18px16px14px12px

Siyavuş Novruzov: “Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün kifayət qədər münbit şərait yaradılıb”

“Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün kifayət qədər münbit şərait yaradılıb, lakin bələdiyyələrin sayı azaldılmalıdır”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov dünən bələdiyyələr haqqında hesabatın müzakirəsi zamanı deyib. /Trend/ O qeyd edib ki, Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir: “Kiçik bir kənddə 5-7 nəfər üzv olur. Bunları birləşdirmək lazımdır”.
Deputat qeyd edib ki, onlar bələdiyyələrə verilən səlahiyyətlərlə xeyli iş görə bilərlər: “İndi də gec deyil. Onlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. yaratmaq əvəzinə, vəsaiti başqa istiqamətə xərcləyirlər. Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, ona görə nə varsa, xərcləyirlər. Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Əfsuslar olsun ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər”.
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər