18px16px14px12px

Qeyri-qanuni miqrasiyanın qarşısının alınması və beynəlxalq əmək təşkilatı

İqtisadi tənəzzül dövrlərində xarici işçi qüvvəsinin qanuni miqrasiyasını məhdudlaşdırma praktikası geniş yayılır. Lakin qanuni giriş rejiminin sərtləşdirilməsi, bir qayda olaraq, yalnız müvəqqəti və məhdud səmərə verir və potensial miqrantları qeyri-qanuni məcraya yönəldir.
Bəzi ölkələrdə qeyri-qanuni işçi qüvvəsinin muzdla işə götürlməsinə ortaqlıq edənlər və onları qəbul edən icarədarlar üçün daha sərt cəza tədbirləri təklif edilmiş və qəbul olunmuşdur.
BMT-nin Cenevrə şöbəsinin İnsan Hüquqları Mərkəzi göstərir ki, bütün əməkçi miqrantların və onların ailə üzvlərinin huquqlarının qorunması haqqında Beynəlxalq Konvensiyanın 68-cı maddəsinə uyğun olaraq, iştirakçı dövlətlər "daimi statusa malik olmayan əməkçi miqrantların qeyri-qanuni və ya gizli yolla ölkədən-ölkəyə keçirilməsinin və muzdla tutulmasının qarşısının alınması və ya önlənilməsi işində" əməkdaşlıq etməyə borcludurlar. Daha konkret planda isə, iştirakçı dövlətlər emiqrasiya və immiqrasiya məsələləri ilə bağlı aldadıcı informasiyaların yayılmasına qarşı lazımi tədbirlər: qeyri-qanuni və ya gizli köçmələrin üzə çıxarılması və onlara yol verilməməsi ilə bağlı tədbirlər; qeyri-qanuni və ya gizli miqrasiyanın həyata keçirilməsi və təşkili ilə məşğul olan və bu işlərlə məşğul olanlara köməklik göstərən, daimi statusu olmayan əməkçi miqrantlara qarşı zorakılıq, təhdid və qorxuducu üsullar tətbiq edən və belə əməkçiləri muzdla işə götürən şəxslərə, qruplara va ya qurumlara qarşı səmərəli sanksiyaların tətbiqi üzrə tədbirlər görməlidirlər.
  Bununla yanaşı, əgər iqtisadi gerilik və xroniki tam olmayan məşğulluq kimi əməkçi miqrasiyasının əsas səbəbləri ilə mübarizə edilməzsə, gizli yolla xarici işçi qüvvəsi ticarətinin qarşısının alınacağına ümid çox azdır.
Bu mənada, aydın olan odur ki, bu problemin həllinə yalnız iqtisadi inkişafa və sənaye cəhətdan inkişaf etmiş dövlətlərə inkişaf etməkdə olan regionlar arasındakı fərqi azaltmağa kömək edən tadbirlər yardımçı ola bilər.
Beynəlxalq müzakirələr çərçivəsinda qeyri-qanuni miqrasiyaların üç aspekti qeyd edilir. Söhbət qeyri-qanuni miqrantın immiqrasiya qanunları pozan şəxs, işçi və insan olmasından gedir. Belə bir naticəyə gəlinmişdir ki, bu aspektlərin hər birinin öz hüquqi nəticələri vardır va ayrı-ayrılıqda hər bir əməkçinin hüquqlarına zərər gətirməmək məqsədilə, onları bir-biri ilə qarışdırmaq olmaz.
Əməkçi miqrantlara və onların ailələrinə qarşı ədalətli siyasət normalarının müəyyən edilməsi və onların həyata keçirilməsi üçün göstərilən səylərə 20-ci illərdən başlayaraq, Beynəlxalq Əmək Təşkilatı başçılıq edir.
BƏT-in əməkçi miqrantlara qarşı daha ədalətli münasibətin təmin edilməsi ilə bağlı fəaliyyətində iki əsas elemeni ayrıca seçilir. Əvvələn, BƏT-in müəyyən konvensiyaları və tövsiyələri miqrantlarla bağlı milli qanunların, habelə, məhkəmə və inzibati prosedurların necə olması üçün nümunə rolunu oynayır. İkincisi, texniki əməkdaşlıq sahəsindəkı öz fəaliyyəti sayəsində BƏT əməkçi miqrantların insan hüquqlarının təmin edilməsinə yardım göstərir.
BƏT-in əməkçi miqrantlara dair iki əsas konvensiyası vardır. Onlardan biri Əməkçi Miqranlar haqqında 1949-cu il (N97) Konvensiyası (yenidən nəzərdən keçirilmişdir), digəri isə Əməkçi Miqrantlar haqqında (əlavə müddəalar) 1975-ci il (N143) Konvensıyasıdır.
97 saylt Konvensiyada əməkçi miqrantların hüquqlarının təmin edilməsinə yardım göstərilməsinə çağıran bir sara müddəalar mövcuddur. Məsələn, Konvensiya, onu təsdiq etmiş olan ölkələr qarşısında BƏT-in üzvü olan digər ölkələrə və bu təşklatın özünə müvafiq məlumatlar təqdim etmək, hər cür aldadıcı təbiliğata qarşı tədbirlər görmək, miqrantların girişi, çıxışı və qəbulunu asanlaşdırmaq üçün tədbirlər görmək vəzifəsini qoyur.
Konvensiya, həmçinin, bunu nəzərdə tutur ki, onu təsdiq etmiş olan dövlətlər, qanuni əsaslarla ərazilərində olan miqrantları, milli, irqi, dini və cinsi mənsubiyyətindən asılı olunmayaraq, onların əmək fəaliyyəti ilə bağlı qanunların və qaydaların geniş dairəsinin tətbiqi zamanı öz vətəndaşlarının istifadə etdikləri şəraitlərlə təmin etməlidirlər.
143 saylı Konvensiyanın I bölməsi miqrasiya sahəsində sui-istifadə, II bölməsi isə imkanların və münasibətlərin bərabərliyi məsələlərinə toxunur. Bu Konvensiyanı təsdiq etmiş olan dövlətlər bu sənədi ya tam, ya da onun iki bölməsindən birini qəbul edə bilər.
Konvensiya dövlətlərin bütün əməkçi miqrantların əsas insan hüquqlarına hökmən riayət etmələrini nəzərdə tutur. Onlar, həmçinin, iş axtarmaq məqsədilə gizli miqrasiyaların vaxtında qarşısının alınması və qeyri-qanuni işçi qüvvəsi ticarətinin önlənilməsi üçün tədbirlər görməlidirlər. Bundan əlavə, dövlətlər əmək və məşğulluq, sosial təminat, həmkarlar ittifaqları və mədəni hüquqlar sahəsində bərabər münasibətlərin təmin edilməsinə yönəldilmiş siyasəti işləyib-hazırlamalı və onu həyata keçirməlidirlər.
Mərkəzin məlumatına görə, texniki əməkdaşlığa gəldikdə  isə, BƏT əməkçi imiqrantlara qarşı ayrı-seçkiliklə mübarizə üçün regionlararası layihə işləyib-hazırlamışdır. Sənaye cəhətdən inkişaf etmiş olan və miqrantları qəbul edən ölkələrə istiqamətlənmiş bu layihə, öz qarşısına, qeyri-rəsmi ayrı-seçkilik problemini və ya əməkçi miqrantlara qarşı qeyri-bərabər münasibətlərin qanunla qadağan olunduğu, amma onun praktikada mövcud olduğu hallarla bağlı faktiki ayrı-seçkilik problemini həll etmək məqsədini qoyur. İlkin tədqiqatların nəticələrindən bəlli olduğu kimi, bu cür ayrı-seçkilik halları geniş yayılmışdır və heç də tamamilə aradan qalxmamışdır. Layihənin məqsədi, siyasəti formalaşdıran şəxsləri, işverənlərin və əməkçilərin təşkilatlarını, ayrı-seçkiliklə mübarizə üçün kadrların hazırlanmasıyla məşğul olan şəxsləri və qeyri-hökumət təşkilatlarını qanunların və texniki yardım göstərilməsinin və kadrlar hazırlanmasının digər müvafiq mexanizmlərinin, həmin tədbirlərin səmərəliliyinin beynəlxalq səviyyədə müqayisəsi əsasında səmərəliliyinin yüksəldilməsi yolları haqqında məlumatlandırmaq yolu ilə dövlətlərə ayrı-seçkiliyə qarşı mübarizədə köməklik göstərməkdir.
1995-ci ildə BƏT ayrı-seçkiliyin qarşısının alınması və azlıqların müdafiəsi üzrə yarımkomissiyaya bir sənəd təqdim etmişdir; həmin sənəddə qeyd edilir ki, BƏT-in fəaliyyəti əməkçi miqrantlara qarşı bərabər münasibət konsepsiyasının qəbul edilməsinə, habelə, ayrı-seçkiliyin ləğvinə xeyli dərəcədə yardımçı olmuşdur. Sənəddə, həmçinin, beynəlxalq hüquqi normaların, miqrantları qəbul edən ölkələrin konstitusiyaları və milli qanunvericiliklərinə tətbiqi əsasında Afrika, Amerika, Asiya və Sakit Okean regionu və Avropada əməkçi miqrantlartın hüquqlarının qorunmasına yönəldilmiş yeni tədbirlər göstərilir.
Birləşmiş Millətlər Təşktlaltının Sosial İnkişaf Komissiyası və Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Komissiyası (YUNESKO) əməkçi miqrantların uşaqlarının təhsil sahəsindəki tələbatlarına xüsust diqqət yetirir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) da son illər, Uşaq Hüquqları haqqında Konvensiyanın bütün müddəalarını tətbiq edib bildiyi əməkçı miqrant uşaqlarının hüquqlarının təşviq edilməsi və qorunmasına böyük diqqət yetirməyə başlamışdır. YUNİSEF-in Beynəlxalq Uşaq İnkişafı Mərkəzinin bir sıra elmi nəşrlərı, həm miqrantların, həm də etnik azlıq nümayəndələrinin uşaqlarının qəbul edildiklərı ölkələrdəki vəziyyətlərinə həsr olunmuşdur.
Əməkçi miqrantların hüquqlarının konkret aspektlərinin və müəyyən regionlar və ölkələr üçün xarakterik olan situasiyaların nizamlanmasına yönəldilən bütün, yuxarıda təsvir edilmiş təşəbbüslər yeni bir beynəlxalq sənədin - Konvensiyanın yaradılmasın səbəb oldu. Bütün dünyada qəbul ediləcək qədər çevik olan həmin sənəd əməkçi miqratların və onların ailələrinin insan hüquqları və əsas azadlıqlarını tam şəkildə əhatə etdi.
70-ci illərin əvvəllərinda qeyri-qanuni işçi qüvvəsi ticarəti ilə bağlı problem əməkçi miqrantların hüquqları haqqında məsələnin Birləşmiş Millətlər Təşkilatında müzakirəsinə səbəb oldu.
1972-ci ildə İqtisadi və Sosial Şura cinayətkar elementlərin bəzi Afrika ölkələrindən işçi qüvvələrini qeyri-qanuni yolla mütəşəkkil şəkildə Avropa ölkələrinə daşımaları və onların köləliyə və qədim dövrün əsirliyinə bənzər şərtlər altında (1706-cı qətnamə (LIH), preambula) istismar edilmələri ilə bağlı əndişəsini bildirdi. Şura, həmçinin, işçilərin mənsub olduqları ölkəlardə mövcud olan kütləvi yoxsulluq, cahillik və işsizlik şəraitinin istismar edilməsi və bu cür işçi qüvvəsinin qeyri-qanuni və gizli ticarətindən fayda götürmək məqsədilə istifadə olunması ilə bağlı öz dərin təəssüfünü ifadə etdi və hökumətləri bu cür qeyri-qanuni fəaliyyətlərlə məşğul olan şəxsləri tutub saxlamaq və məhkəmə məsuliyyətinə cəlb etmək üçün say göstarməyə və bu problemin həlli üçün hüquqi tədbirlər görməyə çağırdı.
Mərkəz göstərir ki, sonralar  elə həmin ildə Baş Assambleya xarici işçilərə qarşı ayrı-seçkiliyi pislədi və hökumatləri bu praktikaya son qoymağa və əməkçi miqrantların işlə təminolunma şaraitini yaxşılaşdırmağa çağırdı (2920-ci qətnamə XXVII). O, habelə, hökumətləri irqi ayrt-seçkiliyin bütün formalarının ləğv edilmasi haqqtnda Beynəlxalq Konvensiyanın müddəalarına əməl etməyə çağırdı və onlardan BƏT-in 97N-1i Konvensiyasını təsdiq etməyi israrla xahiş etdi.
Sosial və İqtisadi Şura 1973-cü ildə özünün 1789-cu (LİV) qətnaməsində təkrar israrla dövlətləri BƏT-in 97 saylı Konvensiyasını tasdiq etməyə və əməkçi miqrantlarla bağlı ikitərəfli sazişlər bağlamağa çağırdı və irqi ayrı-seçkiliyın qarşısının alınması və Azlıqların Müdafiəsi üzrə Yarımkomissiyadan və Qadınların Vəziyyəti üzrə Komissiyadan qeyri-qanuni və gizli işçi qüvvəsi ticarəti məsələsini müzakirə etmələrini xahiş etdi.
Problemin iki aspektinin - bir tərəfdən qeyri-qanuni və gizli əməliyyatların, digər tərəfdən qəbul edildikiləri ölkəlardə əməkçi miqrantlara qarşı ayrı-seçkilik münasibəlbrinin mövcudluğunu qəbul edərək, ayrı-seçkiliyin qarşisının alınması və azlıqların müdafiəsi üzrə Yarımkomissiya öz üzvlərindən birindən - xanım Halimə Varzazidən qeyri-qanuni və ticarət yolu ilə işçi qüvvələrinin istismarı məsələsi barədə tədqiqat aparmağı xahiş etdi. Xanım Varzazinin son məruzəsi və tövsiyələri İnsan Hüquqları Komissiyası tərəfindən 1976-cı ildə nəzərdən keçirilmişdir. Bununla yanaşı, Birləşmiş Millətlar Təşkilatının əhalinin yerləşdirilməsi üzrə 1974-cü ilda Buxarestdə keçirilən Ümumdünya Konfransında əhalinin yerləşdirilməsi sahəsində Ümumdünya Fəaliyyət planı qəbul edildi. Həmin fəaliyyət planında, işçi qüvvələrinin beynəlxalq miqrasiyası ilə bağlı tövsiyələr mövcuddur və xüsusilə də, ayrı-seçkilik praktikasına və qeyri-qanuni ticarətə qarşı mübarizə ilə bağlı məsələlər nəzərdən keçirilir.
1975-ci ilin noyabrında Tunisdə Birləşmış Millətlər Təşkilatının himayəsi altında əməkçi miqrantların hüquqlarına dair seminar keçirilmişdir. Həmin seminarda çıxarılan nəticələrdə əməkçi miqrantlara insan hüquqları və əmək qanunvericiliyi ilə bağlı qanunlarda bərabər hüquqların verilməsinin; qanuni əsasa malik olmadan dövlətdə yaşayan xaricilərlə humanist rəftar edilməsinin; əməkçi miqrantların uzun müddət ərzində hüquqi status ala bilmədikləri situasiyalara yol verilməməsinin zəruriliyi nəzərdə tutulur. Seminarda, həmçinin, belə bir fakta diqqət yetirilmişdir ki, həm miqrantların mənsub olduqları ölkələrin, həm də onları qəbul edən ölkələrin əməkçi miqrantlarla bağlı müəyyən öhdəliklən vardır
Beynəlxalq Konvensiyanın işlənib-hazırlanması yolunda daha bir əlamətdar mərhələ ayrı-seçkiliyin qarşısının alınması və azlıqların müdafiəsı üzrə Yarımkomissiya üçün baronessa Ellesin 1979-cu ildə hazırladığı və yaşadıqları ölkənin vətəndaşları olmayan şəxslərin hüquqlarının qorunmasını nəzərdə tutan beynəlxalq hüquqi normalar məsələsı ilə bağlı tədqiqat oldu. Həmin tədqiqatda, belə bir nəticəyə gəlinmişdir ki, xaricilərin hüquqlarının qorunması hələ heç də dünyanın hər yerində təmin edilmir və xaricilərlə bağlı insan hüquqları sahəsində beynəlxalq normaların tətbiqi aydılığın və müəyyənliyin yoxluğu ilə xarakterizə edilir. Baronessa Elles bununla əlaqədar olaraq, beynəlxalq birliyə "yaşadıqları ölkənin vətəndaşları olmayan şəxslərlə bağlı insan hüquqları" haqqında bəyannamə layihəsini qəbul etməyi təklif etmişdir.
 
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

16.01.2017

13.01.2017

12.01.2017

11.01.2017

Çox oxunan xəbərlər