18px16px14px12px

İnsan hüquqları və məhbuslar

Nizam-intizam qətiyyətlə gözlənilməli, lakin yalnız müəssisədə  nəzarətin etibarlılığını və birgə yaşayış qaydalarına riayət olunmasını təmin etmək üçün zəruri olan məhdudiyyətlər qoyulmalıdır. Məhbuslara inzibati qaydada müəssisənin özünə xidmət göstərmək üçün işləmək cəzası verilməlidir. Lakin bu qayda sosial, tərbiyəvi, yaxud idman fəaliyyətinin müəyyən növlərinə görə məsuliyyətin yenidən tərbiyə məqsədilə yaradılan qrupların tərkibində nəzarət altında işləyən məhbusların öz üzərinə qoyduğu özünüidarə sisteminin lazımi surətdə fəaliyyət göstərməsinə mane olmamalıdır.
  Aşağıdakı amillər həmişə qanuna, yaxud səlahiyyətli inzibati hakimiyyət orqanlarının sərəncamı ilə müəyyən edilməlidir:
a) intizamsızlıq hərəkəti olan davranış;
b) məhbusa verilə biləcək cəza növü və müddəti;
c) cəzalandırmaq hüququ olan orqan.
N.Əliyev yazır: "Cəza yalnız belə qanuna, yaxud sərəncama görə verilə bilər, həm də, heç bir məhbus eyni hərəkətə görə təkrar cəzalandırıla bilməz. Heç bir məhbusa onun təqsirkar bilindiyi hərəkət barəsində ona əvvəlcədən xəbər verilmədən və özünə bəraət qazandırmaq üçün fikrini açıqlamaq imkanı verilmədən cəzalandırıla bilməz. Səlahiyyətli orqanlar bu qəbildən olan hər bir işə diqqətlə baxmalıdır. Zəruri və mümkün hallarda məhbusa özünü tərcüməçi vasitəsilə müdafiə etmək imkanı verilməlidir. Bədən xəsarəti cəzası, qaranlıq kameraya salmaq və qəddar, insanlıqdan kənar, yaxud insan ləyaqətini alçaldan cəza növləri intizamsızlıq hərəkətinə görə cəza kimi qadağan olunmalıdır. Ciddi həbs, yaxud qidanın azaldılmasını nəzərdə tutan cəzalar yalnız həkim məhbusu müayinədən sonra həmin cəzaya tab gətirə biləcəyini yazılı şəkildə təsdiq etdikdən sonra verilə bilər. Bu, cəzalandıranlara fiziki, yaxud psixoloji xətər yetirə bilən cəza növlərinə də aiddir. Bu təbii cəzalar yuxarıda göstərilən qaydalara qətiyyən zidd olmamalı, yaxud onlardan kənara çıxmamalıdır. Həkim hər gün belə cəzalara məruz qalmış məhbuslara baş çəkməli və məhbusun fiziki, yaxud psixi vəziyyəti səbəblərindən cəzanın dayandırılması, yaxud dəyişdirilməsini zəruri hesab edərsə, bu barədə öz fikrini direktora çatdırmalıdır."
Qandal, dəli köynəyi, zəncir kimi sakitləşdiricı vasitələrdən heç vaxt cəza vasitəsı kimi istifadə edilməməlidir. Bundan əlavə, qandaldan və zəncirdən, ümumiyyətlə, sakitiləşdirici vasitə kimi istifada etmək olmaz. Digər sakitləşdirici vasitələrdən ancaq aşağıdakı hallarda istifadə edilə bilər:
 1)  nəql edilərkən qaçmanın qarşısını almaq üçün - bu şərtlə ki, məhbuslar məhkəmə orqanları, yaxud inzibati orqanlar qarşısında duran kimı buxovlardan azad edilməlidir;
 2)  tibbi xarakterli səbəblərə görə və həkimin göstərişi ilə;
 3)  başqa tədbirlər təsirsiz olduqda, məhbusun özünə, yaxud başqalarına xətər, yaxud maddi zərər yetirməsinə mane olmaq üçün direktorın əmri ilə; belə hallarda direktor həkimlə təcili məsləhətləşməli və yuxarı inzibati orqanlara məruzə təqdim etməlidir. Sakitləşdirmə üsulları və vasitələrini mərkəzi həbsxana idarəsi müəyyən edir. Bu vasitələr ciddi surətdə lazım olduğundan artıq tətbiq edilməməlidir.
Müəllif göstərir ki, hər bir məhbusa həbsxanaya qəbul edilərkən, mənsub olduğu kateqoriyaya aid məhbuslarla davranış qaydalarına, müəssisənin intizam tələblərinə, habelə, yol verilən informasiyanı almaq və ərizə vermək vasitələrinə, həmçinin, onun hüquq və vəzifələri barədə özünə hesabat verməsinə və həmin müəssisənin həyat şəraitinə uyğunlaşmasına imkan yaradan bütün digər müəssisələlərə dair yazılı informasiya verilir. Savadsız məhbuslar şifhı qaydada məlumatlandırılmalıdırlar. Hər bir məhbus iş günlərində müəssisənin direktoruna, yaxud onun vəkil etdiyi əməkdaşa ərizə vermək və şikayət etmək imkanına malik olmalıdır. İnspeksiya vaxtı məhbuslar, mümkün olduqda, həbsxana inspektorlarına xahiş, yaxud şikayatlə müraciət etmək iqtidarında olmalıdır. Onlar inspektorla, yaxud inspeksiyanın hər hansı başqa əməkdaşı ilə direktorun, yaxud müəssisənin digər əməkdaşlarının iştirakı olmadan danışmaq hüququna malik olmalıdır. Hər bir məhbus mərkəzi həbsxana orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, yaxud digər səlahiyyətli orqanlara xahiş və şikayətlə müraciət imkanına malik olmalıdır; lakin məzmun baxımından senzuraya məruz qalmayan bu xahiş və şikayətlər lazımi formada tərtib edilməli və göstərilən kanallarla mərkəzi həbsxana idarəsinə, məhkəmə hakimiyyəti orqanlarına, yaxud digər səlahiyyətli orqanlara verilməlidir. Səthi, məzmunsuz xahiş və şikayət halları islisna olmaqla, onlara tezliklə baxılmalı və ləngidilmədən cavab verilməlidir.
N.Əliyev yazır: "Məhbuslara müntəzəm olaraq vaxtaşırı və lazımi nəzarət altında ailələri və təmiz adları ilə tanınan dostları ilə həm yazışma, həm də görüş vasitəsilə əlaqə saxlamaq imkanı verilməlidir. Həbsdə olan əcnəbi vətəndaşları öz dövlətlərinin diplomatik və konsulluq əməkdaşları ilə əlaqə saxlaması üçün məqbul imkanlar təmin edilməlidir. Məlum ölkədə diplomatik, yaxud konsulluq nümayəndələri olmayan vətəndaşları olan məhbuslar, həmçinin, qaçqınlar və vətəndaşlığı olmayan şəxslər onların mənafeyini qorumağı öz üzərinə götürmüş dövlətin diplomatik nümayəndələri ilə, yaxud onların müdafiəsilə məşğul olan istənilən milli, yaxud beynəlxalq orqanla əlaqə saxlamaq imkanına malik olmalıdır. 
  Ən vacib yeniliklər, qəzet və jurnalları, yaxud xüsusi həbsxana nəşrlərini oxumağa, radioya qulaq asmağa və mühazirələrdə iştirak etməyə icazə verilməlidir.
Hər bir müəssisənin bütün kateqoriyalara mənsub olan məhbusların istifadə edə biləcəyi kitabxanaları olmalıdır. Burada istər əyləncəli, istərsə də bilgi məzmunlu kitablar olmalıdır. Bütün məhbuslar kitabxanadan istifadə etməyə həvəsləndirilməlidirlər.
Eyni dinə etiqad edən kifayət qədər məhbus olan müəssisələrdə həmin dinə mənsub ixtisaslı ruhanilər təyin edilməli, yaxud onların orada müvafiq ayinləri icra etmələrinə icazə verilməlidir. Əgər belə məhbusların sayt kifayət qədər çoxdursa və müvafiq imkan varsa, ayini icra edən din xadimi tam iş gününə təyin edilməlidir. Yuxarıdakılara əsasən təyin edilən, yaxud müəssisəyə buraxılan ixtisaslı din xadiminin müntəzəm surətdə dini ayinlər icra etmək və bunun üçün ayrılmış vaxtda vaxtaşırı öz dininə mənsub məhbusların yanına gedib, təklikdə onlarla dini mövzularda söhbət etmək imkanı olmalıdır. Məhbusları hər hansı dinin ixtisaslı nümayəndəsi ilə təmas saxlamaq imkanından məhrum etmək olmaz. Digər tərəfdən, əgər məhbus din xadiminin onun yanına gəlməsinə etiraz edərsə, onun istəyinə tam hörmətlə yanaşılmalıdır. Hər bir məhbus öz müəssisəsinin divarları arasında keçirilən dini ayinlərdə iştirak etməklə və yanında öz dininə məxsus dini kitablar saxlamaqla dini ehtiyaclarını, həyata keçirilməsi mümkün olduğu qədər təmin etmək hüququna malik olmalıdır.
Məlum müəssisədə mövcud qaydalara əsasən, məhbusun öz yanında saxlamaq hüququ olmadığı pulu, qiymətlı əşyaları, paltarı və digər əmlakı məhbus qəbul edilərkən, özünün iştirakı ilə saxlanmağa verilir. Bu əmlakın siyahısı məhbus tərəfindən imzalanır. Onun etibarlı şəraitdə saxlanması üçün tədbirlər görülməlidir. Məhbus həmin müəssisədən azad edilərkən, ona məxsus bütün əmlak və pul - xərclənməsinə icazə verilmiş məbləğ, onun müəssisədən kənara göndərilməsinə icazə verilmiş əşyalar, yaxud sanitariya mülahizəbrinə görə məhv edilməsi zəruri sayılmış paltar istisna olmaqla, özünə qaytarılmalıdır. Məhbus ona məxsus pulu və əşyaları qol çəkib alır. Bu qayda məhbusun həmin müəssisədə olarkən aldığı bütün pul vəsaitinə və əşyalara da aiddir. Məhbusun üstündə dava-dərman varsa, onlarla nə etmək barəsində həkim qərar çıxarır.
Məhbus öldükdə, yaxud ciddi surətdə xəstələndikdə, yaxud ağır yaralandıqda, yaxud psixi cəhətdən xəstələr üçün müəssisəyə keçirildikdə, direktor bunu dərhal onun ərinə, yaxud arvadına - əgər varsa, - onun yaxın qohumlarına və hər halda, onun özünün əvvəllər göstərdiyi şəxsə bildirir. Yaxud qohumlardan hər hansı birinin ölümü məhbuslara dərhal xəbər verilir. Yaxın qohumu ağır xəstə olduqda, şərait imkan verirsə, məhbusun mühafizə altında, yaxud sərbəst şəkildə ona baş çəkməsinə icazə verilməlidir. Hər bir məhbusun həbs edilməsini, yaxud başqa müəssisəyə keçirilməsini ailə üzvlərinə dərhal xəbər vermək hüququ olmalıdır.
Məhbuslar həbs yerinə gətirilərkən, yaxud bir həbs yerindən digərinə keçirilərkən, onları maksimal darəcədə kənar baxışlardan yayındırmaq və təhqirlərdən, maraq göstərilməsindən və hər hansı aşkarlanma hallarından qorumaq üçün bütün tədbirlər görülməlidir. Məhbusların kifayət qədər ventilyasiyası olmayan, yaxud işıqlandırılmayan, yaxud har hansı digər fiziki cəhətdən həddindən artıq ağır şəraitdə başqa yerə daşınması qadağan edilməlidir. Məhbuslar idarənin hesabına daşınır, həm də onların nəql edilməsi hamı üçün eyni şəraitdə həyata keçirilir. 
Müəllif qeyd edir ki, həbsxana idarəsi orqanları bütün kateqoriyalardan olan işçilərin diqqətlə seçilməsinin qayğısına qalmalıdır. Belə ki, həbsxana müəssisələrinin yaxşı işləməsi bu əməkdaşların vicdanlığından, humanistliyindən, səriştəsindən və şəxsi keyfiyyətlərindən asılıdır. Həbsxana müdiriyyəti daim öz əməkdaşlarına və bütünlükdə ictimaiyyətə özünün böyük ictimai əhəmiyyətə malik iş gördüyü inamını aşılamalıdır. Bu inamın möhkələnməsi üçün o, ictimai informasiyanın imkanlarından istifadə etməlidir. Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün həbsxana müdiriyyəti əməkdaşları dövlət qulluqçuları statusundan istifadə edən və yaxşı davrandıqları, səmərəli işlədikləri və onlara həvalə olunmuş vəzifələri fiziki cəhətdən yerinə yetirmək iqtidarında olduqdarı təqdirdə, vəzifələrini saxlayacaqlarına əmin olan ixtisaslaşdırılmış həbsxana idarəsi işçiləri kimi tam iş vaxtı ilə təmin edilməlidirlər. Onların maaşı elə müəyyən edilməlidir ki, bu işlə məşğul olmağı bacaran kişi və qadınları həmin işə cəlb etmək və saxlamaq mümkün olsun. Bu işin müstəsna çətin şəraitini nəzərə alaraq, həmin adamlara müvafiq güzəştlər edilməli və iş şəraiti yaradılmalıdır. Bu personal kifayət qədər savadlı və inkişaf etmiş olmalıdır. İşə qəbul edilməzdən əvvəl onu ümumi va konkret vəzifələrini yerinə yetirməyə hazırlamaq, bundan sonra isə ondan nəzəri və praktik planda imtahan vermək tələb edilməlidir. Bu əmakdaşlar işə qəbul ediləndən sonra bütün gələcək fəaliyyətləri boyu işdən ayrılmamaqla, aralıq vaxtlarda təşkil edilən hazırlıq kursları keçməklə, öz ixtisaslarını saxlamalı və artırmalıdırlar. Həbs yerlərinin bütün əmakdaşları özlərini həmişə elə aparmalı və vəzifələrini elə yerinə yetirməlidirlər ki, məhbuslar üçün örnək olsunlar va onların hörmətini qazansınlar. İmkan daxilində, ştat cədvəlinə kifayət qədar psixiatr, psixoloq, sosial işçilər, müəllimlər, peşə təlimçiləri kimi mütəxəssislər daxil edilməlidir. Sosial işçilər, müəllimlər və peşə təlimçiləri daimi əməkdaş kimi təyin edilməlidir. Bununla belə, yarımçıq iş günü ilə, yaxud ictimai əsaslarla işləyən şəxslər də işlərinə biganəlik göstərməməlidir. Müəssisələrin direktoru vəzifəsinə xarakterinə, inzibati bacarığına, hazırlığına və təcrübəsinə görə kifayat qədər ixtisaslı şəxslər təyin edilməlidir. Direktor tam ştatla işləyərək bütün vaxtını ona həvalə olunmuş vazifələrin yerinə yetirilməsinə sərf etməlidir. O, ya ona həvalə olunmuş müəssisənin ərazisində, ya da onun, bilavasitə, yaxınlığında yaşamalıdtr. Bir direktora, eyni zamanda, iki və daha çox müəssisənin idarə olunması həvalə edildikdə, o, hamin müəssisələrin hər birinə tez-tez baş çəkməlidir. Həmin müəssisələrə rəhbərlik orada yaşayan məsul əməkdaşa tapşırılmalıdır. Müassisənin direktoru, onun müavini və əksər əməkdaşları məhbusların əksəriyyətinin danışdığı, yaxud onların əksəriyyətinin başa düşdüyü dili bilməlidır. Lazım olan yerlərdə tərcüməçinin xidmətindən istifadə edilməlidir. Tam ştatla işləyən bir və ya bir neçə həkimin olmasını doğruldan iri müəssisələrdə onlardan, heç olmasa, biri ya müəssisənin özündə, ya da bilavasitə, onun yaxınlığında yaşamalıdır. Həkim digər müəssisələrə hər gün baş çəkməlidir; həm də həkim, böhranlı hallarda dərhal çağırılması mümkün olması üçün, kifayət qədər yaxınlıqda yaşamalıdır.
  Həm kişi, həm də qadınların saxlandığı müəssisələrdə qadın şöbəsi məsul qadın əməkdaşa həvalə olunmalı, bu şöbənin bütün otaqlarının açarları saxlanmaq üçün ona təhvil verilməlidir. Kişi əməkdaşlar qadın şöbəsinə yalnız qadın əmakdaşlarının müşayiəti ilə buraxılır. Qadın məhbusların qayğısına qalmaq və onlara nəzarət etmək yalnız qadın əməkdaşlara həvalə edilir. Lakın bu, kişi əməkdaşlarına, məsələn, həkim və müəllimlərə öz vəzifələrini qadın müəssisələrində, yaxud digər   müəssisələrin qadınlar üçün ayrılmış şöbələrində yerinə yetirmələrinə mane olmamalıdır. Müəssisələrin personalının məhbuslara münasibətlərində zorakılığa yalnız özünümüdafiə hallarında, yaxud qaçmağa cəhd, həmçinin, qüvvədə olan qanun, yaxud qaydalara əsaslanan əmrlərə aktiv,  yaxud passiv müqavimət göstərildiyi hallarda əl atmaq hüququ var. Zorakılığa əl atan əməkdaşlar zəruriyyət həddində dayanmalı, bu qəbil münaqişə barəsində müəssisənin direktoruna dərhal xəbər verməlidir.
Həbsxana əməkdaşlarının aqressiv niyyətlərini büruzə verən məhbusların qarşısını almağa imkan verən xüsusi fiziki hazırlığı təmin edilməlidir. Funksiyalarını yerinə yetirərkən məhbuslarla, bilavasitə, təmasda olan əməkdaşlar müstəsna hallarda silah gəzdirməlidir. Həm də yalnız müvafiq hazırlıq görmüş əməkdaşların silah gəzdirmək hüququ olmalıdır.
İnspeksiya. Həbs cəzası müəssisələri və xidmətlərində səlahiyyətli hakimiyyət orqanlarının təyin etdiyi ixtisaslı və təcrübəli inspektorlar tərəfindən müntəzam surətdə inspeksiya keçirilmalidir. İnspektorlar, o cümlədən, həbs yerlərinin qüvvədə olan qanun və sərəncamlara müvafiq surətdə idarə olunduğunu və onların işinin həbs cəzası və islah xidmətləri qarşısında qoyulan tələblərə  uyğun olduğunu yəqin etməlidirlər.
 
VAHİD ÖMƏROV, 
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər