18px16px14px12px

Azərbaycan mədəniyyəti Vaşinqton ictimaiyyətini valeh edib

       
           Vaşinqtonda yerləşən və Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən məşhur Tekstil Muzeyində Azərbaycan Mədəniyyəti Günü keçirilib. Nazirlikdən verilən məlumata istinadən, tədbirə universitetin tələbə, müəllim və tədqiqatçıları ilə yanaşı, ictimaiyyət nümayəndələri də qatılıb. Mərasimdə Corc Vaşinqton Universitetinin beynəlxalq strategiya üzrə dekanı Duqlas Şau çıxış edərək, Azərbaycan mədəniyyətinin zənginliyini vurğulayaraq, tədbirin təşkilini yüksək qiymətləndirib. Həmçinin, Corc Vaşinqton Universitetinin tələbəsi Çilənay Səfərli və səfirlik əməkdaşları qonaqlara ölkəmizin zəngin tarixi, mədəni irsi, o cümlədən, milli musiqisi və geyimləri, xalçaçılıq sənəti və rəssamlıq məktəbi, zəngin tarixi irsə əsaslanan Azərbaycanın mültikulturalizm ənənələri və bu sahədə dövlət siyasəti barədə geniş məlumatlar veriblər.
          Sonra qonaqlara ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən, Bakı və bölgələrdə görməli yerlərdən bəhs edən videoçarx təqdim olunub. Eyni zamanda, Azərbaycanla bağlı interaktiv oyunlar təşkil edilib və qaliblərə ölkəmizə dair xatirə hədiyyələri verilib.
       Sonra qonaqlar üçün Azərbaycanın zəngin mətbəxinin ləziz yemək, şirniyyat və içkilərindən ibarət ziyafət təşkil olunub. Milli musiqi nümunələrimizi dinləyən tədbir iştirakçılarına ölkəmizlə bağlı hazırlanmış çap materialları paylanılıb.
       
       ZÜMRÜD
     
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər