18px16px14px12px

Hikmət Hacıyev həmsədrlərin tez-tez dəyişməsinə münasibət bildirdi

“Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mütəmadi olaraq dəyişməsi ratasiya qaydasına uyğun olaraq baş tutur. Yəni hər bir ölkə özünün qaydalarına uyğun olaraq müəyyən bir dövrdə həmsədrlik fəaliyyəti üçün konkret şəxsi təyin edir və bu müddət başa çatdıqdan sonra həmin şəxsin yeni birisi ilə əvəz edilməsi həyata keçirilir. Bu ratasiya qaydasında həyata keçirilən bir prosesdir”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, burada müxtəlif fərdlər ATƏT-in Minsk Qrupunun həmsədri qismində və statusunda xidmət ediblər: “Amma bizim əsas gözləntilərimiz ATƏT-in Minsk Qrupunun həmsədrlik institutundandır. Bu institutda bildiyiniz kimi üç dövlət -ABŞ, Rusiya və Fransa təmsil olunur. Həmçinin yeni mexanizm kimi də həmsədrlər öz mandatına uyğun olaraq BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum 4 qətnaməsini, Helsinki Yekun aktını və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmaqla münaqişənin həll etməsini təmin etməlidir. Münaqişə həll edildikdə isə bu status-kvonun dəyişdirilməsi yəni işğal və təcavüz faktının aradan qaldırılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsidir. Nəticə etibarilə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmalıdır”.
SES QEZETI


Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər