18px16px14px12px

İstehsalçıların hüquqlarının müdafiəsi, onların təşkilatları, istehsalçının yaddaşı

Şərh. Azarbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 1993-cü il 343 saylı qararı ilə 122 adda mal, ölkənin əmtəə bazarında dövriyyəyə buraxılmazdan öncə, ekspertizadan keçirilməli va uyğunluq sertifikatı verilməlidir.
 Bu mallar siyahısında uşaq oyuncaqları, gigiyenik tələblərə həssas olan, elektrik tahlükəsizliyi və s. nəzərə alınan mallar vardır.
- haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində, istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam ödənilməlidir, 
- mal (iş, xidmət) haqqında yanlış və yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində, dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən, onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xususi biliyinin olmaması ehtimalı əsas götürülməməlidir;
- dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır;
- istehlakçı aldığı malların keyfiyyətini, komplektliliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda, satıcı istehlakçıların tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda, satıcı istehiakçının yazılı ərizəsini aldıqdan 3 gün ərzində, bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır;
- istehlakçı satıcının süni surətdə yaratdığı dəstədən ona lazım olan malı almaq hüququna malikdir;
- ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar;
- lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının, onu aldığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı malın alınma günü sayılmamaq şərtilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tarəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıbsa, bu hallarda dəyişdirilə bilər.
Əyyub Hüseynov yazır: "Malın dəyişdirilmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablanmaqla, istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi, onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.
- dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir, malların (işlərin, xidmətlərin) azad seçilməsinə imkan yaradır; insanların sağlamlığını və həyat tərzini lazımi səviyyədə tamin etmək məqsədilə malların alınmasına və ya digər qanuni yolla təmin edilməsinə zəmanət verir;
- istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, tahlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz salahiyyətləri hüdudlarında həyata keçirirlər;
- istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə hayata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin, ona daymiş mənəvi (qeyri-əmlak) zərərin də, ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.
- Azərbaycan Respublikasının vətəndaşları öz qanuni hüquqlarının müdafiəsi üçün könüllülük əsasında birləşib, istehlakçıların ictimai təşkilatların (istehlakçılar birliyini) yaratmaq hüququna malikdirlər. İstehlakçılar birliyi ictimai təşkilat olub, öz fəaliyyətini "İctimai Birliklər haqqında" Azərbaycan Respubiikasının Qanunu əsasında həyata keçirir. 
-  malların istehlak xassələrini, ona olan tələbatı, istehsal olunan və  satılan malın keyfiyyətinə və ya qiymətinə dair ictimai fikri öyrənmək; 
-  malların (işlərin, xidmətlərin) ekspertizasını və sınağını aparmaq üçün müvafiq dövlət-nəzarət orqanlarına müraciət etmək;
- müvafiq icra hakimiyyəti orqanlarında və təsərrüfat subyektlərində öz məqsəd və niyyətlərini həyata keçirmək üçün lazımi məlumatlar almaq;
-  malların (işlərin, xidmətlərin) keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə nəzarət etməkdə müvafiq dövlət orqanlarına kömək göstərmək;
-  istehlakçılara qanunvericiliyə uyğun hüquqi məsləhətlər verilməsini təşkil etmək;
- malın (işin, xidmətin) keyfiyyətinə aid tələbləri müəyyənləşdirən normativ sənədlərin hazırlanmasına dair təklif və rəy vermək;
- qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları qarşısında istehlakçıların maraqları haqqında məsələ qaldırmaq və onu müdafiə etmək;
-  malın (işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması və qiymətqoyma qaydalarına əməl edilməsi, müəyyənləşdirilmış keyfiyyət tələblərinə uyğun gəlməyən malın (işin, xidmətin) satışının müvəqqəti dayandırılması, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühit üçün təhlükəli olan malın (işin, xidmətin) istehsalının dayandırılması, satışdan götürülməsi, əsassız artırılmış qiymətlərlə məhsul satışının dayandırılması, habelə, mövcud qanunvericiliyi pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi tədbirləri barəsində müvafiq icra hakimiyyəti orqanlarına, müəssisələrinə və təşkilatlarına təkliflər vermək;
-  istehlakçıların ictimai təşkilatlarının (istehlakçılar birliyinin) üzvü olmayan vətəndaşların, qanunvericiliyə uyğun olaraq, hüquqlarını məhkəmədə müdafiə etmək;
- keyfiyyətsiz malın (işin, xidmətin) istehsalında və satışında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müracət etmək;
- istehlakçıların hüquqları haqqında ictimaiyyətə məlumat vermək, istehlakçıların hüquqlarının müdafiəsi haqqında beynəlxalq əməkdaşlığın inkişafına kömək göstərmək hüququna malikdir.
  "Alarkən aldanma!''
  Peşəkar satıcıdan fərqli olaraq, istehlakçı (alıcı) həmişə diletantdır. Peşəkar  ilə diletantın mübarizəsinin kimin xeyrinə qurtaracağı əvvəlcədən məlumdur. Lakin bununla belə, istehlakçılara (alıcılara) aşağıdakı məsələhətləri verməklə, ekstremal vəziyyətlərdə onlara kömək etmək olar. Başqa sözlə, bizim məsləhətlərimizi alıcılar üçün likbez (likvidasiya bez qramotnosti) məktəbinin dərsləri də adlandırmaq olar.
  1. Heç zaman ilk rast gəldiyimiz yerdən mal almayın. Mal almaq üçün sizin kiçik gəzintiniz sizin alacağınız malın yeni variantlarının və müqabil olan qiymətinin tapılmasına köməklik göstərəcək.
2.  Aldığınız malı düzgün sənədləşdirin, mal alarkən mütləq kassa çeki tələb edən, əks halda malda qüsurlar olarsa, yüksək hazırlığa malik vəkil sizin malı geri qaytara və ya dəyişdirə bilməz.
  3 Mal alarkən tələsməyin. Xüsusən, sizi satıcı hər hansı yollarla təələsdirirsə, siz səbirli olun. Aldığınız mal nə qədər bahalı olarsa, siz o qədər də səbirli olmalı və tələsməməlisiniz, Malı istismar etməyə dair göstəriciləri diqqətlə oxuyun və "düyməni özünüz basın".
4.  Hər bir malı alarkən ən yüksək keyfiyyətlisini seçməyə cəhd edin. Çalışın ki, soyuducu, televizor ev alarkən daha diqqətli olun. Çünki belə mallar uzun müddət üçün alınır.
5.  Dükanın yaxşısını seçin. Burada nəzərdə tutulmur ki, siz bahalı dükanı seçin. Siz elə dükan seçməlisiniz ki, bir neçə gündən sonra satıcıları ilə birlikdə "yoxa" çıxmasın". Elə dükan seçin ki, satıcılar sizi tələsdirməsin, sizin bütün suallarınıza səbirlə cavab versin, malın keyfiyyət sertifikatını göstərə bilsin. Əgər dükanda "alınan mallar gerı qaytarılmır və dəyişdirilmir" lövhəsi asılıbsa, bu dükan sizin inamınızı qazanmamalıdır.
6. Öz hüquqlarınızı bilin və onu qorumağa hazır olun. Bunun üçün peşəkar hüquqşünas olmağa ehtiyac yoxdur. Əgər siz öz istehlakçı hüquqlarınızın əsaslarını bilsəniz, siz çoxsaylı sadə aldanmalardan canınızı qurtara bilərsiniz (hətta satıcı sizi günahlandırmağa çalışsa belə). Sizin hüquqlarınızı pozan, bilməlidir ki, siz, hətta  məhkəməyə qədər getməyə hazırsınız. Sizin inadkarlığınız konfliktin tez həll olunmasına kömək edə bilər.
7. Heç vaxt əldən qida məhsulu və dərman preparatlarını almayın. Çünki bu zaman böyük risk edirsiniz.  Biz, siz alıcılara, ilkin olaraq bir neçə məsləhət verdik. Lakin hər bu şəxsin, mal alarkən aldanmamaq üçün öz priyomları və üsulları var. Bu üsullar nəsildən-nəslə keçərək, bu günümüzə qədər  gəlib çıxıb və həyat təcrübəsi də sizə yeni aldanmamaq üsullarını öyrədir. Lakin siz bilməlisiniz ki, satıcılar da yerlərində saymır, onlar da yeni-yeni təcrübə qazanır və təşəkkül edirlər. Məsələn, məlumdur ki, kişilərdən fərqli olaraq, qadınların emossionallığından istifadə edərək, onlara malı (məsələn, şampun və parfümeriya) daha tez sırımaq olur. Bu zaman, xüsusən, malın geniş reklam olunması böyük rol oynayır. Ona görə də, satıcılar reklam olunan malı sizə hədiyyə kimi, sizə minnət qoymaqla satırlar (guya havayı verirlər).
Siz bilməlisiniz ki. pulu xərcləmək onu qazanmaq qədər vacib işdir. İtənilən işdə isə diqqətli olmaq zəruridir. Malın yerləşdirildiyi taranı görkəminə görə "böyük" hisslər oyadan verən şəkildə hazırlayırlar. Psixoloji cəhətdən məlumdur ki, alıcı kəmiyyəti qiymətləndirməyə meyillidir, qutunun içərisındəki balaca əşya isə heç də düzgün qavranmır, Siz 9,95 qiymətini görərkən bu qiyməti təxminən 9 kimi qavrayırsınız, əslində isə, bu, 10 deməkdir.
"İş adamları" əksər hallarda bizə məlum olan məşhur adlardan da istifadə üsulu, məsələn, "Şanci N 19" tuflist, kişilər üçün "Kristian Dior" atelyesi və s. kimi aldadıcı məşhur firma mallarını alıcılara təklif edirlər. Hələ XIX əsrdə rus tacirləri araq içkisinin üzərinə ikibaşlı qartal etiketi yapışdırsalar da, əslində, bu etiketlər qarğanın təsviri idi.
Fırıldaqçılar biz alıcıların profan olmasından istifadə edərək, daha cəsarətli hərəkət edır və bəzən dəmlənib istifadə edilmış çayı qurudub yenidən bizə satır, vələmiri qara kürüyə qarışdırır, ağac yapışqanını bal əvəzinə bizə təklif edir, əlbəttə, üz qatına azca bal yaxmaqla. Azərbaycanın minillərlə yaranan el məsəllərindən olan "Qurtdalama, bal əvəzinə şor çıxar", "Heç kəs ayranına turş deməz" zərbi-məsəli, A.Sahhətin şerindəki "Hər arşında sürüşdürər beş çörək" və s. sözləri, alıcıların aldadılması təcrübəsinin dərin tarixi köklərindən xəbər verir. Satıcılar butulkalara doldurulmuş suyu araq əvəzinə də satırlar. Bunu ayırd etmək üçün butulkanı ovcunuz içərisində fırladın ki, içərisindəki mayedə burulğan yaransın. Əgər butulkanın içərisindəki maye sudursa, onda qovurqcuqlar sürətlə və tez bir zamanda yuxarı səthə qalxacaqdır, əks halda, bu proses ləng gedir. Bir neçə məişət testini nəzərinizə çatdırırıq:
-  balı qaşıqla götürüb çevirin, təmiz bal axmayacaq. Balın suda məhluluna bir neçə damcı yod əlavə etdikdə, məhlulun rəngi göy rəngə çalarsa, bu, o deməkdir ki, balın tərkibinə un və ya kraxmal qatılıb;
  - balı kağız üzərinə nazik yaxın, kimyəvi karandaşla üstündən çəkin, əgər kimyəvi karandaşın izi qalarsa, bal keyfiyyətsizdir, başqa sözlə, nəmliyi 20%-dan çoxdur.
Ümumiyyətlə, təmiz bal yedikdə, boğazı qıcıqlandırır, öskürmək hissi yaradır.
 
VAHİD ÖMƏROV, 
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər