18px16px14px12px

Mətbuat azadlığı və insan hüquqları

    
Söz və informasiya azadlığının gerçəkləşdirilməsində əlahiddə rol oynayan KİV cəmiyyət qarşısında vəzifələrini dərk elməklə, toplum üzvlərinin problem və çətinliklərinin işıqlandırılmasında mühüm rol oynadığını anlamalıdır. Məhz bu məsuliyyətdən çıxış edərək, rus jurnalisti İvan Zasurski özünün "Matbuatın masuliyətinin 4 nazəriyyəsi" kitabında yazır: "Öz təbiətinə görə insan sonsuz azadlıqdann ağılla istifada etmək qabiliyyətinə malik deyil. Elə məhz buna görə də, bəziləri söz azadlığı hüququ, digərləri isə azadlıqdan qorunmaq, müdafiə olunmaq hüququ əldə edirlər. Bunun nəticəsində etik normalar və kodekslər yaranır... KİV qarşısında duran əsas vəzifə mövcud hüququ qaydaları pozmadan, etik normalara riayət etməklə, insanların söz azadlığını təmin etməkdir."
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fikrincə, "mətbuat azadlığı cəmiyyətə siyasi liderlərin davranışları və faydaları haqqında fikir formalaşdırmaq üçün ən əlverişli və faydalı şərait yaradır. Siyasi debatlar azadlığı demokratik cəmiyyət konsepsiyasının əsasını təşkil edit Siyasətçilər amansız tənqidə qarşı səbirli olmalıdırlar. Mümkün tənqidin çərçivəsi, o halda geniş olur ki, onun obyekti - özəl şəxs deyil, siyasətçi olur". Mövcud problemlə əlaqədar Avropa Məhkəməsinə tez-tez müraciətlər olunur. Belə işlərdan biri də avstriyalı jurnalist Linqensin işi idi. Cavabdeh qismində çıxış edən jurnalist 2 məqaləsinin çapına görə, Cinayət Kodeksinin III maddasi ilə cəzalandırıldı. Öz məqalələrində jurnalist kansler Krayskini, keçmiş SS zabiti olmuş siyasətçini dəstəkləməkdə günahlandırır və onu tənqid edirdi. Avstriya Məhkəməsi qeyd etmişdi ki, maqalədə heç bir yalan mülahizə yürüdülməyib, lakin bununla belə cənab Linqens fikirlərinin dürüstlüyünü heç bir şeylə də sübuta yetirə bilməyib. Dəlil-sübutlar onun günahsız olduğunu təsdiqləmək üçün vacib idi Lnkin bunlar olmadığı üçün Linqensi iftira və böhtan atmaqda günahlandırdılar, cərimələdilər və məqalələr çap edilmiş qəzetlər müsadirə olundu.
Avropa Məhkəməsi yekdilliklə bəyan etdi ki;
1) "mümkün tənqidin çərçivəsi o halda geniş olur ki, onun obyekti özəl şəxs deyil, siyasətçi olur";
2) müttəhimin iftira fikrinin əsaslandırılması ilə əlaqədar tələb İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə ziddir - yəni öz fikirlərini azad ifadə etmək və ictimaiyyətin həmin informasiyanı almaq hüququnun pozulması deməkdir.
Məhkəmə belə bəyan etdi ki, "faktlarla qiymətləndirmə mülahizələrini seçib ayırmaq lazımdır. Faktların dürüstlüyünü nümayiş etdirmək mümkün olduğu halda, qiymətləndirmə mülahizələrinin doğruluğunu sübut etmək qeyri-mümkündür".
Bu işlə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi belə bir qənaətə gəldi ki, sıravi vətəndaşlardan fərqli olaraq, siyasətçilər, onların dövlət fəaliyyətlərilə əlaqədar daha çox tənqidə məruz qalacaqlarına hazır olmalıdırlar. Məhkəmə bir daha bəyan etdi ki, "Siyasətçi hökmən özünə hesabat verməlidir ki, onun hər bir sözü, hər bir hərəkəti həm jurnalistlərin, həm də geniş ictimaiyyətin müzakirə predmetinə çevrilir. Elə məhz buna görə də, o, tənqidə məruz qalacağını nəzərə alaraq, kütləvi bəyanatlar verəndə və çıxışlar edəndə, son dərəcə ehtiyatlı davranmalı və səbir nümayiş etdirməlidir".
Siyasi çixışların müdafiəsi ilə əlaqadar Avropa Məhkəməsi başqa bir şəxsin məhkəmə prosesində digər bir aspekti də nəzərdən keçirməli olmuşdur. Bu ispan senatoru Kastelsin işi idi. İspan Məhkəməsi cənab Kastelsin öz bayanatının doğruluğunun sübuta yetirilməsi hüququna etiraz etmişdi. Kastels öz yazısında bayan etmişdi ki, hökumət bilərəkdən, qanunsuz olaraq, separatçı Bask harəkatına mənsub olmaqda ittihamlandırılan şəxslərin öldürülməsi tahqiqatını pozmuşdu. Avropa Məhkaməsi bildirdi ki, baxmayaraq ki, cənab Kastelsin gətirdiyi faktların bəziləri əsaslıdır və o, ciddi ittihamlar irəli sürür, bununla belə hakimlər ona öz fikirlərinin dürüstlüyünü sübuta yetirməyə imkan vermədilər. Məhkəmə belə qərara gəldi ki, məqalə, bütövlükdə, nəzərdən keçirilməlidir və Kastels öz bəyanatlarının doğruluğunu və özünün vicdanlılığını sübuta yetirməlidir. Bu, çox mühüm bir qərar idi, çünki məhz bu qərara əsasən, ittiham edilən şəxs, faktlara əsaslandığı təqdirdə, öz günahsızlığını, doğru olduğunu sübuta yetirməyə cəhd göstərə bilirdi. Məhz bu təhqiqat işindən sonra İnsan Hüquları üzrə Avropa Məhkəməsi bəyan etdi ki, təkcə siyasətçilər və hökumət üzvləri deyil, seçkili nümayəndələr, xüsusilə də, müxalifət üzvləri xüsusi müdafiədən istifadə etmək hüquqlarına malik olmalıdırlar. Beləliklə, məhkəmə qərara aldı ki, "baxmayaraq ki, parlament üzvünün ittiham edilməsi İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsini pozur, bununla belə, öz fikrinı ifadə etmək azaddığı hamı üçün vacibdir. Bu hüquq seçkili nümayəndələr üçün əlahiddə əhamiyyət kəsb edir. Elə, məhz buna görə də, müxalifətdən olan parlament üzvünün, cavabdehin (Kastelsin) öz fikrini ifadə etmək azadlığı məhkəmənin xüsusi diqqətini tələb edir."
Vətəndaşın, yaxud təşkilatın mənlik və hissiyyatına toxuna biləcək məlumatlar mətbuatda dəre edilmişsə, elə mətbuat tərəfindən də təkzib edilməlidir. Mətbuat rəsmi surətdə belə bir addım atmadığı təqdirdə vətəndaş, yaxud təşkilat məhkəməyə müraciət etmək məcburiyyətində qalır.
Beləliklə, KİV-ə qarşı yürüdülmüş ittiham və məhkəmə prosesi ilə əlaqədar onu söyləmək olar ki, insanın söz və informasiya azadlıqlarının gerçəkləşdirmə mexanizmləri olan KİV böhtan, qərəz və insanların hissiyyatına toxuna biləcək materialları dərc etməkdən çəkinməlidir. Öz növbəsində, məhkəmə orqanları da KİV-lə əlaqədar işləri diqqətdən keçirərkən, son dərəcə obyektiv və dürüst olmalıdırlar. Bununla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsı qeyd edir ki, milli məhkəmələr böhtanla əlaqədar prosesləri nəzərdən keçirərkən, aşağıdakı prinsipləri əldə rəhbər tutmalıdırlar:
*  ictimai rəyin məlumatlandırılmasında mətbuatın mühüm rolunu nəzərə almaqla, ictimai maraq doğuracaq məsələlərin ışıqlandırılmasında, ictimaiyyətin vacib ictimai-siyasi problemlərlə tanış edilməsində mətbuata müəyyən azadlıq verilməlidir;
*  seçkili nümayndələrə, xüsusilə də, müxalifət üzvlərinə, müəyyən fəaliyyət azadlığı verilməlidir;
* siyasi xadim və hökumətlərin ünvanlarına söylənilmiş tənqidin həddi, özəl şəxslərə ünvanlanmış tənqiddən geniş olmalıdır;
*  dövlət məmurlarından fərqli olaraq, məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri, ictimaiyyətin güclü tənqidinə məruz  qalmamalıdırlar;
* cavabdehdən, ictimai rəyi ifadə edən bəyanat və qiymətləndirmə mülahizələrinin dürüstlüyünü tələb etmək lazım deyil (şayiə və başqalarının bəyanatlarını da bura aid etmək olar);
* böhtan haqqında bəyanat o zaman əsassız olur ki, bu mülahizə edilmiş provokasiyalar və həmlələr müqabilində söylənilmiş olsun.
Beləliklə, Avropa Məhkəməsinin yekdil fikri bundan ibarətdir ki, ictimaiyyətin informasiya almaq hüququ var və milli məhkəmələrin əsas vəzifəsi bu hüququn təmin edilməsinə xidmət etməkdən ibarətdir.
İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi "hamıya onun jəxsi hayatına, ailə həyatına, yazışmasına, evinə hörmətlə yanaşmaq hüququ verir ittimai va şəxsi maraqların müdafisi tələb olunduğu təqdirdə, dövlət orqanları bu hüquqa məhdudiyyətlər qoymaq iqtidanndadırlar".
İnsan Hüquqları üzrə Avropa Komissiyası qeyd edir ki, vətəndaşın fiziki durumu, səhhəti, yaxud şəxsiyyəti ilə bağlı olan faktların üçüncü şəxs tərəfindən açıqlanması insanın şəxsi həyatına müdaxilə olunmaması hüququnun pozulması deməkdir. Cari vəziyyətə yalnız o halda haqq qazandırmaq olar ki, o, cinayətin qarşısının alınmasına xidmət etmiş olsun.
Məşhur adamların həyatına müdaxilə etmək, bir qayda olaraq, jurnalistlər üçün məqbul sayılır. Lakin bəzən müxbirlər bu sahədə də bütün mümkün hədləri aşırlar. Əlbəttə, dövlət məmurları, xüsusilə də, yüksək vəzifəli şəxslər ictimai fəaliyyət meydanına atılmaq haqqında qərar qəbul edəndə, bununla şəxsi həyatın toxunulmazlığı hüququndan özlərinin istifadə imkanlarını xeyli dərəcədə məhdudlaşdırırlar. Amma heç də elə düşünmək lazım deyil ki, onlar bu hüququ tamamilə itirirlər. Təəssüf ki, bəzən jurnalistlər bu incəliyin fərqinə varmır, xüsusilə, məşhur adamların qohumlarının şəxsi həyatlarına kobud müdaxiləyə yol verirlər.
Bir sıra hallarda reportyorlar ədəbsizlik edərək, cinayət və ya bədbəxt hadisələrin qurbanlarının mənzillərinə soxulurlar. Bəzən isə onlar başqalarının sadəlövhlüyündən və yaxud mətbuat işçiləri ilə ünsiyyətdə təcrübəsizliyindən sui-istifadə edərək, özlərini elə aparırlar ki, guya şəxsi həyatı ələk-vələk etməyə xüsusi icazələri var. Belə hərəkətlər bağışlanılmazdır. Bu nöqteyi-nəzərdən, paparasilərin fəaliyyətini qeyd etmək yerinə düşərdi. Bu gün heç kəsə sirr deyil ki, şahzadə Diana və onun sevgilisinin faciəvi ölümündə, məhz onların da əli olmuşdur. Paparasilərin fikrincə, məşhur insanları xəbərdarlıq etmədən şəkillərini çəkdikləri hallarda onlar heç bir qəbahətə yol vermirlər. Ancaq nəzərə almaq lazımdır ki, dərc edilmiş fotoşəkil onun personajının xətrinə dəyə və ya ona təhqiredici görünə bilər. Bu isə vətəndaşın konstitusion hüquqlarının pozulması ilə yanaşı, həm də KİV haqqındakı qanuna da ziddir. Bir sözlə, KİV tənqid olunanların və özəl həyatı işıqlandırılanların nüfuzuna və şəxsiyyətinə toxunan qeyri-rəsmi məlumatları, bu tənqidə və açıqlamaya cavab vermək üçün onların özlərinə imkan yaratmadan dərc etməməlidiriər - yənı KİV şəxsi həyatın toxunulmazlığı prinsipinə əsaslanan insan hüquqlarını pozmamalıdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fikrincə, demokratik sistemlərdə hökumətin fəaliyyəti və buraxdığı səhvlər təkcə qanunvericilik və məhkəmə orqanları tərəfindən deyil, həmçinin, mətbuat və ictimaiyyət tərəfindən da analiz edilməlidir. İnformasiya almaq hüququ hökumətə vətəndaşın almaq istədiyi məlumata məhdudiyyət qoymağı qadağan edir. Dövlətin əsas vəzifəsi ondan ibarətdir ki, informasiya mübadiləsi prosesinə müdaxilə etməsin. Avropa Məhkəməsinin qətnaməsinə əsasən, informasiya almaq hüququ o deməkdir ki, vətəndaş hökumət nəzarətində belə olan informasiyanı almaq hüququna malikdir və bu halda vətəndaş heç bir məhdudiyyətlərlə qarşılaşmamalıdır. Nazirlər Komitəsinin təlimatına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasını imzalayan bütün öikələr bu hüququ tanımalıdırlar. 1981-ci ildə qəbul edilmiş və dövlət orqanlarına məxsus informasiyalara müdaxilə etmək hüququ haqqındakı təminata əsasən, dövlət özünün hüquqi tabeçiliyində olan bütün vətəndaşlarının tələb olunan informasiyanı almaq hüququnu təmin etməlidir (qanunvericilik və məhkəmə orqanlarındakı informasiyalardan başqa). Demokratik cəmiyyətdə şəxsi və ictimai maraqların müdafiə olunması nöqteyi-nəzərindən bu hüquq çox gərəkli və zəruridir.
  Müvafiq təlimatlarla yanaşı, Nazirlər Komitəsi Deklarasiya da qabul etdi. Deklarasiyaya görə, "İnsan Hüquqları üzrə Avropa Kanvensiyası imzalamış dövlətlər dövlət sektorunda açıq informasiya siyasətini həyata keçirməlidirlər. Bu, öz növbəsində, vətəndaşların siyasi, sosial, iqtisadi və mədəni məsələləri aşkar müzakirə etmək imkanlarını daha da genişləndirər".
  Açıq informasiya siyasəti, həmçinin. KİV-in məhkəmə orqanlarının fəaliyyəti ilə tanış olmaq və ictimai rəyə onlar haqqında dürüst informasiya vermək imkanlarını da genişləndirir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, "cinayət işlədilməsində ittiham edilən şəxsin, vətəndaş hüquqları və vəzifələrinə müvafiq olaraq. ədalətli məhkəmə aşkarlığın təmin edilməsinə şərait yaratmalıdır. Bununla belə, demokratik cəmiyyətdə məhkəmə mənəviyyatın müdafiəsi, ictimai qaydanın qorunması, yaxud ölkənin milli təhlükəsizlik, həmçinin, yeniyetmələrin marağı, vətəndaşların özəl həyatının bəzi yönümlərinin qorunması naminə mətbuat və ictimaiyyəti məhkəmə prosesinin bəzi hissələrinə buraxmaya da bilər.
 
VAHİD ÖMƏROV, 
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər