18px16px14px12px

Təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini

     
     "Siyasi məhbus" alverçisi Leyla Yunus satılıb və satmaqda       davam edir
     
     
     Həyasızlığı ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan, Azərbaycan dövlətinin humanistlik göstərərək azadlığa buraxdığı "siyasi məhbus" alverçisi Leyla və Arif Yunusların Brüsseldə Avropa Parlamentində insan hüquqları ilə bağlı keçirilən konfransda iştirak edərək, Azərbaycanda insan hüquqlarına göz yumulduğunu və Avropa İttifaqını bununla bağlı sanksiya tətbiq etməməkdə ittiham etsə də, onun qarayaxmaları susdurulub.  Atalar demişkən, "haqq nazilər, amma üzülməz". Çünki Azərbaycan xalqına yuxarıdan aşağı baxan, bu dildə yalnız söyüş söyən, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən L.Yunusun Vətənə xəyanət əməlləri ölkəmizdən kənarda da artıq tənqid olunur. Bu, o L.Yunusdur ki, Yunus-Barseqyanın milli mənsubiyyətini bildirən pasportunda  "azərbaycanlı" yazılsa da, bu erməni gəlini təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa  çalışsa da,  fakt faktlığında qalır. 
     
     Satıb satılanlar
     
     Bu yerdə sual yaranır: Leyla Yunus kimilərin Azərbaycan dövlətinə və xalqına bu qədər kini, küdürəti və nifrəti nədən irəli gəlir?
     Ümumiyyətlə, bu, bir reallıqdır ki, xarici qüvvələrin iç üzü, məhz bu cür şəxslərin hərəkətlərində və danışıqlarında üzə çıxır. İstər Leyla və Arif Yunuslar, istərsə də Xədicə İsmayıl, Rauf Mirqədirov kimilərdə Vətən sevgisi olsaydı, onlar satqın və xəyanət yolu tutmazdırlar. Ancaq L.Yunusun həyat və "yaradıcılığı"na bələd olan hər bir kəs onun Azərbaycan xalqına və dövlətinə necə nifrət bəslədiyini, düşmən kəsildiyini gözəl bilir. Leyla Yunus QHT-çilik taleyinin bütün mərhələlərində anti-Azərbaycan kompleksini gizlətməyib. Daim xarici anti-Azərbaycan qüvvələrin malyyələşdirdiyi layihələrin icrası ilə məşğul olub. Yalançı "siyasi məhbus" siyahıları hazırlayaraq, dövlətin beynəlxalq nüfuzuna kölgə salmaqla məşğul olub. Digər tərəfindən "hüquq müdafiəçisi" kimi onun Ermənistanın işğalçı siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən milyondan çox qaçqının hüquqları uğrunda bircə dəfə də olsun hansısa təşəbbüslə çıxış etdiyini xatırlamaq mümkün deyil. "Siyasi məhbus" alverçisinin, guya Azərbaycan xalqına canıyananlıq etmək cəhdləri riyakarlıqdan, satqınlıqdan başqa bir şey deyildir və təpədən-dırnağadək daşnak ruhuna xas, "siyasi məhbus" alverçisi Leyla Yunus satılıb və satmaqda davam edir. 
     
     R.HÜSEYNOVA
     
     
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər