18px16px14px12px

Əli Kərimlinin SƏYləri


Samir FEYRUZOV

Sizi bilmirəm, amma cəbhəçilər ötən əsrin 90-cı illərinin əvvəllərində guya Ə.Kərimlinin səyləri nəticəsində, görülən "iş"lərdən danışanda, şəxsən mənim gözümün önündə bir topa səy, bir yığın ipi qırılmışın bədnam sifəti, ayaqlarındakı zəncirlər canlanır. Bəli, həqiqətən də, Kərimlinin səyləri, səfahələri bu gün necə əndrəbadi "müxalifət"çilik missiyasından zövq alırlarsa, elə ötən əsrin 90-cı illərində də, eyni cür "iqtidar"çılıq etməkdə israrlı idilər. Lakin həmin vaxt itirilmiş torpaqlarından tutmuş büdcə  oğurluğuna, vətəndaş müharibəsinə qədər bütün arzuolunmaz halların baş verməsində, həm də Kərimli səriştəsizliyinin, satqınlığının, riyakarlığının və anti-azərbaycançılığının danılmaz dərəcədə böyük rolu vardı. Dövlət katibi vəzifəsini zəbt edib daha çox öz evinin divarlarının xaricini bəzəyən, Kərimli üçün nə dövlətin xarici siyasəti maraqlı idi, nə də daxilən zəngin olmaq. Məgər Elçibəyin Milli Məclisdə tüstülətdiyi siqaretin dumanında boğulmaqdan, jurnalsitlərin suallarına qırmızı yanaqlarını şişirdərək cavab verən, saxta sərəncamlarla insanları vəzifələrə təyin etdirməkdən başqa nəyi bacarırdı bu adam!? Pənah Hüseyn "məktəbi" hər nə qədər qarpız qoxusa da, ancaq özünə şagirdlər yetişdirə bilmişdi. Elçibəyi içirdib sərəncamlara qol çəkdirərək, əmək müəllimlərini icra başçısı göndərmək "təcrübəsi" bu "məktəb"in ən layiqli davamçısı Kərimlinin timsalında özünü bütün çılpaqlığı ilə göstərirdi. Bu gün KXCP-də özünə şinel düəzldən, vaxtilə Elçibəyin içkili halda Qaradağa icra başçısı təyin etdiyi Bəybala Əbil bu təcrübənin ən "qabaqcıl" qurbanlarından idi. Daha çox dərs aldığı müəllimləri sıxma-boğmaya salan Bəybala sonralar özü də etiraf etmişdi.
Kərimlinin səyləri o qədər çoxdur ki, hansından danışasan ki? Məsələn, Kürşad Türk adlı cəbhəçi, (gah da "Nida"çı) ailəsini, evini-eşiyin ataraq, səhərdən-axşama qədər Kərimlinin ayağının dibində oturub "sabiqlər nağılı"nı dinləyir. Polis rəisi olacağı arzusu ilə yaşayır, söz veriblər, zalım oğlu indidən özünə birbaşa polkovnik rütbəsinin yapışdırıldığı saxta polis kostyumu da tikdirib, evində hazır saxlayıb. Hətta hansı rütbəni "alacağını" da bəri başdan deyiblər. 
Özü də Kərimlinin səylərini metroda, marşrutda tanımaq elə də çətin deyil. Harda qulağı sırğalı, şalvarının 50%-i yalnız deşiklərdən ibarət olan, saçlarını Nikolay Baskovun erməni pərəstişkarları kimi darayan, göbəyi, kürəyi açıq, "borzu" yerişlərlə yeriyən gənc görsən, bil ki, Kərimlinin səyidir. Bu səylərdən biri də azadlıqdadır, Rəhim Vəliyev! Hər nə bəladırsa, ancaq gülürlər, özlərindən başqa kimsənin də alicənablığına boyun əyməzlər. İsgəndər Həmidov bunlar haqqında vaxtilə demişdi: "Adınız "Nida"dır, ancaq sual işarəsinə oxşayırsınız, qəddinizi-qamətinizi düzəldin, özünüzü kişi kimi aparın". 
Turqut Qəmbərin son müsahibəsini oxuyun, dədəsinin burnundan "pırt" eləyib düşüb: "İ.Qəmbər təkəbbürü, "yekə"liyi və ədabazlığı. Hər adam dədəsinə oxşamır ha, ancaq İ.Qəmbərlə Ə.Kərimli bunu tutuzdurublar. İkisinin də balaları dədələrinin yolunu gedirlər: biri xaricdə ermənilərlə viski vurur, o biri də burda oturub, bəzi səfirliklər vasitəsilə erməni dayılarından pul qoparır. 
 
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər