18px16px14px12px

“Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsi inşa edilir

 
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədilə inşa edilən məntəqə ayrıca özül üzərində quraşdırılacaq.
Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1900 kvadratmetrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılıb, 36 ədəd svay vurulub, blokların bir-biri ilə bərkidilməsi üçün suüstü əlaqələr qurulub. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir. “Bulla-dəniz” yatağında yerləşən özüllərdən hasil olunan neftin, qazın və kondensatın 2A saylı Qazyığma Məntəqəsinə, oradan da sahilə nəql olunması məqsədilə 22,174 kilometr uzunluğunda müxtəlif diametrli texnoloji sualtı boru kəmərlərinin çəkilməsi, o cümlədən 8 kilometrlik qaz və maye xətlərinin yerinin dəyişdirilməsi işləri də həyata keçiriləcək.
Obyekt istismara verildikdən sonra “Bulla-dəniz” yatağında hasil olunan 6,9 milyon kubmetr qazın, eləcə də 1350 ton neft və kondensatın yığılaraq sahilə nəqli təmin ediləcək.
 
yap.org.az
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər