18px16px14px12px

Qubada təşviqat kampaniyası: "Həmrəy olaq, HƏ deyək"

"Yeni Azərbaycan" təşviqat qrupu bölgələrdə görüşlərini davam etdirir
Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixində təyin edilmiş referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" təşviqat qruplarının yerlərdə görüşlədrən biri də ilk dəfə olaraq Qubanın Rustov kənd Mədəniyyət Evində baş tutub. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP-ın Quba rayon təşkilatının sədri Yusif Abidov Referendumla bağlı geniş söz açıb, ölkənin inkişafı və abadlıq quruculuq işlərindən danışıb.
 
Daha sonra "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək qubalılara referendumqabağı təşviqat kampaniyasında aktiv iştirak etdikləri üçün öz təşəkkürünü bildirib, Rustov sakinləri ilə geniş söhbətlər aparıb: "Azərbaycanın indiki səviyyəyə gəlib çatmasında Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri var. Dahi siyasətçinin bizə miras qoyduğu Müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atır. Dövlətimizin iqtisadi imkanları artdıqca cəmiyyət də inkişaf edir. Ona görə də Konstitusiyamızda dəyişikliklərin baş verməsi təəccüblə qarşılanmamalıdır. Tam əminliklə bildirmək istəyirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, Quba rayonunda da seçicilər referendum günü məntəqələrə gedib, seçimlərini edəcək, dəyişiklik və əlavələrə "HƏ" deyəcəklər".
 
Çıxışını davam etdirən B.Quliyev seçiciləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinində (referendum) fəal iştirak etməyə çağırıb.
 
Daha sonra seçicilər qarşısında çıxış edən Müəllimlər İnstitutunun direktoru Əli Allahverdiyev bildirib ki, Konstitusiyada ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi günün reallığıdır və bu dəyişikliklər xalqımızın rifah halının daha da inkişafına xidmət edəcək.  
 
Qeyd edək ki, tədbirlər planı çərçivəsində bu gün Qubanın Təngəaltı və Çiçi kəndlərində seçicilərlə görüş keçiriləcəyi gözlənilir.
 
Emin Kərimov
 



Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər