18px16px14px12px

Siyavuş Novruzov: “Sarkisyan rejimi ölkədaxili qarşıdurmadan yayınmaq üçün cəbhədə vəziyyəti gərginləşdirir”

Ermənistan hərbçiləri tərəfindən cəbhədə təxribatların artması Serj Sarkisyan rejiminin ölkə daxilində sabitlik yaratmaq cəhdidir. Bu fikri azərtac-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. 
Siyavuş Novruzov qeyd edib ki, Ermənistan cəmiyyətində gərginlik getdikcə artmaqdadır. İqtisadiyyat çöküb, ölkə rəhbərliyinin cinayət əməlləri cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ermənistanda işsizlərin sayı durmadan artır, vətəndaşlar aclıq, səfalət içərisində yaşayırlar. Ona görə də əhalinin bir hissəsi Ermənistanı tərk edir, köçmək imkanı olmayanlar isə hakimiyyətdən narazıdırlar. Bu baxımdan bütün müxalifət partiyaları birləşərək, hətta sabiq dövlət məmurları bir araya gələrək Serj Sarkisyan hakimiyyətinə qarşı mübarizəni gücləndiriblər.
 “Serj Sarkisyan daxili qarşıdurmadan yayınmaq üçün cəbhədə vəziyyəti gərginləşdirir. Ancaq Azərbaycan Milli Ordusu düşmənin bütün diversiya qrupunun təxribatlarının qarşısını layiqincə alır və tutarlı cavab verir”, - deyə S.Novruzov bildirib. Xatırladaq ki, təkcə fevral ayında Azərbaycan Milli Ordusu Ermənistan hərbçilərinin 10-a yaxın təxribatının qarşısını alıb.
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər