18px16px14px12px

Doğulduqları Vətənə, torpağa dönük çıxanlar

Onlar indi də sığındıqları ölkələrdə Azərbaycan əleyhinə təbliğat aparırlar
 
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə saylı günlər qalıb. Ulu Öndər Heydər Əliyev 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olarkən, dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Həmin vaxtdan bu tarix, bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd olunur. Bu günlərdə bayram münasibətilə dünya azərbaycanlılarını xalqımızı təbrik edən Prezident İlham Əliyev də dünyanın müxtəlif ölkələrində yaşayan soydalarımızın üzərinə düşən vəzifələri bir daha xatırladıb: "Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər".
Bü gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlı adını yüksək tutan, Vətəninin uğurlarına sevinib, problemlərinin həllinə çalışan minlərlə soydaşımız var. Təəssüf ki, xarici dövlətlərə sığınıb doğulub boya-başa çatdığı ölkəyə naxələf çıxanlar da olur. Azərbaycanın uğurlarını gözü götürməyən həmin şəxslər ölkəsini hər an gözdən salmağa hazırdır. Azərbaycanı güclü dövlət kimi görmək istəməyən bu insanlar havadarlarının göstərişi ilə xaricdə də Azərbaycan əleyhinə mitinqlər keçirirlər. Bu günlərdə Almaniyanın Münster şəhərində Azərbaycan əleyhinə belə bir aksiya təşkil olunub. Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) təşəbbüsü ilə keçirilən aksiyaya ölkəsini gözü götürməyən 100-ə yaxın "azərbaycanlı" qatılıb. Azərbaycan pasportu daşıyan, başda Müsavat Partiyasının dirijorları, "Azadlıq" radiosunun müxbiri Yafəz Əkrəmoğlu, Çağlar Qasımov və onların əlaltıları Fəridə Hüseynova, Ayaz Məmmədov, Zaur Məmmədov, Vüsal Bağırov, Anar Məmmədov, Kəmalə Seyidova, Azər Ağamuradov, Vasif Rzayev, Anar Abdullayev, Elnur Qənbərov, İsmayıl Bagırov, Ruslan Cavadov, Səbuhi Qulusoy, Ramin Şahverdiyev Mətləb Balakişiyev, Ələsgər Vəliyev, Əsmər İsmayıl-zadə, Mübariz Dadaşov və vətənini şəxsi mənafeyinə qurban verməyə hazır olan digərlərinin qatıldığı aksiyada Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. Bununla sakitləşməyib aksiyadan sonra sosial şəbəkələrdə Azərbaycan əleyhinə paylaşımlar ediblər.
Xarici havadarlarının göstərişi ilə oturub-duran həmin insanlar iddia ediblər ki, guya ölkəmizdə siyasi məhbuslar var, söz azadlığı yoxdur, mitinqlərə icazə verilmir. Halbuki Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, jurnalistlərə pulsuz mənzil verilir. Bütün mətbuat, o cümlədən, müxalifət qəzetləri istədiklərini yazırlar. Ölkəmizdə kütləvi aksiyalar keçirmək üçün müəyyən yerlər ayrılıb və kim istəyirsə, həmin yerlərdə aksiya keçirə bilər. Həmin şəxslərə sual olunur: Məgər Almaniyada, Böyük Britaniyada, İsveçdə, Norveçdə, Fransada və başqa ölkələrdə kim harda istəsə nümayiş, mitinq keçirə bilər? Axı biz də televiziyalardan görürük ki, Avropanın özündə də qanunsuz mitinqlərin qarşısını necə alırlar. İstənilən Avropa ölkəsi ilə müqayisədə Azərbaycanda insan hüquqlarının daha yaxşı qorunduğunu, sərbəst toplaşmaq, söz azadlığının daha yüksək səviyyədə olduğunu hər kəs qəbul edir.
Bu adamlar istəyirlər ki, Azərbaycan kiçik və zəif dövlət olsun və onların xaricdəki havadarlarının da şərtlərini qəbul etsin. Görünür, onları maliyyələşdirən qüvvələr isə Azərbaycana düşmən kəsilən qüvvələrdir. Azərbaycan əleyhinə çıxmaq, ölkəmizin inkişafını əngəlləməklə məşğul olan belələrinin Azərbaycan xalqı adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Çünki bu insanlar ölkədəki humanist ab-havadan istifadə edib, cəzasız qalırlar. Torpaqlarının 20 faizi işğal altında, 1992-ci il fevralın 25-dən 26-sına keçən erməni terrorçu hərbi birləşmələrinin törətdikləri Xocalı soyqırımı kimi qırğınları dünya ictimaiyyətinə çatdırmaq, əsirlikdə olan bacı və qardaşlarımızın azad edilməsi üçün çalışmaq, dövlətimizin bu yöndə apardığı siyasəti dəstəkləmək hər birimizin müqəddəs borcu olmalıdır. Əlbəttə ki, söhbət əsl vətəndaşlardan, damarlarında əsl azərbaycanlı qanı axan soydaşlarımızdan gedir. Qrant aldıqları dövlətlərin, təşkilatların çaldığı havaya oynayan bəzi "vətənpərvərlər"in xəyanətlər mənfur qonşularımızın etdiklərindən az deyildir. Ona görə də, Azərbaycan xalqı onların cavabını verməli və özlərini azərbaycanlı adlandıran həmin adamlara ciddi təpki göstərməlidir. Həmin insanlar da anlamalıdırlar ki, gec-tez qayıdıb, Vətənə-Azərbaycana dönərkən, təyyarədən düşən zaman torpaq ayaqları altında od tutub yanacaq.
 
PƏRVANƏ
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər