18px16px14px12px

Şeytanla bir yolda


Rəfiqə Hüseynova

 
Yəqin ki, AXCP-də nələrin baş verdiyini heç Ə.Kərimlinin xidmət göstərdiyi, pərəstiş və əməkdaşlıq etdiyi şeytan da bilmir. Kimsəyə də sirr deyil ki, onun fəaliyyəti yalan üzərində qurulub. Apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurur. Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. O, heç vaxt özündən başqasının fikrini, təkliflərini qəbul etməyib. Məqsədləri uğrunda rahatlıqla əzməyi bacarır. Bu səbəbdən də, AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Ə.Kərimli Razi Nurullayev demiş, cəbhəçiləri portağal qabığı kimi soyur.
Digər tərəfdən, isə Kərimli həmişə cəbhəçilərin ən kiçik istəklərini belə, özünə qarşı təhdid kimi görüb. AXCP sədri üçün "yaxşılar" və "pislər" var: güvəndikləri "yaxşılar"dır, qalanları isə "pislər"dir. Bir gün cəbhəçilərdən hansınınsa birinin sədrliyi ələ keçirəcəyindən qorxan Ə.Kərimli psixoloji olaraq, özünü bu gün ən aşağı səviyyədə hiss edir. Bunu daxildə hiss etsə də, büruzə verməməyə çalışır. Düşdüyü çuxurdan çıxmaq üçün tərəfdarlarının başlarında çıxış etməyi sevir. Elə bu gün də bu qorxudan ayıla bilməyən Ə.Kərimli yerini möhkəmlətmək üçün partiya tərəfdarlarından özünü lider kimi təsdiqləyən təriflər toplamağa çalışır. Ə.Kərimli üçün problem qəti şəkildə çöldədir, cəbhəçi olmayanlardadır. Çünki tərəfdarlarına yalan vədlər verən Ə.Kərimli tələsinə düşmüşləri özünün maraqlarına xidmət etməyə məcbur edir. Bu xarakteri onu içindən çıxa bilməyəcəyi arzular burulğanına atıb. Lakin əbəs yerə belə düşünür. Çünki onu göylərə qaldırdığı arzuları həm mənliyini, həm də iqtidarını əzir. Üzləşdiyi çətin vəziyyət Ə.Kərimlini insan təbiiliyindən uzaqlaşdırır. Ə.Kərimli üçün dəyər - zombiləşdirib məqsədlərini çiyinlərinə yüklədiyi tərəfdarları və çıxa bilmədiyi kosmik və utopik xülyalara söykənən arzularıdır. Heç vaxt həyata keçməyən arzuları...
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər