18px16px14px12px

"Həmrəy olaq, HƏ deyək!" devizinə dəstək FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Səbail rayon şöbəsi qadın seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri  təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev açaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi haqqında geniş məlumat verib.

O bildirib ki, sentyabrın 26-da ölkəmizdə referendum seçkiləri keçiriləcək. Qadınların cəmiyyətdəki rolundan danışan Ş. Hacıyev qeyd edib ki, Səbail rayonu üzrə 44 min nəfər seçicinin 20739 nəfəri qadınlardır: "Rayon təşkilatının Şura üzvlərinin 205 nəfəri, İdarə Heyətinin isə 35 nəfəri qadınlardır. Bu, bir daha onu göstərir ki, qadınlarımız biz kişilərdən heç də geri qalmır".

“Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır: “Bu inkişaf, eləcə də beynəlxalq aləmə inteqrasiya indiki mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurətini meydana çıxarır, Azərbaycanın hazırkı mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. İnanıram ki, Səbail rayonunun seçiciləri, o cümlədən qadınlarımız bu işdə aktiv olub, öz gələcəklərinə səs verəcəklər".

Tədbirdə YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova bildirib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin taleyini müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir. Xalqımızın hüquq və azadlıqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyəti məhz insan haqlarının qorunmasına həsr edilib. Bu addım Azərbaycanda insan haqları mövzusuna önəm verilməsinin əsas göstəricisidir".
T.Kərimova onu da vurğulayıb ki, özlərini müxalifət adlandıran bəzi siyasətbazlar bu amildən öz şəxsi məqsədləri üçün istifadə edib səs-küy qaldırır, əsassız bəyanatlar səsləndirirlər: "Bu, anlaşılmazdır. Diqqət yetirin, artıq bir neçə gündür ki, müxalifətin ənənəvi, yaxud da radikal adlandırılan qanadı, xüsusilə qeyri-milli fəaliyyəti ilə tanınan "Milli Şura" və AXCP rəhbərliyi sosial şəbəkələrdə kimlərinsə sifarişlərini icra edərək, referendum layihəsinə qarşı qərəzli fikirlər səsləndirir, hətta "xalq hərəkatına" başlayacaqlarını iddia edirlər. Ancaq bütün bunlara baxmayaraq sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumda da qadınlarımız öz mövqeyini, gücünü ortaya qoyararaq "Həmrəy olaq, HƏ deyək!" devizini dəstəkləyəcəklər". 

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hər bir kəsi Referendum aktı layihəsinin həyata keçməsində fəal olmağa çağırdı: “Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin gələcəyini müəyyən edəcək. İnanırıq ki, bu seçkilərdə də qadınlarımız birlik nümayiş etdirəcək". 
Daha sonra çıxış edən seçicilər təklif olunan əlavə dəyişiklikləri dəstəklədiklərini dilə gətirərək, seçkidə fəal iştirak edəcəklərini vurğulayıblar.

Nəsimi rayonu 

Referendum üzrə  "Yeni Azərbaycan" təşəbbüs qrupunun Nəsimi rayon şöbəsi  26 Sentyabr 2016-cı il tarixində keçiriləcək Referendumla əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun bir qrup fəal qadınları ilə görüş keçirib.  Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ümümxalq səsverməsinin (Referendum) keçirilməsi məqsədi ilə sərəncamı və Referendum Aktının layihəsinin mahiyyəti haqqında geniş məlumat verdi. O bildirib ki, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zərurətdən irəli gəlir. Azərbaycanda həyata keçrilən hüquqi, demokratik islahatlardan və iqtisadi uğurlardan söz açan millət vəkili ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışaraq əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatları diqqətə çatdırıb. Sədr qeyd edi bki, əldə olunan nailiyyətlərin inkişaf etdirilməsi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində mümkün olub.

Görüşdə çıxış üçün söz alan YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının sədri Gülarə Verdiyeva bildirib ki, ölkəmizin sürətlə inkişaf etməsini nəzərə alsaq indi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsinin zəruriliyinin bir daha şahidi olarıq: "Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb".

Görüşdə çıxış edən YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva Referendum Aktı lahiyəsində edilmiş dəyişikliklərə nəzər salaraq bu dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsinin nəzərdən keçirildiyini bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin  müvafiq sərəncamına əsasən Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin xalqımızın gələcəyi üçün zəruri olduğunu hər birimiz çox yaxşı dərk edirik: "Çünki əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir".

Tədbirdə iştirak edən Nəsimi rayonunun fəal qadın seçiciləri çıxış edərək daim ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini, onun siyasətini dəstəklədiklərini vurğulayaraq, 26 sentyabrda səs verərək Referendum Aktı lahiyəsini dəstəkləyəcəklərini bildiriblər.

 




Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər