18px16px14px12px

AXCP-Müsavat - yolu uçurum

Qabil Hüseynli: "Onlar uzun illər kiçilə-kiçilə bu günümüzə gəlib çatıblar"
 
AXCP və Müsavat partiyaları arasındakı qarşıdurmalar yarandıqları gündən başlayıb, desək yanılmarıq. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki dağıdıcı müxalifət partiyalarının bir-birlərini qəbul etmələləri arxasında dayanan köklü səbəblər yenə də köhnə avaz - "ana müxalifət"çilik iddiasıdır. Halbuki, ictimai rəy nə Müsavatı, nə də AXCP-ni nəninki "ana müxalifət", heç normal müxalifət partiyaları kimi də qəbul etmir.
Müxalifət düşərgəsindəki son proseslər, partiyalararası münasibət, liderlərin qarşılıqlı ittihamları və sair məsələlərlə bağlı politoloq Qabil Hüseynli Müsavat və AXCP partiyaları arasında yaşanan gərginliyin səbəbini müxalifət funksionerlərinin qarşılıqlı ittihamlarıda gördüyünü bildirib: "Bu, çox ciddi surətdə müxalifətin indiyə qədər uğur qazanmamasının səbəblərini göstərən amillərdəndir. Hər dəfə də siyasi liderlərin barışmaz münasibətləri, ölçüsüz ambisiyaları, güzəştə getmək mədəniyyətlərinin olmaması nəticə etibarilə təşkilatların bir-biri ilə çətinliklə əldə edilmiş siyasi inteqrasiyasını dağıdıb. Arada itirən isə müxalifət partiyalarının sıravi üzvləri olur. Demokratik proseslərin inkişafı ilə bağlı problemlər meydana gəlir. Mən sıravi üzvləri qınayıram ki, onlar dəfələrlə bu cür hərəkət edən liderləri haqqında ölçü götürmürlər. Partiya üzvlərinin səlahiyyəti var ki, baş verən hadisələr haqqında öz liderlərindən ətraflı izahat alsınlar. Bu izahatlar üzvləri təmin etmədikdə, fövqəladə qurultay çağırıb onları idarə edənləri təşkilati formada cəzalandıra bilərlər. Lakin təəssüf ki, bütün bunlar baş vermir. Aşağı partiya təşkilatlarına daxil olan sıravilər liderlərin ağzından çıxanları az qala müqəddəs kəlam kimi qəbul edir, onların arxasınca gedirlər. 23 ildən artıq müddətdə baş verən məğlubiyyətə görə də heç kim cavabdehlik daşımaq istəmir. Q.Hüseynli bu hadisələr fonunda "Milli Şura" ilə bağlı fikirlərini açıqlayarkən bildirib ki, ölü qurumun yenidən dirçəlməsi çox gülüncdür: "Çünki zəif və eloktoral bazası olmayan bu cür kiçik partiya ilə ciddi irəliləyiş əldə etmək mümkün deyil". 
Q.Hüseynli onu da vurğulayıb ki, əslində, müxalifətə başqa bir düşmən lazım deyil: "Çünki düşərgə təmsilçiləri özləri özlərinə ən ağır zərbəni endirirlər. Müxalifətin içində elələri var ki, onlar öz əməllərilə düşərgəyə daha çox zərbə vururlar. Dağıdıcı müxalifət partiyaları daxilində ciddi siyasi fikir ayrılıqlarından yaranan parçalanmalar, kütləvi istefalar baş verir. Beləliklə, hər iki partiya sonu olmayan bir yoldadır və siyasi arenada artıq onlar yolun sonuna çoxdan gəlib". 
 
Ü.ƏSGƏROV
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər