18px16px14px12px

AXCP sədrinin keçmiş müavinləri haqqında sensasion məlumatlar!

"Əli Kərimli keçmiş müavini Asəf Quliyevi və müşaviri Zərifə Mahəddinovanı porno-kassetlə şantaj edirmiş" 
 
Yadınızdadırsa, 2013-cü il oktybarın 4-də AXCP-nin sədr müavini, "Milli Şura"nın mitinq komitəsinin üzvü Asəf Quliyev təmsil etdiyi hər iki qurumdan istefa vermişdi. Heç bir izahat vermədən qəfil istefa verən A.Quliyevlə bağlı müxtəlif söz-səhbətlər də dolaşırdı. O zaman müxalifət düşərgəsində gəzən şayiələrdə vurğulanırdı ki, A.Quliyev AXCP sədri Ə.Kərimli tərəfindən şantajla üzləşdiyi üçün istefaya məcbur qalıb. Onu hansısa kassetlə şantaj ediblərmiş. A.Quliyev istefa səbəblərinə aydınlıq gətirmək üçün medianın da suallarından yayınmışdı. Maraqlıdır ki, 2014-cü ilin fevral ayında Zərifə Mahəddinova da qəfildən müşavir vəzifəsindən çıxarıldı. Bu da müəmmalı qaldı, lakin istefa səbəblərini mətbuatdan gizlədən Z.Mahəddinova öz yaxınları ilə söhbətlərində baş verənlərə aydınlıq gətirib. O deyib ki, AXCP sədri Ə.Kərimli onu porno-kassetlərlə şantaj edirmiş. 
Bütün bu hadisələrdən dərhal sonra müxalifətyönümlü mediada həm A.Quliyev, həm də Z.Mahəddinova haqqında təhdid, şantaj dolu materiallar dərc olunmağa başladı. Hətta əldə olunan informasiyaya görə, Ə.Kərimli keçmiş müavini A.Quliyevi Türkiyədə yaşayan qardaşı ilə də təhdid edirmiş. Necə, hansı formada bu təhdidlər həyata keçirilmiş, bütün bu suallara yalnız A.Quliyevin özü aydınlıq gətirə bilər. Məsələ bundadır ki, bütün bu təhdidlərdən, porno-kasset şantajlarından sonra A.Quliyev və Z.Mahəddinova  ABŞ-a üz tutublar. 
Müxalifət liderləri həmişə iddia edirlər ki, hakimiyyətin təhdid və təzyiqlərindən yayınmaq üçün müxalifətçilər xarici ölkələrdən "siyasi sığınacaq" istəyirlər. Ancaq bu iddia alt-üst oldu. Elə müxalifətçiləri xaricdə "sığınacaq" almağa vadar edən əsas şəxs Ə.Kərimlinin özü olduğu təmin olub. O, şəxsi maraqlarının təmin olunmadığına gördükdə, öz partiyadaşlarına qarşı müxtəlif iyrənc üsullara əl atır. Bu da nəticə! 
AXCP sədrinin keçmiş müavini Əbülfəz Qurbanlının da istefası bu qəbildəndir. O da istefa verərkən istefasına aydınlıq gətirmədi, müəmmalı şəkildə ortadan çəkildi. Bir müddət sonra isə, bəlli oldu ki, Ə.Kərimli Ə.Qurbanlını da cəbhəçi Bəyim Həsənli ilə olan "münasibətləri"nə görə, porno-kassetlə şantaj edirmiş. 
 
Samir 
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər