18px16px14px12px

Əli Əhmədov: “Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır”

“Genişmiqyaslı idarəetmə islahatları istər-istəməz siyasi mahiyyət kəsb edir və bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə 2016-cı il sentyabr ayının 26-da keçirilən referendum xüsusi əhəmiyyət daşıyır. Referendum yolu ilə Konstitusiyanın təkmilləşdirilməsi əslində, islahatlar strategiyasının vacib elementi olub, sonuncunun Prezidentin siyasətində nə dərəcədə vacib əhəmiyyət kəsb etdiyinə bilavasitə dəlalət edir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin islahatlar siyasətinin ikinci fazasını xarakterizə edən vacib bir məqam da ayrıca vurğulanmalıdır. Onun sözlərinə görə, bu da onun cəmiyyətə dərin islahatlar kimi təqdim edilməsidir. Prezidentin hazırkı yeniləşmə xəttini dərin islahatlar adlandırması ona nə qədər böyük diqqət yetirdiyinin əyani sübutudur. İslahatların nəinki cənab İlham Əliyevin təşəbbüsü ilə, həm də onun bilavasitə rəhbərliyi ilə həyata keçirilməsi faktı öz növbəsində ikinci islahatlar dalğasının uğurlarına əlavə təminat hesab edilə bilər.
“Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır. Hər bir ölkə tarixi, keçmişi, mədəniyyəti, inkişaf göstəriciləri və əlbəttə, lideri ilə tanınır. Azərbaycan fəxr edir ki, onun lideri İlham Əliyevdir!”- deyə, Əli Əhmədov vurğulayıb.
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər