18px16px14px12px

Musiqili Teatr 107-ci mövsümə Milli Musiqi Günündə başlayacaq

         
     Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümünə 18 Sentyabr – Milli Musiqi Günü start verəcək. 107-ci mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin ölməz «O olmasın, bu olsun» iki hissəli musiqili komediyası nümayiş olunacaq. «Hər il Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix xalqımızın böyük oğlu, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Xatırladaq ki, teatrımızın əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin «Ər və arvad» iki hissəli musiqili komediyası ilə qoyulub. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı isə 2009-cu ildən keçirilir», - deyə Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
     Mədəniyyət və Turizm Nazirliyinin «Zirvə» mükafatını qazanmış «O olmasın, bu olsun» tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının xalq artisti, «Şöhrət» ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları sevimli gülüş ustası, xalq artisti, «Şöhrət» ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.
     ZÜMRÜD
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər