18px16px14px12px

Əli Kərimlinin Tarif Şurası planları təmin olunmadı

 
     Kimsəyə sirr deyil ki, AXCP sədri Əli Kərimli bütün fəaliyyətini, "facebook"da, kompüter qarşısında oturaraq yersiz çıxışlar etməsi üzərində qurur. Fikirlərinin "like" (bəyənmə) etməsinə çalışması bir çoxlarına onun qeyri-ciddi fərd olması qənaətini yaradır. Ə.Kərimlinin istər manatın dollara nisbətdə ucuzlaşması, istərsə də bu günlərdə Tarif Şurası ilə bağlı çıxardığı ilk qərarında öz xeyri üçün istifadə etməyə cəhd göstərərək, süni ajiotaj yaratmaq planları təmin olunmadı. Çünki ölkə başçısın göstərişinə əsasən, Tarif Şurasının 28 noyabr tarixində kommunal xidmətlərlə bağlı verdiyi qərara yenidən baxması faktı bu fərdin yenə də məkrli arzu və istəklərinin iflasa uğradığını göstərdi. Bütün bunlar bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyərin göstəricisidir. Tarif Şurasının kommunal xidmətlərlə bağlı son qərarı bir daha Azərbaycan dövlətinin sosial siyasətinin üstünlüyünü nümayiş etdirdi və cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi prinsipi reallaşdırıldı.
     Vəziyyətin belə alınacağını görən Ə.Kərimli bir neçə gündür ki, hay-küy qoparır, məqsədi cəmiyyətin diqqətini özünə qarşı cəlb etməkdir. Bu, onun köhnə peşəsidir. Stəkanda fırtına görüntüsünü yaratmağa cəhd edir. Bu kimi hallarda nəzərə çarpan  Ə.Kərimlini daha da ucuzlaşmasıdır. Hətta o özünü auksiona çıxararsa belə, ona uzağı qəpik-quruşdan artıq pul verən olmayacaq. 
     
     RƏFİQƏ
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər