18px16px14px12px

Sabiq müdafiə naziri hakimiyyətə qarşı blok yaratdı

OHANYANIN QİSASI
 
"Birləşmiş Ermənistan" hərəkatı - vətəndaş hərəkatıdır: Ermənistan vətəndaşları olaraq, biz öz mövqemizi siyasi arenada göstərə biləcəyik". SİA xəbər verir ki, bu fikirləri 1.in.am saytına Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan tərəfindən yaradılmış "Birləşmiş Ermənistan" hərəkatının təşəbbüs qrupunun üzvü Aram Avetisyan deyib. 
 
"Aram Avetisyan: "Ohanyanı "ciddi və güclü" adam kimi tanyıram, ona görə də heç nədən ehtiyat etmirəm" 
 
Avetisyan bildirib ki, "Birləşmiş Ermənistan" hərəkatı hakim Respublikaçılar Partiyası istisna olmaqla, bütün siyasi güclərlə əməkdaşlıq edə bilərlər.  Seyran Ohanyanın vaxtilə hakimiyyətin tərkib hissəsində olmasının hərəkata hər hansı mənfi təsirlərinin olması, yaxud sabiq müdafiə nazirinin yenidən hakimiyyət komandasına geri çağırılması ehtimalları ilə bağlı verilən suallara cavab olaraq, Aram Avetisyan qeyd edib ki, o, Ohanyanı "ciddi və güclü" adam kimi tanıyır, ona görə də heç nədən ehtiyat etmir. 
 
"Həm hakimiyyət, həm də müxalifət üçün sürprizlər olacaq"
 
"Bundan sonrakı dövrlərdə Respublikaçılar Partiyası hakimiyyətdə olmamalıdır. Apreldə həm hakimiyyət, həm də müxalifət üçün sürprizlər olacaq"-deyə hərəkatın təşəbbüs qrupunun üzvü anons verib.
Xatırladaq ki, Seyran Ohanyan Ermənistanın sabiq müdafiə naziridir və Serj Sarkisyan bu ilin aprelində cəbhədə baş verən məlum insidentlərdən və işğalçı rejimə aid silahlı qüvvələrin ağır məğlubiyyətindən sonra müdafiə nazirliyindən bir çox yüksək rütbəli şəxsləri istefaya göndərdi. O cümlədən, Seyran Ohanyan da "hökumət islahatları" adı altında yeni baş nazir Karen Karapetyanın təşəbbüsü ilə postundan uzaqlaşdırıldı və heç bir sərəncama göndərilmədi. 
Məhz bundan sonra erməni mediasında Ohanyanın Sarkisyandan qisas alacağı barədə fikirlər səsləndirildi. "Birləşmiş Ermənistan" hərəkatının yaradılması isə sabiq müdafiə naziri tərəfindən atılan ilk addım kimi qiymətləndirilə bilər.
 
Rövşən NURƏDDİNOĞLU
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər