18px16px14px12px

2016-cı il də müxalifət üçün uğursuz oldu

Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dağıdıcı müxalifət üçün uğursuz il olduğunu desək, səhv etmirik. Çünki 2016-cı ildə də dağıdıcı müxalifət ümumi birlik modeli ortaya qoya bilmədi. Əksinə, müxalifət partiyalarından qopmalar, kütləvi istefalar baş verdi. Məhz bu amilə görə, bəzi partiyalar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldılar. Bu isə, onu deməyə əsas verir ki, dağıdıcı müxalifətin üzləşdiyi uğursuzluq 2017-ci ildə də onları müşayiət edəcək. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, hər il olduğu kimi, 2016-cı ildə müxalifət düşərgəsini təmsil edən qüvvələr üçün uğursuz illərdən biri oldu: "Bu uğursuzluğu da müxalifət özü-özü üçün yaradıb. Yəni müxalifət qüvvələrinin heç bir siyasi gücü olmadığı halda, bir çox utopik xəyallar quraraq həmin xəyalları reallaşdırmaq istəyirlər. Demək olar ki, müxalifətçilərin qurduğu xəyallar heç vaxt reallığa çevrilə bilməz". 
M.Səfərli mövcud faktlara əsaslanaraq, qeyd etdi ki, bu illər ərzində müxalifət düşərgəsini təmsil edən qüvvələr normal fəaliyyət sərgiləyə bilməyiblər: "Bütün bu uğursuzluqların səbəbini müxalifət partiyalarının özlərində və onları yönəldən, istiqamətləndirən, rəhbərlik edən şəxslərin fəaliyyətində axtarmaq lazımdır. Demək olar ki, digər illərdə olduğu kimi, başa çatmaqda olan 2016-cı ildə də müxalifət irəliyə doğru heç bir addım ata bilmədi və bundan sonra da bilməyəcək. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda, da müxalifətin heç bir uğurundan və irəliləyişindən söhbət gedə bilməz. Bu günə qədər müxalifət düşərgəsini təmsil edən qüvvələrin qeyri-səmimi birləşdikləri qurum öz içlərindən dağılıb. Çünki sözügedən qüvvələr biri-birinə qarşı mehriban düşməndilər. Yəni bu qüvvələr özləri mahiyyətcə düşmən olduqları halda, onlar tərəfindən yaradılan və ömrü qısa olan qurum daxilində birləşmək görüntüsü yaratsalar belə, bu, çox çəkmədən dağılmağa məhkum olur. Bu da, bir daha təsdiq edir ki, müxalifətin bir araya gələrək, nə isə iş görməsi və bilik yaratmaq istəkləri mümkün olmayıb və olmayacaq". M.Səfərlinin sözlərinə görə, müxalif liderlərinin birincilik uğurunda apardıqları rəqabət partiyaların formalaşmasına imkan verməyir: "Adıçəkilən qüvvələr bir-birlərini sosial şəbəkədə təhqir edir və bir-birlərini gözdən salan çıxışlar edirlər. Bunun nəticəsi olaraq, 2016-cı ildə müxalifət qüvvələri bu kimi bir sıra uğursuzluqlara düçar oldular. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz uğursuzluğalrını çox gözəl başa düşürlər. Amma sözügedən qüvvələr bu reallığı dərk etmək və vəziyyətdən çıxmaq istəmirlər".
 
GÜLYANƏ 
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər