18px16px14px12px

Əli Kərimli günahlarını etiraf edib getməlidir

         
         SİYASİ RAKURS
         
 
         Cəbhəçilər AXCP sədrinin yalan vədlərindən beziblər
     
     "Facebook" sosial şəbəkəsində (təbii ki, ondan kənarda deyil-R.N.) "füsunkar", "təhtəlşüur" siyasət yürütdüyünü sanan, gah insanları partiyasına üzv yazılmağa səsləyən, gah da ictimai rəyə "ağıl qoyan" AXCP sədri Ə.Kərimlinin mövcud vəziyyəti, bir daha isbat edir ki, onun bundan fərqli "siyasət" yürütməsi zatən mümkün olan deyil. Daha dəqiq desək, dayaz düşüncəyə əsaslanan "siyasətini" sosial "fecebook"da otuzdurduğu adamları və hər birinin adına açdırdığı bir neçə səhifə vasitəsilə "like" (bəyənmə– R.N.) etdirən Kərimlinin özü də yaxşı bilir ki, onun ölkədəki siyasi müxalifətçilik imici çoxdan tükənib. Sadəcə, onu ayaqda saxlayan bircə faktor varsa, o da müasir texnologiyadan maksimum dərəcədə istifadə etdiyi sosial şəbəkələrdir. 
         
         Ə.Kərimlinin Azərbaycan dövləti əleyhinə səsləndirdiyi, yazdığı, yaxud da yazdırdığı hər bir fikri dərhal erməni mediasının manşetlərini bəzəyib 
         
     Onun bu sahədə də sərgilədiyi mövqe fərqlidir. Yəni kimliyi qeyri-millilik, xəyanətkarlıq, satqınçılıq və s. bu kimi xüsusiyyətlərlə formalaşmış AXCP sədri, hətta sosial şəbəkədə belə daxili xislətini gizlədə bilməyib. Məsələn, onun bu sahədəki fəaliyyətinin ən azı bir illik  siyasi fəaliyyətini analiz edərkən görürük ki,     Ə.Kərimlinin Azərbaycanın maraqlarını müdafiə edən bir kəlmə olsa belə, milli yüklü fikri mövcud deyil. Biz bunu ordumuzun aprel savaşında əldə etdiyi qələbələri zamanı da gördük, sonrakı vaxtlarda da. Bütün hallarda, Ə.Kərimlinin Azərbaycan dövləti əleyhinə səsləndirdiyi, yazdığı, yaxud da yazdırdığı hər bir fikri dərhal erməni mediasının manşetlərini bəzəyib, həm də informasiya müharibəsində düşmənlərimizə stimul verib.  Əgər bu fakt mövcuddursa, onda AXCP sədrinin, necə deyərlər, hansı yuvanın quşu olması barədə çoxlu zaman ayıraraq, nəticə çıxarmağa ehtiyac qalmır. 
         
         AXCP sədrini ayaqda saxlayan yeganə amil "facebook"dakı saxta profillərdir  
         
         Ümumiyyətlə, insanları təməli laxlayan partiyasına üzv olmağa çağırış etməsilə "ana müxalifət" lideri iddiası arasındakı qeyri-uzlaşmasından da aydın şəkildə görünür ki, artıq Kərimli nə gedənləri geri qaytarmaq gücündədir, nə də əvvəlki imicində... Təşkilatda qalan bir neçə nəfər də oranı tərk edərsə, onun sonradan toparlanması da böyük sual altında qalacaq. Artıq yüksək reallığa yaxın olan proseslərdə göstərir ki, Ə.Kərimlinin ətrafındakı beş-on nəfər adam AXCP sıralarını tərk etməyə hazırlaşır. Ona görə də, bu gün AXCP sədrini ayaqda saxlayan yeganə amil «facebook»dakı saxta profillərdir.  
     Digər bir faktor onun AXCP-ni həm də biznes aləti qismində istifadə etməsidir. Çünki Ə.Kərimli təməli laxlayan partiyası vasitəsilə maksimum şəkildə maddi qazanclarını təmin edir. Mühacirət biznesindən tutmuş, xarici siyasi dairələrə satdığı milli-maraqlar biznesinə qədər... 
         
         Əli Kərimli məqsəd olaraq «siyasətin nəbzini» tutub, kapital toplamaq marağını reallaşdırmağa çalışır
         
         Yəni dünyanın siyasi axarına nəzər salaraq ya Qərb ölkələrinə, ya Rusiyaya, ya İrana, ya da Səudiyyə Ərəbistanına, hətta terroru dəstəkləyən təşkilatlara yarınmağa cəhdlər edən Ə.Kərimli məqsəd olaraq "siyasətin nəbzini" tutub, kapital toplamaq marağını reallaşdırmağa çalışır. Təkcə radikal süni terror təşkilatı olan "FETÖ" ilə radikal şiələrin yer aldığı Nardaran hadisələri məsələlərində onun gedişlərini xatırlasaq, nəyin nə olduğunu bir daha görmüş olarıq. Beləliklə, AXCP sədrinin aşkar sifəti bir daha bəlli olmuş olur.   
         Bu cür çoxsifətli  siyasətlə isə uzağa getmək qeyri-mümkündür. Hətta azsaylı elektoratı da Kərimlinin illərdir ki, verdiyi boş vədlərindən bezib və AXCP sıralarını tərk etməyə hazırlaşırlar. Yeri gəlmişkən, bir neçə gündən bir Azərbaycanın filan rayonunda "5 nəfər AXCP-yə üzv yazıldı", filan şəhərində "10 nəfər partiyamıza gəldi", filan bölgədə "insanlar Kərimliyə arxalandı" tipli qondarma informasiyalar da onun növbəti yaxın illərdə ayaqda qalmasına yardım etməyəcək. Sual isə budur ki, əgər sənin partiyana bu qədər "axın" varsa, daha AXCP-yə üzv olmaq üçün çağırışlar edib, ictimai rəyə yalvarmağa nə hacət var? Məgər bunun özü Ə.Kərimlini cəmiyyət və ictimai rəy önündə öz yalanları ilə qarşı-qarşıya qoymurmu..?
         
         Rövşən NURƏDDİNOĞLU 
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər