18px16px14px12px

İnsanlıqdan çox uzaq olan ermənilər Cenevrə Sənədlərinə də əməl etmirlər

Müharibələr zamanı bəzi dövlətlərin və bəzi millət nümayəndələrinin günahsız insanlara işgəncə, təhqiramiz rəftar, zorakılıq, girov götürmə və s. məsələlərinin qarşısını hansı səviyyədə də olsa almaq üçün 1949-cu ildə Cenevrədə beynəlxalq qaydalar qəbul edilmişdir. Bu beynəlxalq qaydalara görə, silahlı münaqişələr zamanı yaralı və ya xəstə döyüşçülərin, əsirlərin və işğal olunmuş ərazilərdəki mülki əhalinin müdafiəsi beynəlxalq hüquq və qaydalarla tənzim edilməlidir.
Ermənilərin Azərbaycan torpaqlarını işğal edərkən Cenevrə qayda və qanunlarına, adi insani münasibətlərin heç birinə əməl olunmamışdır. Əksinə, ermənilər Azərbaycan türklərini öz doğma və qədim torpaqlarından zorla çıxarmış, çox ağır işgəncələrə məruz qoymuş, onlar soyqırımına məruz qalmış, nəinki insanlar, hətta maddi-mənəvi və ümumiyyətlə, insanın yaşaması üçün mövcud olmuş heç bir əlamət salamat qalmamış, hər yer xarabalıqlara çevrilmişdir.
Cenevrə Sənədlərinə görə, müharibə və münaqişədə iştirak edən tərəflərin silahlı qüvvələrinin hər bir üzvü sanitar heyət və dindarlar nəzərə alınmadan döyüşçü hesab olunur və qarşı tərəfin əlinə keçən hər bir döyüşçü hərbi əsir hesab olunur.
Hansı vəziyyətdə olursa-olsun, hər bir əsirlə insan kimi rəftar edilməli və onun namusuna və şəxsi ləyaqətinə hörmət olunmalıdır.
Əsir ona verilən sorğuda adını, soyadını, yaşını, rütbəsini və qeydiyyat nömrəsini göstərməlidir. Onu zorla digər məlumatlar verməyə məcbur etmək və eləcə də, onun şəxsi əşyalarını əlindən almaq qadağandır.
Əsirlər əsarətində olduqları ölkənin ordusunun qanunlarına tabe olmalıdırlar. Əsir götürən tərəf lazım gələrsə, əsirin azadlığını məhdudlaşdırar və onun üzərində nəzarəti gücləndirə bilər, amma əsir qanunu pozmayıbsa, onu dustaqxanaya sala bilməz.
Əsiri saxlayan tərəf onu yedizdirməli, zəruri geyimlə və yeməklə təmin etmək və lazım gələrsə, ona tibbi yardım göstərməlidir. Zabitləri çıxmaq şərtilə, əsirləri məcburi şəkildə işlətmək olar. Bununla belə, ona hərbi xarakterli tapşırıqlar vermək, təhlükəli, səhhəti üçün zərərli və alçaldacaq işlərə məcbur etmək olmaz. Əsirin ailəsinə və ya qohumlarına BQXK və axtarış xidməti vasitəsilə özü haqqında məlumat vermək və onlarla yazışmaq hüququ verilməlidir.
Müharibə başa çatan kimi əsirlər ləngidilmədən öz vətənlərinə qaytarılmalıdır.
Əgər qarşı tərəfin əlinə keçmiş adama hərbi əsir statusu düşmürsə, onun da həyatına, səhhətinə və ləyaqətinə hörmət olunmalıdır. O, cinayət törətmiş olarsa, yalnız ədalət məhkəməsi onun cəzasını müəyyənləşdirə bilər.
Bir vacib məsələni unutmamaq lazımdır ki, müharibə zamanı döyüşçünü əsir tutmaq qanuni bir iş sayılarsa, mülki şəxsi girov götürmək hərbi cinayət hesab olunur.
Beynəlxalq xarakterli Cenevrə Sazişlərinin, onun əlavə sənədlərinin heç birinə məhəl qoymayan ermənilər, əsirlərimizin başını, qulağını, dilini, dodağını, əlini, qolunu, barmaqlarını, cinsiyyət üzvlərini kəsir, başının və bədəninin dərisini soyaraq ona duz vurur, odda-alovda yandırır, şaqallayır, parçalayır, sinələrinə-kürəklərinə qızmış dəmir xaçla damğa vurur, damarlarına kerosin, müxtəlif yandırıcı kimyəvi turşular vurur, gözlərini çıxarır, qadınları zorlayır, onların qarınlarını cırır, döşlərini kəsir və s. başlarına insanların eşitmədiyi, bilmədiyi işgəncələr gətirir.
Bəlkə də biz Azərbaycan vətəndaşları yeganə insanlarıq ki, erməni vəhşiliklərinə hələ də dözür, "dözümlü xalq" adını alır, bu cür cəhalətlərə biganəlik nümayiş etdirilir, ata-babalarımız olan qədim türklərin adına və ruhuna xələl gəlməyə "təmkin" göstəririk.
Yaşadığımız dövr üçün erməni əlinə düşmək, onun əsiri olmaq nə deməkdirsə, biz azərbaycanlılara bütün çalarları ilə aydındır. Amma nədənsə xeyli müddətdir ki, erməni əsirliyində qalmış uşaq, qadın, qoca və əsgərlərimiz haqqında heç nə məlum deyil. 5 aprel 1997-ci ildə 4 nəfəri 11 nəfərə dəyişmək istisna olmaqla. Əvvəllər mətbuatda Ermənistanda qalan azərbaycanlı əsirlərin sayı 4,5 min; 6 min; 7,5 min və s. rəqəmləri ilə ifadə edilirdi. Bunlardan sinəsinə xaç dağı çəkilmiş, sümüyü kəsilərək ABŞ-da satılan, qanı sorularaq yerinə müəmmalı maye doldurulan, iki qıçları və bir qolu sındırılan, döyülən, təhqir olunan bir neçə nəfər bizə qaytarılmış və təbii ki, bu insanlar çox çəkmədən bu dünya ilə vidalaşmışlar. Əvəzində isə, çox sağlam saxlanmış hərbçilər, hətta ölüm cəzası almışlar belə ermənilərə qaytarılmışdır.
Bizim bu mövqeyimizə, beynəlxalq qanunlar belə humanist mövqe kimi baxmır. Çünki sanitar heyət və dindarlardan başqa münaqişədə iştirak edən tərəflərin silahlı qüvvələrinın istənilən növünün hər bir üzvü döyüşçü hesab olunduğundan, qarşı tərəflərin əlinə keçdikdə, hərbi əsir hesab olunur. Beynəlxalq qanun statusu almış 1949-cu il Cenevrə Sazişi hərbi əsirlə mülki insanlar arasında fərqi də əsaslandırmışdır. Təbii ki, heç bir ölkə bilməsə, yaxud bilmək istəməsə də, bizə bəllidir ki, erməni üçün beynəlxalq qanun yoxdur. Onun üçün kimliyindən (qadın, kişi, uşuq, qoca) asılı olmayaraq, türk türkdürsə, mütləq onun qanını içmək lazımdır. Belə olan halda, məşəqqətlər çəkən vətəndaşlarımız haqqında həqiqtləri dünyaya nə üçün demirik? Bəlkə ermənilərin xoşuna gəlməz?
Üçüncü Cenevrə Sazişinə görə hər bir əsirlə insan kimi rəftar edilməli, onun namusuna, şəxsi ləyaqətinə toxunulmamalıdır. Ermənilər isə bizim əsirlərə cəzanı elə ordan başlayırlar. Yenə də Cenevrə Sazişinə görə əsiri saxlayan tərəf ona tibbi yardım göstərməli, təhlükəli, səhhəti üçün zərərli və alçaldıcı işlərə cəlb edilməməlidir. Bu işlərdə də ermənilər hansı alçaqlıqlardan çıxır, yenə də bizə bəllidir. Bəs bizi susmağa vadar edən nədir? Biganəlik, unutqanlıq, yoxsa...
1949-cu il 12 avqust tarixli Cenevrə Sazişlərinin və onlarla sonrakı illərdə əlavə edilmiş protokolların hamısında birmənalı olaraq müharibələr zamanı döyüşçünü əsir tutmaq qanuni bir iş sayılırsa, mülki şəxsi girov götürmək hərbi cinayət hesab olunur.
Ermənistanda olan əsirlərin doxsan doqquz faizi mülki əhalidir. Deməli, bu cinayətə haqq qazandırmaq mümkün deyil. Bəs niyə susuruq? Bizim qarşımızı kəsən nədir?
Əgər 1949-cu il Cenevrə Sazişinin 174 dövlət, 1977-ci il tarixli birinci Protokolu 118 dövlət, elə həmin ildəki ikinci Protokolu 108 dövlət və hər iki Protokolu keçmiş SSRİ 1989-cu ilin 29 sentyabırında imzalamışsa, SSRİ-nin süqutundan sonra meydana gəlmiş bütün dövlətlərlə birgə (Ermənistan da daxil olmaqla) 180-dan artıq dövlət imzalamışdır. Deməli, heç olmasa erməni əsirliyində olan mülki vətəndaşlarımızı bu sənədlərə imza atmış dövlətlərin köməyi ilə azad edə bilərik. Belə halda susmağımızın mənası cəmiyyətə qaranlıq qalır.
Digər bir həqiqəti də deməliyik. Deməliyik ki, bu iş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, bilavasitə əsas vəzifəsidir. Bu cəmiyyət təkcə yardımla məşğul olmamalıdır, hərçənd ki, "yardım" maraqlı işdir. İstifadə olunmayan mənbələrin ən münasiblərindən biri də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyidir. BQXK-nin nümayəndəliyi Azərbaycanda xeyli vaxdır (20 ilə yaxındır) fəaliyyət göstərir və çox güman ki, Azərbaycan həqiqətlərini bilməmiş deyil. Sadəcə olaraq, onlarla işləyən lazımdır. Bu mövzu bütün Azərbaycan-Ermənistan danışıqlarının plan və proqramlarında özünə yer tapmalıdır. Çünki burada da haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfındədir. Bu imkanlar əldən verilır. Nə üçün? Erməni faşizminin mahiyyətini bilə-bilə bizim heç vəchlə erməni əsirliyində qalmış vətəndaşlarımızın taleyinə bigənə qalmağa mənəvi haqqımız bəraətimiz yoxdur.
Yaşadığımız dövr elə bir dövrdür ki, beynəlxalq hüquq, ayrı-ayrı dövlətlərin quruluşu və onları bir-birindən fərqləndirən cəhətlər bütün dünya xalqları üçün maraq dairəsinə çevrilmişdir. Maraq kəsb edən digər bir sahə də quruluş modelindən asılı olmayaraq, bu və ya digər ölkələrin insanlarının beynəlxalq aləmdə vətəndaş vəziyyəti aktlarının qeydə götürülməsi beynəlxalq komissiyası məsələsidir.
Bu komissiya 1948-ci ildə Niderlandın Amsterdam şəhərində yaradılmışdır. İlk olaraq, bu beynəlxalq komissiyanı Belçika, Lüksemburq, Niderland, Fransa və İsveçrə tanımışdır. 1952-ci ildə qəbul edilmiş qərara əsasən, digər dövlətlərdə bu komissiyaya daxilolma hüququ əldə etmişlər.
Sözügedən komissiyanın əsas məqsədləri:
- xüsusi hüquq və vətəndaşlıq məsələlərini nizama salan hüquq üzrə qanunvericilik və məhkəmə icraatı üzrə sorğu kartotekasını yaratmaqla yanaşı, onu aparmaq;
- komissiyaya üzv olan dövlətlərin qanunvericiliklərinin uyğunlaşdırılması üçün tövsiyələr və konvensiya layihələri hazırlamaq;
- komissiyaya üzv dövlətlərdə vətəndaşlıq vəziyyəti aktlarını aparan xidmətlərin vaxtaşırı təkmilləşdirilməsi;
- şəxsin və ailə hüququ sahəsində beynəlxalq təşkilatlarla fəaliyyətin əlaqələndirilməsi, əməkdaşlıq və s. Komissiyanın 12 üzvü var və bu dövlətlər Avstriya, Almaniya, Belçika, Yunanıstan, İspaniya, İtaliya, İsveçrə, Lüksemburq, Niderland, Portuqaliya, Türkiyə və Fransadır. Təbii ki, bu sıra çoxala da bilər. Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı üzrə beynəlxalq komissiyanın əsas orqanlarından biri Baş Məclisdir.
Baş Məclis milli dövlətlər təyin olunan milli bölmələrin üzvlərindən ibarətdir. Baş Məclis ildə bir dəfə yığışır və başqa orqanlara həvalə edilmiş məsələlər istisna olmaqla, komissiyanın fəaliyyətinin bütün məsələlərinə aid qərar qəbuletmə səlahiyyətindədir.
Komissiyanın digər əsas orqanlarından biri də onun Rəyasət Heyətidir. Rəyasət Heyəti milli bölmələrin nümayəndələrindən ibarət olub, ildə iki dəfədən az olmayaraq, Baş Məclisin növbəti iclasına kimi həll edilməsi zəruri olan bütün məsələlər üzrə qərarlar qəbul edir, büdcəni, Baş Məclisin növbəti iclasının gündəliyini hazırlayır, həmçinin sədri, sədrin müavinini və Baş Katibi təyin edir. Komissiyanın sədri iki il müddətinə təyin olunur və komissiyanı rəsmi təşkilatlarda təmsil edir. O, həmçinin, Baş Məclisin və Rəyasət Heyətinin yığıncaqlarına rəhbərlik edir, Rəyasət Heyətinin iclaslarının gündəliyini müəyyən edir.
Komissiyanın Baş Katibi üç il müddətinə seçilir və yenidən seçilmək hüququna malikdir. O, komissiyanın qərarlarını həyata keçirir, sədrin göstərişi ilə Baş Məclisi və büronu çağırır, Baş Məclis və büronun iclaslarında məsləhətçi kimi iştirak edir, məlumatları milli bölmələrə verir, aktları, reyestri və onun arxivini mühaftzə edir. Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı üzrə beynəlxalq komissiya konvensiya və tövsiyələr qəbul edir. Konvensiyalar xaricilərə vətəndaşlıq vəziyyəti aktlarının surətlərinin verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının surətlərinin leqallaşdırılmasından imtina, vətəndaşlıq vəziyyəti aktlarının aparılması sahəsində beynəlxalq informasiya mübadiləsi, ad və familiyanın dəyişdirilməsi, qaçqınlara yardım sahəsində beynəlxalq inzibati əməkdaşlıq və s. məsələlərə şamil edilir. Onu da qeyd edək ki, 28 iyul 1958-ci il Cenevrə Konvensiyasına müvafiq olaraq qaçqınlara sənədlərin verilməsi və onların tanınması, nikaha hüquq verən vətəndaşlıq vəziyyəti aktlarını razılaşdırılması, sığınacaq verilməsi haqqında işlərə baxılarkən beynəlxalq inzibati əməkdaşlığa aid məsələlərə də komissiyada baxıla bilər və qiymət verirlər.
XXI əsrin əvvəlində Azərbaycan Respublikası üçün ən vacibi qaçqınlarla bağlı və bu komissiyada həll olunması mümkün olan məsələlərin qabardılması mühüm əhəmiyyət kəsb edir. Bir çox sahələrdə olduğu kimi, Azərbaycanın günümüzdə qaçqınlarımızın insan hüququ, mülki hüququ, mənəvi ziyanları və s. dövlət əhəmiyyəti kəsb edən bir çox icraatlar bu qurumla işlənmir.
Nəzərə alsaq ki, bu işlərin siyasi tərəfləri, Azərbaycan reallığının təbliği, onun başına gətirilən müsibətləri də buraya əlavə etmiş olsaq, respublikamızın deyilən komissiya ilə işləmənin əhəmiyyətini daha dərindən dərk edirlər.
 
 
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər