18px16px14px12px

Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun təqdimatı olub

       
       
       Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun təqdimatı keçirilib.
       Müəllifləri Fəzayıl Vəliyev və Gülzadə Abdulova olan kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin, dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. 
       Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi təşkilati dəstək göstərib.
       Təqdimat oktyabrın 21-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində baş tutub.  Tədbirdə Qarabağ geyimləri də nümayiş etdirilib.
       Tədbir zamanı Elmin İnkişafı Fondunun yeni internet portalının və fond tərəfindən yaradılmış "e-Qrant" – Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin - eksklüziv təqdimatı da baş tutub. Prezident İlham Əliyev tərəfindən   2009-cu il 21 oktyabr tarixində yaradılmış fond ötən 7 il ərzində yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, yeni laboratoriyalar yaradıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıqlar bazasını ən müasir səviyyədə yeniləyib, nəşrləri maliyyələşdirib, onlarla beynəlxalq və regional konfranslar keçirib, ixtisasartırma proqramlarına qrant ayırıb. Daima öz fəaliyyətini təkmilləşdirən fondun növbəti innovativ yanaşmalarından biri də müsabiqələrdə iştirakın elektron-dövlət prinsipinə uyğun olaraq "e-Qrant" şəklində reallaşdırılmasıdır.
     ZÜMRÜD
 
SES QEZETI MÜXBİR


Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər