abrınıza bükülün. Bu İ.Qəmbər artıq yoxdur, Ə.Kərimli də Mehman Hüseynov kimilərin əndrəbadi, sujetin altına iyli musiqi buraxıb, hazırladığı şantaj xarakterli materiallardan şəxsi məqsədləri üçün istifadə edir. Bu adam elə düşünür ki, bir cinayətkar cəbhəçidirsə, onu həbs etmək olmaz. Elə anlayır ki, cəbhəçi hər bir cinayəti törədə bilər, ancaq qanun qarşısında məsuliyyət daşıya bilməz. Ayrı-ayrı gəncləri öyrədib qanunun əleyhinə işlər görmək, insanları şantaj etmək, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qəsdən sataşmaq, bu,  nə prinsipdir belə? 
Bəli, hər şeyin öz zamanı var, bütün cinayətkarların da qanun qarşısında dayanacağı vaxt var. Bir gün Ə.Kərimli də qanun qarşısında dayanacaq, bu cəbhəçilərə indi gülməli gəlsə də, ancaq bu, baş verəcək! Sübutlar, dəlillər öz sözünü deyəcək. 1992-ci ildə 26 yaşlı bir gəncin hansı "xidməti"nə görə dövlət katibi olması, Elçibəyin öldürülməsindəki "incə" faktlar, həbs edilən müxalifətçilərin başı üzərindən qazanılan pullar, "siyasi mühacir" və "siyasi məhbus" biznesi vasitəsilə əldə olunan külli miqdarda vəsaitlərin necə əldə olunması araşdırılacaq və qanun sözünü deyəcək! Ə.Kərimlinin qaynı Elnur Seyidovun bankda həyata keçirdiyi maxınasiyalar kimə lazım idi? Başqa bir qaynının Mingəçevir şəhərində "Pajero" markalı maşınla daşıdğı yüz minlər Dübəndi kəndinə niyə gətirilirdi? Bu adam işləmir, bir cəbhəçi çıxıb deyə bilərmi ki, Bristol Universitetində Türkelin (1 illik xərc- 40 min dollar təhsil haqqı, 80 min dollar əlavə) xərclərini necə ödəyirdi? Buna görə Rəsul Quliyevdən aldığı pulları AXCP-nin "hesabat"ında hansı "işlər"ə sərf olunduğundan hər kəs xəbərsizdirmi!? Hələ ki, kef eləyin... 
SES QEZETI


Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər