18px16px14px12px

Aslanı danışdıran tülkü, FƏQƏT...


Samir FEYRUZOV

 
Yardımlının Perimbel kəndinin eşşəkləri digər kəndlərin eşşəklərindən fərqlənirdi, bir dəfə batdığı yerdən, bir də keçirdi. Bu kəndin evlərinin çəpərlərində qara parçalar, qapılarında at quyruğundan tutmuş fil dişinə, keçi saqqalına qədər hər şey asılırdı: yaxşı, ya da pis, inanc vacib idi. Məşhur seyidlər kəndi kimi bu gün də tanınır. Bu gün də teleməkanımızda günah, üfunət qoxuyan ayrıca-ANS adlı bir güşənin olması (?) kimə təəccüblü gəlirsə, mənim vecimə deyil. Hərçənd ki, məqsəd-məram eynidir, vicdan, qərəz, obyektivlik daşınan əmlak deyil ki, hər dəfə bir küçədə qoyub gedəsən. Əcəba, Mirşahinin Perimbeldə doğulub boya-başa çatmağımı yaxşı haldır, yoxsa Rozasayağı müharibə reportyorluğu!? Hər halda, "Bəyin oğurlanması" filmində Mirzə Babayev demişkən, "qəzetlər belə yazır...". 
Aslanı danışdıran tülkülər ötən əsrin 90-cı illərində də vardı, boşluqdan və kəmlikdən yararlanan çaqqallar ordusuna sahib idik: telekanal müdirliyindən tutmuş çəkmə, "konserv" biznesinə qədər əl qoyuldu, makaronlar istehsal olundu. Məgər telekanaldan TELEKANALİZASİYAya keçid dövrü, torpaq itkisindən, insan ölümündən, müharibədən şadlıq təfəkkürü formalaşdırmaq mənim adımlamı bağlıdır? Mirşahin Aslan İsmayılovun dili ilə danışır, hər nədirsə, dili topuq vuran olmasa da, ürəyi əməliyyat olunub: hələ mən şair Sarvan kimi: "əməliyyat olunmuş qəlb boşanmış qarıya bənzəyir" demirəm, ancaq böyük ürəklə heç vaxt həkim bıçağına tuş gəlmir. 
A.İsmayılov deyir: "Əgər hakimiyyət ölkənin qarışmasını istəmirsə, ANS-in fəaliyyətini bərpa etməlidir. ANS arxivlərini təkrarlasa, çoxlarının iç üzünü gənc nəsil görər". "Kəlilə və Dimnə"dən cəmi bir-iki səhifə oxumaq bəs edər ki, aslanı danışdıran tülkünün kimliyini biləsən. Ki... burda aslanın məqsədi nədir, nə fərqi var ki, lap bu Aslan o aslandan olmasın. Cəsarət rəmzi sayılan bir heyvanın ən ümdə xüsusiyyətlərindən biri səndə yoxdursa, bu adı daşımağın mənası nədir, bilmirəm. Fəqət, hər nədirsə, nəticədə, dövlət təhdid olunur: əgər bizim kanalı açmasanız, biz də materiallar yayacağıq. Nə olsun? Məgər bu materiallar F.Gülənin qarşısında diz çökməkdən daha dəhşətlidir? Yaxud qadın, narkotik alveri qədər cinayət məsuliyyəti yaradır? Ali məktəbi yeni qurtarmış qızların gələcək diktorluq arzularını şəxsi kabinetində bir masa üzərində dəfn edən mirşahinlər, vahidlərmi daha dəhşətlidir, yoxsa nə!? Qısası, danışanda ya kişi kimi özünüz danışın, ya da aslanın erkəyini danışdırın. Heç kim başını ağrıtmasın, biz gül satan da deyilik: yeri gəlməsə də, yolüstü gülsatanlarla bağlı bir məqamı xatırladım. 
"Azadlıq"da, "Parlament" propektində və digər yerlərdə yəqin axşamlar almayanaq, əksər hallarda əllərindən əsa, başlarında qotazlı papaq olan gül satan gənclərlə rastlaşmısınız. Maşının şüşəsini aşağı salmağını xahiş edir, bir manata qızıl gül satdığını deyir. 1 manat? Axı normalda bunu 4-5 manata alırıq. Nəhayət, məlum olur, bu qotazlı-əsalı gənclər qəbirstanlıqdan yığıb gətirirlər o gülləri. Yoxsa 1 manata gülmü olar? Ölü yiyəsini izləyirlər, gedən kimi qəbirstanlıqda nə qədər gül varsa, hamısını yığıb aparırlar. Novruz bayramında əlində qızılgüllə yanaşı şəkərbura, şorqoğal satanlar da az deyil. Etməyin, cənablar, etməyin! 
SES QEZETI


Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər