18px16px14px12px

Azərbaycan - Yaponiya beynəlxalq ekspedisiyası Damcılı mağarasında tədqiqatlar aparıb

          
           AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aveydağ Qoruğu və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən, 2016-cı ildən etibarən Qazax rayonu Daşsalahlı kəndi ərazisində və Avey dağı ətəyindəki Damcılı mağarasında daş dövrünün müxtəlif mərhələlərinə aid layların tədqiqi aparılıb. Ekspedisiyanın tərkibində Tokio Universitetinin professoru, Daş Dövrü Arxeologiyası Departamentinin rəhbəri, doktor Yoşihiro Nişiakinin rəhbərliyi ilə yaponiyalı mütəxəssislər (topoqraf, paleobioloq, paleobotanik və digərləri) və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Mənsur Mənsurov və Azad Zeynalov, həmçinin, Göytəpə Neolit məskənində tədqiqatlar aparan Tovuz Arxeoloji Ekspedisiyasının üzvləri, institutun elmi işçiləri – Şahin Səlimbəyov və Yaqub Məmmədov fəaliyyət göstərib. 
     Tədqiqatlar zamanı qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olunub. Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər tapılıb. Neolit təbəqəsindən daha aşağıya doğru, təxminən 50 sm qalınlıqda olan lal təbəqənin altında, 3,5 metr dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olunub. Təbəqələrdən əldə olunmuş fauna və kömür qalıqları mütləq tarixi yaşın müəyyən olunması üçün Tokio Unversitetinə göndəriləcək. 8-i mağarada olmaqla, dövrümüzədək 30-dan artıq Paleolit abidəsi aşkar olunmuşdur. 1956-1957-ci illərdə Damcılı mağarasında arxeoloji qazıntılar M.M.Hüseynovun rəhbərliyi ilə davam etdirilmiş, mədəni təbəqədən üst və orta Paleolit, Mezolit, Neolit dövrlərinə aid 7 mindən artıq alət və tullantılar, eləcə də fauna qalıqları tapılmışdır. Lakin o zaman aşkar edilmiş mədəni təbəqənin qarışıq olması dövrlərin keçid mərhələlərini və mütləq yaşını müəyyənləşdirməyə imkan verməmişdir.
           ZÜMRÜD
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər