18px16px14px12px

Ombudsman Aparatı referendumu izləyəcək

Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatının əməkdaşları və Müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, Müvəkkil ötən müddət ərzində MSK ilə birgə müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra hakimiyyəti, bələdiyyələrin, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in, geniş ictimaiyyətin iştirakı ilə əhali arasında seçki hüquqları, seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsinə xidmət edən silsilə maarifləndirmə tədbirləri təşkil edib.

Ötən seçkilərdə olduğu kimi, Müvəkkilin və 40 nəfər əməkdaşının, o cümlədən Ombudsmanın regional mərkəzlərinin nümayəndələrinin qarşıdakı referendumu da müstəqil müşahidəçi qismində qeydiyyatdan keçdiyi və izləyəcəyi diqqətə çatdırılıb.

Aparat rəhbəri Ombudsmanın təkliflərini də diqqətə çatdırıb.

Əhalinin ictimai fəallığının artırılması, Referendumun mütəşəkkil keçirilməsi məqsədilə iştirakçılara seçki hüquqları üzrə müvafiq nəşrlər təqdim olunub.




Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər