18px16px14px12px

MƏHBUS HÜQUQLARI VƏ XÜSUSİ KATEQORİYALARA TƏTBİQ EDİLƏN QAYDALAR

Aşağıda ifadə edilən rəhbər prinsiplər həbs cəzası müəssisələrinin idarə olduqları üslubu və həmin müəssisələrin bu yazının ikinci abzasından çıxış edərək, yerinə yetirilməsinə səy göstərməli olduqları məqsədləri əks etdirir. Qanunu pozanı ətraf aləmdən təcrid edən həbs və digər tədbirlər, artıq onu azadlıqdan məhrum etməklə, öz müqəddəratını təyin etmək hüququndan məhrum etdiyinə görə, ona əzab verir. Ona görə də, özünü doğruldan seqreqasiya, yaxud intizam mülahizələri istisna olmaqla, həbsxana bu vəziyyətdən doğan iztirabları dərinləşdirməməlidir. Həbs cəzasının, yaxud azadlıqdan məhrumetmə hökmünün məqsədi və bəraəti, son nəticədə, cəmiyyəti müdafiə etmək və cəmiyyət üçün təhlükəli olan cinayətlərin qarşısını almaqdır. Bu məqsədə, o halda çatmaq mümkündür ki, qanunu pozan, hətta cəza müddətini çəkdikdən və normal cəmiyyət həyatına qayıtdıqdan sonra, nəinki qanunçuluğa tabe olmağa və öz yaşayışını təmin etməyə hazır olsun, həm də onu bacarsın. Bunun üçün müəssisə bütün islah, tərbiyə qüvvələrindən, əxlaqı və ənənəvi qüvvələrdən və sərəncamında olan və münasib saydığı yardım növlərindən, hər məhbusun yenidən tərbiyəsinə olan ehtiyac nəzərə alınmaqla istifadə etməlidir.
Namiq Əliyev yazır: "Müəssisədə qəbul edilmiş rejim məhbuslarda məsuliyyət hissini və insan ləyaqətini dərketməni zəiflədən həbsxana həyatı ilə azadlıqdakı həyat arasındakı fərqi minimuma endirməyə yönəldilməlidir. Cəza müddətinin başa çatması ərəfəsində məhbusun tədricən cəmiyyət həyatına qayıtması üçün tədbirlər görülməsi arzu olunur. Bu məqsədlə, hər bir qanunu pozan şəxsin xüsusiyyətləri nəzərə alınmaqla, azad olunmalılar üçün ya müəssisənin özündə, ya da başqa bir müəssisədə xüsust rejim yaratmaqla, yaxud məhbusları sınaq müddətinə, onlar həmin müddətdə yenə də nəzarət altında qalmaqla, bu nəzarətin polis hakimiyyəti orqanlarına tapşırılmaması və səmərəli sosial yardımla əlaqələndirməsi şərtilə nail olmaq mümkündür. Məhbuslarla davranışda onların cəmiyyətdən təcrid olunmaları deyil, cəmiyyətin üzvü olaraq qalmaqda davam etmələrini göstərən cəhətlər nəzərə çarpdırılmalıdır. Buna görə də, məhbusları cəmiyyət həyatına qaytarmaq məqsədilə ictimai təşkilatlar mümkün olan hər yerdə müəssisələrin personalı ilə əməkdaşlığa cəlb edilməlidir. Hər bir müəssisədə məhbusun öz ailəsi ilə və ona xeyir gətirə bilən sosial təşkilatlarla arzu edilən əlaqələr saxlaması və bu əlaqələrin möhkəmləndirilməsi qayğısına qalan sosial işçilər olmalıdır. Məhbusların mülkü mənafe, sosial təminat və digər sosial güzəştlər sahəsində qanunlar və onlar barəsində hökmün şərtlərinə uyğun olan maksimum hüquqların özlərində saxlaması üçün tədbirlər görülməlidir.
Müəssisənin tibb xidməti məhbusun yenidən tərbiyəsinə əngəl törədə bilən fiziki və psixi xəstəliklərin, yaxud qüsurların aşkara çıxarılması və müalicəsi qayğısına qalmalıdır. Bu məqsədlə, müəssisənin bütün lazımi terapevtik, cərrahi və psixiatrik xidmət imkanları təmin edilməlidir".
Müəllifin fikrincə, bu prinsiplərin həyata keçirilməsi məhbuslara fərdi yanaşılmasını və beləliklə, onların qruplar üzrə çevik təsnifat sisteminin olmasını tələb edir. Ona görə də, belə qrupları onların hər biri ilə işləmək, münasib olan ayrı-ayrı müəssisələrdə yerləşdirmək arzu olunur. Bu müəssisələrdə hər bir qrupun təhlükəsizliyi üçün eyni tədbirlərin görülməsi məcburi deyil. Hətta qruplardan asılı olaraq, bu tədbirlərin sərtliyini dərəcələrə bölmək olar. Diqqətlə seçilmiş məhbusları ən əlverişli yenidən tərbiyə şəraiti açma hallarının qarşısını almaq üçün fiziki vasitələr deyil, şəxsi intizama istinad edilən açıq müəssisələrdə mövcuddur. Məhbuslara fərdi yanaşmanın tətbiq edilməsi üçün müəssisədə onların sayının həddindən çox olmaması arzu olunur. Bəzi ölkələrdə, belə hesab edilir ki, bu qəbil müəssisələrin məskunlarının sayı 500 nəfərdən çox olmamalıdır. Açıq müəssisələrdə mümkün qədər az məhbus saxlanmalıdır. Digər tərəfdən, həbsxanalar onlarda lazımi imkanları və xidməti təmin etmək üçün kifayət edəcək qədər sahəyə malik olmalıdır. Cəmiyyətin vəzifəsi məhbusun azad edilməsi ilə bilmir. Ona görə də, azad edilənlərin qurbanı olduqları xurafatla mübarizə aparan və onların yenidən cəmiyyət həyatına qoşulmalarına əməli kömək edən dövlət orqanlarının və özəl orqanların olması zəruridir.
N.Əliyev yazır ki, cəzasına, yaxud buna oxşar digər cəzaya məhkum olunmuş şəxslərlə davranışda onların aldıqları həbs cəzası müddətinin uzunluğunu nəzərə almaqla, onlara qanuna tabe olmaq və öz yaşayışını azad olduqdan sonra təmin etmək istəyi aşılamağa çalışmaq lazımdır. Məhbuslarla davranış onlarda özlərinin ləyaqət hissini və məsuliyyətini dərk etməsini möhkəmləndirməlidir. Bu məqsədlə məhbusun fərdi ehtiyacları, onun sosial keçmişi, cinayətinin tarixi, fiziki və əqli qabiliyyət və imkanları, temperamenli, həbs müddətinin uzunluğu və azad edildikdən sonrakı imkanları nəzərə alınmaqla, bütün münasib tədbirlər - mümkün olan ölkələrdə dini xidmət, təlim, peşə hazırlığı və yönümü, konkret sosial halların öyrənilməsi, işədüzəltmə sahəsində məsləhətləşmə, bədən tərbiyəsi və xarakterinin möhkəmləndirilməsi də daxil olmaqla görülməlidir. Direktor uzun müddətə məhkum edilmiş hər bir məhbus barəsində, o, qəbul edildikdən sonra, mümkün qədər tezliklə, yuxarıda göstərilən məsələlərə dair müfəssəl məlumat almalıdır. Bu məlumatlar, imkan daxilində, psixiatriyadan baş çıxaran həkimin məhbusun fiziki və psixi vəziyyətinə dair məruzəsində də həmişə olmalıdır. Bu məruzələr və məhbusa dair digər sənədlər onun şəxsi işinə tikilir. İş bütün yeni məlumatlarla tamamlanmalı və elə saxlanmalıdır ki, müvafiq işçilər, lazım gəldikdə, ona müraciət edə bilsinlər.
Müəllif yazır: "Təsnifatın məqsədləri aşağıdakılardır:
a) məhbusların cinayətkar keçmişi, yaxud xarakterinin mənfi cəhətləri ilə onlara pis təsir göstərmək təhlükəsi doğuranlardan ayırmaq;
b) məhbusları cəmiyyət həyatına qaytarmaq məqsədilə onlarla aparılan işi asanlaşdıran kateqoriyalara bölmək.
Müxtəlif kateqoriyalara mənsub məhbuslarla iş imkan daxilində müxtəlif müəssisələrdə, yaxud eyni müəssisələrin müxtəlif şöbələrində aparılmalıdır. Kifayət qədər uzun müddətə məhkum edilmiş hər bir məhbus qəbul edildikdən və xarakteri öyrəndikdən sonra, ən qısa müddətdə, fərdi tələbatından, bacarığından və həvəsindən çıxış edilməklə, onunla iş proqramı hazırlanmalıdır.
Hər bir müəssisədə güzəştlər sistemi olmalı və müxtəlif kateqoriyalardan olan məhbusları yaxşı davranışa həvəsləndirmək, onlarda məsuliyyət hissini inkişaf etdirmək, yenidən tərbiyə olunmağa maraq aşılamaq və onların əməkdaşlığına nail olmaq üçün həmin kateqoriyalarla müxtəlif davranış üsulları işlənib hazırlanmalıdır".
Məhbusların əməyi onlara əzab verməməlidir. Bütün məhbuslar, həkimin təsdiq etdiyi fiziki və psixi qabiliyyətlərinə müvafiq olaraq, işləməyə borcludur. Məhbuslara normal iş gününü dolduran faydalı iş tapşırılmalıdır. Məhbusların təmin edildikləri iş, mümkün qədər, onlara azad edildikdən sonra namuslu əməklə məşğul olmaq üçün ixtisaslarını artırmağa, yaxud ixtisas əldə etməyə imkan verməlidir. Faydalı peşələri onlardan bəhrələnməyi bacaran məhbuslara, xüsusilə, yeniyetmələrə öyrətmək lazımdır. Məhbuslar peşənin düzgün seçilməsinə və idarənin tələblərinə və müəssisədəki intizama uyğundursa, özlərinin görmək istədikləri işi yerinə yetirmək imkanına malik olmalıdır. Müəssisədə işlərin təşkili və üsulları onun divarları arxasında qəbul olunmuş təşkilat və üsullara maksimum yaxınlaşdırılmalıdır ki, məhbuslar, beləliklə azadlıqdakı iş şəraitinə alışsınlar. Lakin məhbusların mənafeyi və onların peşə hazırlığı həbsxana istehsalından gəlir götürmək mülahizələrinə tabe edilməlidir. Müəssisələrdə sənayeyə və kənd təsərrüfatına rəhbərlik xüsusi podratçılara deyil, həbsxana idarəsinin özünə hesab edilməlidir. Müəssisə tərəfindən nəzarət edilməyən işi yerinə yetirən məhbuslar birincinin əməkdaşlarının daimi nəzarəti altında olmalıdır. Məhbusların başqa hökumət idarələri üçün iş görmək halları istisna olmaqla, sahibkarlar məhbusların əməyinin məhsuldarlığını nəzərə almaqla, müvafiq işə görə tam əmək haqqını müəssisəyə ödəməlidirlər. N.Əliyevin qeyd etdiyi kimi, azad fəhlələrin təhlükəsizliyinin və sağlamlığının mühafizəsinə aid qaydalar müəssisələrə də tətbiq edilməlidir. İstehsalatda şikəstlik aldıqda, yaxud peşə xəstəliklərinə görə məhbuslara kompensasiya ödənilməlidir. Bu kompensasiyanın şərtləri qanunla azad fəhlələr üçün nəzərdə tutulduğundan əlverişsiz olmamalıdır. İş gününün, yaxud həftəsinin uzunluğu, azad fəhlələrin əmək şəraiti sahəsində yerli qayda və adətlər nəzərə alınmaqla, qanunla, yaxud inzibati qararlarla müəyyən edilir. İş vaxtı elə bölünməlidir ki, məhbusların, heç olmasa, həftədə bir dəfə istirahət günü olsun və onların təhsil və yenidən tərbiyəsi üçün lazım olan digər fəaliyyət növləri ilə məşğul olmağa kifayət qədər vaxtları olsun.
Məhbuslar müəyyən sistem çərçivəsində öz əməkləri üçün ədalətli haqq almalıdır. Bu sistemə müvafiq olaraq, məhbuslar qazandıqları pulların, heç olmasa, bir hissəsinə icazə verilən şəxsi məişət əşyaları almaq və bir hissəsini ailələrinə göndərmək imkanına malik olmalıdır. Bu sistem, həmçinin, məhbusların qazandıqları pulların bir hissəsinin məhbus azad edilərkən ona qaytaran müdiriyyətdə saxlanmasını nəzərdə tutmalıdır.
Təhsildən bəhrələnməyi bacaran məhbuslara - icazə verilən ölkələrdə dini tərbiyə daxil olmaqla - onu davam etdirmək imkanı təmin edilməlidir. Savadsızların və gənclərin təlimi icbari sayılmalı və həbsxana idarəsi orqanları buna xüsusi diqqət yetirməlidir. Məhbusların təlimi azad edilən məhbusların sonra da çətinlik çəkmədən oxuya bilmələri üçün, mümkün qədər, ölkədə mövcud olan təhsil sisteminə uyğunlaşdırılmalıdır. Bütün müəssisələrdə məhbuslar onların fiziki və psixi sağlamlığı xeyrinə istirahətlə və mədəni fəaliyyət göstərmək imkanı ilə təmin edilməlidir.
Məhbusla ailəsi arasında hər iki tərəfin mənafeyinə xidmət edən əlaqələrin saxlanmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Həbs müddətinin lap əvvəlində məhbus azad edildikdən sonra onu gözləyən gələcək haqqında düşünmək lazımdır. Buna görə də, məhbusa müəssisənin divarları xaricindəki şəxslərlə, yaxud idarələrlə onun ailəsinin mənafelərinin qorunmasına və azad edildikdən sonra cəmiyyət həyatına qoşulmasına imkan yaradan əlaqələr saxlanmasına və onların möhkəmləndirilməsinə yardım göstərilməlidir. Azad edilən məhbuslara cəmiyyətdə öz yerlərini tutmaqda kömək edən hökumət orqanları, yaxud digər orqanlar və idarələr, mümkün və zəruri olan yerlərdə, belə məhbusların lazımi sənədlər və şəxsiyyətlərini təsdiq edən vəsiqələr almalarının, yararlı mənzil tapmalarının, həmin iqlimə və fəslə münasib kifayət qədər paltarlarının, təyinat yerlərinə getmək və bilavasitə, azad edildikdən sonrakı dövr ərzində yaşamaq üçün lazımi qədər vəsaitləri olmasının qayğısına qalmalıdır. Bu idarələrin vəkil edilmiş nümayəndələrinin həbsxana müəssisələrinə getmək və orada dustaq saxlanan şəxslərə baş çəkmək imkanları olmalıdır. Onlara məhbusların həbs müddətinin lap əvvəlindən gələcək həyatlarının perspektivləri barədə məsləhətləşmələr aparılmalıdır. Bu qəbil idarələrin işindən maksimum səmərəli istifadə olunmasını təmin etmək üçün həmin işləri mərkəzləşdirmək, yaxud əlaqələndirmək arzu olunur.
 
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər