18px16px14px12px

Müxalifətdaxili düşmənçiliyin aradan qaldırılması mümkün deyil

   
    Teyyub Qənioğlu: “Zaman-zaman xaricdəki qüvvələr Əli Kərimlidən, İsa 
    
    Qəmbərdən, Arif Hacılıdan öz siyasi maraqları üçün istifadə ediblər”
    
    Müsahibimiz Təkamül partiyasının sədri Teyyub Qənioğludur
    
    - Teyyub bəy, əksər müxalifət partiyalarının fəaliyyəti daha çox sosial şəbəkələrdədir. Bu nədən irəli gəlir?
    
    - Maliyyə imkanına malik olmaq lazımdır ki, aktiv fəaliyyət göstərilsin. AXCP, Müsavat kimi partiyaların maliyyə məsələsində problemləri olmasa da, cəmiyyət tərəfindən qəbul olunmaqda ciddi problemləri var. Bu baxımdan əlac qalır sosial şəbəkələrdə öz mövqelərini bildirməyə. Fikir versəniz, görərsiniz ki, sosial şəbəkələrdə də daha çox bu partiyaların funksinerləridir.
    
    - AXCP sədri Əli Kərimli, Arif Hacılı mətbuat müstəvisində qarşılıqlı ittihamlarını “facebook” sosial şəbəkəsində davam etdirməyə başlayıblar. Buna sizin münasibətiniz?
    
    - Etikadan kənar ifadələrlə sosial şəbəkələrdə çıxış etmək nəyin ki, insana hətta siyasətçiyə ümumiyyətlə, yaraşan bir hal deyil. Yaxşı olardı ki, adını siyasətçi qoyan bu şəxslər sosial şəbəkələr vasitəsi ilə biri-birini təhqir etməkdən əl çəksinlər. Ümumiyyətlə, siyasi partiya rəhbərlərinin sosial şəbəkələr vasitəsi ilə fikirlərini ictimaiyyətə çatdırması müsbət haldır. Amma bir şərtlə ki, burada etikadan kənar ifadələrə yol verilməsin. Ümumiyyətlə, bu ifadələri söyləyənlər elə bilirlər ki, başqalarını gözdən salırlar, amma düşünmürlər ki, bu ifadələrlə özlərinin gözdən salırlar. Nə qədər ki, müxalifət təmsilçiləri həyatdadırlar o vaxta qədərdə onlar arasında olan birincilik uğurunda mübarizə davam edəcəkdir. Müxalifət düşərgəsini təmsil edən şəxslərin ortaq məxrəcə gəlməsinin ayrı yolu yoxdur. Ataların belə bir məsəli var ki, “torpaq bərk olanda yeri şumlayan öküzlər təqsiri biri-birində görürlər”. Yəni başqa çıxış yolları olmadıqlarına görə biri digərini ittiham edərək, gündəmdə qalmağa çalışırlar.
    
    - İddialara görə, xarici qüvvələrin bu günə qədər istifadə etdiyi Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı kimilərdən imtina edib. Bunu nə ilə izah etmək olar?
    
    - Ümumiyyətlə, xaricdə olan bəzi qüvvələr bu və ya digər ölkələrdə siyasətlərini yeritmək üçün və özlərinə tərəfdar tapmaq üçün müxtəlif insanları və ya təşkilatları maliyyələşdirərək öz tərəflərinə çəkirlər. Lazım gələndə isə onlardan öz məqsədləri üçün istifadə edirlər. Zaman-zamanda xaricdəki qüvvələr Ə.Kərimlidən, İ.Qəmbərdən, A.Hacılıdan öz siyasi maraqları üçün istifadə ediblər. Amma sonradan görüblər ki, məqsədlərinə tam şəkildə çatmaq üçün bu qüvvələr onların istədikləri kimi deyil. Bu baxımdan da, son vaxtlar həmin xarici qüvvələr bu cür təşkilat rəhbərlərindən imtina etmək kursu götürüblər.
    GÜLYANƏ
    
 



Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər