18px16px14px12px

Nizami adına Ədəbiyyat İnstitutunda ümumxalq səsverməsinə hazırlıq iclası keçirib

 
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron zalında 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi - referenduma hazırlıqla bağlı iclası keçirilib. YAP Səbail rayon təşkilatının AMEA ərazi ilk təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən iclas Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı baş tutacaq referendum haqqında elmi müstəvidə fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq bildirib ki, müstəqil dövlətçiliyin hərtərəfli inkişaf etməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında yeni islahatları həqiqətə çevrilib: "Ölkəmiz müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. İnkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan vermişdir".
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktından söz açan səlahiyyətli nümayəndə bu layihənin geniş miqyasda ictimaiyyətin müzakirəsinə təqdim edilməsini cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurəti kimi qiymətləndirib. AMEA-nın vitse-prezidenti son illərdə AMEA-da elmin təbliği, gənc kadrların akademiyaya cəlb edilməsi, elm və təhsilin interasiyası, o cümlədən, beynəlxalq əlaqələrin inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü də diqqətə çatdırıb. Çıxışının sonunda İsa Həbibbəyli qarşıdakı referendumda 29 maddə üzrə dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edərək, hər kəsi bu səsvermədə iştirak etməyə, öz vətəndaşlıq mövqeyini nümayiş etdirməyə dəvət edib.
Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd edib ki, Konstitusiyada nəzərdə tutulan dəyişiklik aktında yaş senzinin aradan qaldırılması Azərbaycan dövlətinin öz gəncliyinə inamını ifadə edir: "Müstəqilliyimizin 25 illiyində, məhz demokratik və hüquqi dövlət quruculuğumuzun möhkəmləndirilməsinə hesablanmış referendum seçkiləri mütərəqqi hadisədir. İstənilən bir cəmiyyətdə xalqın firavan yaşaması üçün daima verilən təkliflər tələblərdən irəli gəlməlidir: "Bir gənc olaraq, xüsusi ilə qeyd etmək istərdim ki, bu dəyişikliklər icra orqanlarında gənclərin təmsil olunmasına, gənclərin bilik və potensialının ölkənin inkişafı naminə daha səmərəli yönləndirilməsinə şərait yaradacaq".
İclasda, həmçinin, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu, Dilçilik İnstitutunun elmi işçisi Rasim Heydərov, Ədəbiyyat İnstitutunun YAP təşkilatının sədri Xədicə İskəndərli və digərləri mövzu ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndiriblər.
R.KAMALQIZI
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər