18px16px14px12px

Siyavuş Novruzov: “Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir”

“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 24 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də, siyasi partiyanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, YAP-ın yaradıcısı, Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün  Onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın Avropada və o cümlədən, bütün dünyada tanınmasına nail olub. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 24 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək”. Bu gün partiyada gənclər siyasətinin də uğurla aparıldığını vurğulayan S.Novruzov bildirib ki, YAP-ın sıralarında gənclərin böyük bir qüvvə kimi çıxış etməsi çox vacib bir göstəricidir: “Sevindirici haldır ki, yüksək intellektli, bilik və bacarıqlı gənclər, qadınlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Bu gün partiya üzvlərinin 40 faiz, qadınların isə 50 faizdən artıq olması da siyasi təşkilatın gələcək uğurlarının göstəricisi kimi qiymətləndirilməlidir”.
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər