18px16px14px12px

"Əli Kərimli ABŞ səfirindən pul qopartmaq istəyir"MÜNASİBƏT

 
“Ümumiyyətlə, Əli Kərimli xarici səfirliklərin qapısını kəsdirməyə öyrəşib.  O elə insandır ki, lazım olanda, həm Rusiyanın, həm də ABŞ-ın ölkəmizdə səfirliyinin qapısında dayanır”. Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutanın AXCP sədri Əli Kərimli ilə görüşünə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, məhz belə görüşlərin nəticəsidir ki, bəzi Azərbaycanı sevməyən qüvvələr lazım olduqda Əli Kərimlidən radikal müxalifət kimi çox səmərəli şəkildə istifadə edirlər.“Fətullah Gülənin ABŞ tərəfindən maddi və mənəvi dəstək aldığı hər kəsə məlumdur. Azərbaycanın da hüquq mühafizə orqanları istintaq apararaq, Əli Kərimlinin partiyasından olan nümayəndələrin Gülənlə əlaqələrinin üzə çıxararaq onları həbs edib. Belə bir məqamda AXCP sədrinin ABŞ səfiri ilə görüşməsində məqsəd onlardan öz himayədarları ilə bağlı yardım istəmək və ona qarşı irəli sürülən ittihamlardan özünü təmizə çıxarmaqdır”- deyə, N.Orduxanlı vurğulayıb.  Görüşlə bağlı digər məqamı qeyd edən BAXCP sədrinin müavini söyləyib ki, Əli Kərimlinin ABŞ səfiri ilə görüşündə digər məqsəd hazırda düşdüyü məqamdan istifadə edərək onlardan pul qoparmaqdır: “Çünki AXCP sədri pulu çox sevən insandır, onu istənilən məqamda maliyyə və öz maraqları düşündürür. Əli Kərimlinin artıq iliyi də siyasiləşib. O, oğlundan belə siyasi məqsədlər üçün istifadə edir. 5 ildən çoxdur ki, Azərbaycanda yaşamayıb xaricdə təhsil alan 21 yaşlı oğlunu öz çirkin əməllərinə bulaşdırır. Ümumiyyətlə, Əli Kərimli simasız şəxsdir. O lazım olanda özünü İranpərəst, Rusiyapərəsət, Qərbpərəst hətta “bitərəf” kimi də göstərə bilir”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər