18px16px14px12px

Sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

 
Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
AZƏRTAC
 
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər