18px16px14px12px

Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçiriləcək

Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarlari Klubunda Beynəlxalq Sülh Günü münasibətilə "Sülh aylığı" çərçivəsində "Musiqi sülhə səsləyir" adlı tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova  açacaq. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Beynəlxalq Sülh Günü, Azərbaycan bəstəkarlarının yaradıcılığında sülh mövzusu haqqında çıxış edəcək.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, BMT-nin "Ümumdünya insan hüquqları haqqında" Bəyannaməsinin 50 illiyinə həsr olunmuş" müsabiqənin qalibi Cəlal Abbasovla görüş keçiriləcək. 
Tədbirdə Cəlal Abbasovun BMT-nin mükafatına layiq görülmüş "İf İ could see you again..." adlı IV simfoniyasının videoyazısı və "Sülhün səsi" adlı III simfoniyasından videofraqment nümayiş ediləcək, vokal silsiləsi ifa olunacaqdır.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV nümayəndələri və başqaları olacaq.
ZÜMRÜD
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər